Moldova mətbuatında erməni vandalizmindən bəhs edən məqalə yayılıb

 

Azərbaycanın Moldovadakı səfiri Qüdsi OsmanovunAllahın evinə necə əl qaldırmaq olar?” sərlövhəli məqaləsi Moldovanın nüfuzluTribuna”, “Noi”, “İPN” Deschidexəbər agentlikləri tərəfindən yayılıb.

 

Məqalədə ermənilərin müharibə başa çatdıqdan sonra xristian kilsələri abidələri mövzusunda isterikaya başladıqları, bütün gücləri ilə müxtəlif ölkələri beynəlxalq təşkilatları azad edilmiş Azərbaycan torpaqlarında xristian abidələrinin məhv edilməsi məsələsinə inandırmağa çalışdıqları bildirilir.

 

Səfir məqaləsində ermənilərin bəhs etdikləri bütün tarixi dini məbədlərin burada qədim zamanlardan bəri yaşamış albanlara məxsus olduğunu, ermənilərin bu ərazilərə 1828-ci ildən sonra Rusiya imperiyası tərəfindən köçürüldüyünü Qafqazda tarixi kökləri olmayan ermənilərin burada yaşadıqlarına dair süni şəkildə izlər yaratmaq məqsədilə alban abidələrinin özününküləşdirilməsi milli mənşəyinin dəyişdirilməsi yolunu seçdiklərini qeyd edir. O, tarixin saxtalaşdırılmasının əsl cinayət olduğunu vurğulayır.

 

Eyni zamanda, məqalədə Q.Osmanov alban məbədlərinin bir qisminin ermənilərin özləri tərəfindən dağıdıldığını qeyd edir, Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı Qərb siyasətçilərini bu barədə narahat olmamağa dair çağırışını xatırladaraq Azərbaycanda müxtəlif konfessiyaların, millətlərin nümayəndələrinin həmişə sülh əmin-amanlıq şəraitində yaşadıqlarını bildirir. O, ölkəmizin ən tolerant ölkə kimi tanındığını, habelə Azərbaycana müasir dünyanın ən mədəni savadlı liderlərindən birinin rəhbərlik etdiyini diqqətə çatdırır.

 

Məqaləsinin sonunda Q.Osmanov 30 il ərzində Azərbaycan rəhbərliyinin dəfələrlə dünya ictimaiyyətinə ermənilərin müsəlman məbədlərinə təcavüzünün dayandırılması çağırışı ilə müraciət etdiyini, bölgədəki 67 məsciddən 64-nün tamamilə dağıdılması bunlardan üçündə donuz da daxil olmaqla mal-qaranın saxlanılmasına göz yumulduğunu, ermənilərin vandalizminin XXI əsrdə normal davranış olmadığını beynəlxalq təşkilatların bu həqiqətə diqqət yetirmələrinin vacib olduğunu qeyd edir.

 

 Yeni Azərbaycan.- 2020.- 5 dekabr.- S.8.