Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artır və daha  yaxşı perspektivlər vəd  edir

 

 - Kamran müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyası ilə mübarizə ilə bağlı BMT Baş Assambleyasının sessiyasının keçirilməsi haqqında təklifi dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib. Bu hadisənin  əhəmiyyəti nədən ibarətdir?

 

- Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının sədri qismində Hərəkatın üzvü olan dövlətlərin pandemiyaya qarşı mübarizə üzrə Təmas Qrupunun bu il mayın 4-də videokonfrans vasitəsilə keçirilmiş Zirvə Görüşü zamanı səsləndirilmişdir. Təşəbbüs nəzərdən keçirilərək Hərəkatın üzvü olan 130-dan çox ölkə yekdilliklə dövlət başçımızın təklifini dəstəkləmiş, bununla bağlı BMT-nin baş katibinə müraciət ünvanlanmışdır. Nəticədə, təşkilatın üzvü olan 2/3-dən çoxu Azərbaycan Prezidentinin təşəbbüsünə öz birmənalı dəstəyini göstərmişdir.

 

Keçiriləcək tədbirin əhəmiyyətindən danışaraq qeyd etmək istərdim ki, hal-hazırda bütün dünyanın COVİD-19 pandemiyası ilə, sözün əsl mənasında, vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır. Bu məqsədə nail olunmasında ölkəmiz xüsusi fəallıq göstərir, cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Qoşulmama Hərəkatı çərçivəsində koronovirus pandemiyası ilə mübarizə mövzusunda yüksək səviyyəli onlayn tədbirlər keçirilib bu qlobal bəla ilə mübarizədə, həm onun təsirlərinin azaldılmasında dövlətlərarası əməkdaşlığın, koordonasiyanın həmrəyliyin rolu əhəmiyyəti müzakirə olunub. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması isə dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcəkdir.

 

- Sizcə, bu amil ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına necə təsir göstərəcək?

 

- İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan pandemiya dövründən öncə dünyada nüfuzu böyük, mövqeyi möhkəm dövlət kimi qəbul olunub, ölkəmizin həm xarici siyasəti, həm daxili islahatları dünya birliyi tərəfindən hər zaman yüksək qiymətləndirilib. Dostluq, əməkdaşlıq həmrəylik niyyətlərini özündə əks etdirən ölkəmizin başçısı cənab İlham Əliyevin həyata keçirtdiyi xarici siyasət dünya dövlətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin bərqərar olunması, onların Azərbaycanın irəli sürdüyü təşəbbüslərə birmənalı qoşulması, dövlətimizin beynəlxalq həmrəylik məsələsində ən aparıcı rol oynaması üçün əlverişli şərait yaratmışdır.

 

Koronavirus pandemiyasının ilk günlərindən Azərbaycan həm ölkə ərazisində, həm dəregional beynəlxalq səviyyədə səmərəli məhsuldar fəaliyyət göstərib. Azərbaycan beynəlxalq səviyyədə COVID-19-a qarşı mübarizədə yüksək fəallıq göstərib, 30-dan artıq ölkəyə yardımlar təşkil edib, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib, bu əməllərlə dünyanın rəğbətini qazanıb.

 

Bu gün isə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının dövlət hökumət başçılarısəviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a  qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə verilən dəstək isə həm xarici dövlətlərin, həm beynəlxalq təşkilatların ölkəmizə olan ən böyük etimadın göstəricisidir.

 

Bu həm onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması qaçılmazdır labüddür, cənab Prezidentin isə dünya problemlərinə düzgün praqmatik yanaşması, müdrik baxışı qlobal liderlik keyfiyyətlərinin nümayiş etdirilməsi göz qabağındadır.

 

- BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi pandemiya ilə mübarizədə dünya ölkələrinin birgə səylərini dərəcədə birləşdirəcək?

 

- Əslində, cənab Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü zərurətdən irəli gəlir. Etiraf etmək lazımdır ki, hal-hazırda dünyada koronavirus pandemiyası ilə mübarizə sahəsində müşahidə etdiyimiz vəziyyət o qədər ürəkaçan deyil. Bəzən pandemiya ilə mübarizə prosesində çaşqınlıq, gərginlik müşahidə edilir, bəzi dövlətlər yalnız öz təcrübəsinə resurslarına söykənərək bu qlobal bəlaya qalib gəlməyə çalışırlar. Lakin pandemiya qlobal xaraker daşıdığından, təbii ki, dünya dövlətlərindən həmrəyliyin nümayiş etdirilməsi birgə səylərin göstərilməsi tələb olunur. Eyni zamanda, pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərində olan boşluqların, dövlətlərin cəmiyyətlərinə sosial iqtisadi təsirlərin aradan qaldırılması üçün onların genişmiqyaslı dəstəyə ehtiyacı var. bu dəstəyə məhz çoxtərəfli əməkdaşlıq həmrəylik sayəsində nail olmaq mümkündür. Yalnız belə olan halda nəticələr əldə etmək mümkündür.

 

Bu baxımdan da, böyük ümidlər əminlik var ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olunmasına, beynəlxalq çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə bu qlobal təhlükənin geri çəkilməsi üçün ən səmərəli düzgün yolun tapılmasına xidmət edəcəkdir.

 

Yeni Azərbaycan.- 2020.- 3 iyul.- S.5.