Müşfiq Cəfərov:
Azərbaycan turizm iqtisadiyyatı baxımından
da dünya ölkələri üçün
maraqlıdır
Son dövrlərdə
respublikamızda təsərrüfat
fəaliyyətinin əsas
dairəsi kimi turizm böyük əhəmiyyət kəsb
edir və bir sıra xarakterik
cəhətlərə malikdir.
Demək
olar ki, turizm insanların, bütövlükdə cəmiyyətin
maraqlarının ifadəçisi,
mikro və makro səviyyələrdə
gəlirlərin mənbəyi
kimi çıxış
edir. Ölkənin xarici ticarət balansının aktivləşməsində
turizm mühüm rol oynayır. Turizm ölkə iqtisadiyyatının
hakim mövqelərində
duran nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı, istehlak
mallarının istehsalı
və digər əlaqəli sahələrə
güclü təsir göstərir, sosial-iqtisadi
inkişafın özünəməxsus
katalizatoru kimi çıxış edir.
Bu fikirləri
AZƏRTAC-ın bölgə
müxbirinə müsahibəsində
Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib
ki, hələ
2013-cü ildə ümumdünya
iqtisadi bazarının
verdiyi məlumatlara əsasən turizmin iqtisadi inkişaf göstəriciləri əksər
ölkələrdə ən
dinamik inkişaf edən sahə kimi daim artım
tempə malikdir. Dünyada bu sahənin inkişafına
müsbət təsir
edən amillər var. Buna elmi-texniki
tərəqqi, əhalinin
yaşayış səviyyəsinin
və asudə vaxtının, məzuniyyətin
artması, iqtisadi və siyasi sabitliyi misal göstərmək olar.
Beynəlxalq turizmin inkişafına təkan verən əsas amilin dövlətlərarası əlaqələrin
və mədəni mübadilələrin genişlənməsinin
olduğunu deyən M.
Cəfərov qeyd edib ki, son zamanlar
ölkədə telekommunikasiya
sahəsində texnoloji
tərəqqinin stimullaşdırılması
turizm mübadilələrinin
coğrafiyasını və
miqyasını genişləndirməsinə
münbit şərait
yaradıb. Ümumiyyətlə
beynəlxalq turizmi inkişaf etdirən ən vacib şərt
valyutanın ölkədən
çıxarılmasına
olan məhdudiyyətlərin
tədricən ləğvi
və sərhəd rəsmiyyətlərinin sadələşdirilməsi
olmuşdur.
Azərbaycan Respublikası yüksək
turist potensialına sahibdir, dünya turist bazarında özünəməxsus yer
tutur. Ümumdünya Turizm Təşkilatının
2011-ci ilə olan məlumatına əsasən,
Azərbaycana gələn
xarici ölkə vətəndaşlarının sayı 1562.0 min nəfərə
çatmışdır. Bu isə dünya
dövlətləri arasında
83-cü yer deməkdir.
Turizm ölkənin iqtisadiyyatına,
onun təsərrüfat,
sosial və humanitar əsaslarına aktiv təsir göstərməsinə kömək
edir.
Deputat bildirib ki, 2006-cı ildən ölkəmizdə mövcud
turizm potensialından səmərəli istifadə
olunması məqsədilə
bu sahədə ardıcıl işlər
görülüb. Bununla da beynəlxalq
əməkdaşlığın yeni genişləndirilmiş
prioritet istiqamətləri
müəyyənləşdirilib, həyata keçirilib.
Bura Azərbaycanı turizmin inkişafı üçün
əlverişli şəraiti
olan ölkə kimi dünyada tanıtmaq məqsədilə
yeni turizm əmtəə nişanının
və turizm sahəsində olan yerli brendlərinin reklam-təbliğat fəaliyyətinin
canlandırılması, beynəlxalq
proqramlar çərçivəsində
regional turizm marşrutlarının
yaradılması və
inkişaf etdirilməsi
daxildir. Turizmin inkişafı
Azərbaycanda dövlət
siyasətinin ayrılmaz
tərkib hissəsinə
çevrilməklə iqtisadi
tərəqqi və yüksəlişin mühüm
amili kimi qiymətləndirilir. Bu müddətdə həm daxili turizmin inkişafı, həm də Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası ölkəmizə daha geniş miqyasda xarici turist səfərlərinin
cəlb edilməsi diqqət mərkəzində
olub. Daxili turizmlə yanaşı,
xarici turizmin inkişafı hər bir ölkənin iqtisadiyyatının fundamental əsası
hesab edilə bilər.
Qeyd edilib ki, hər sahədə
olduğu kimi turizm sahəsində də dünya ölkələri Azərbaycanla
əməkdaşlığa yüksək dəyər verirlər. 2019-cu ilin iyulunda Bakıda ÜTT-ün 110-cu sessiyasında təqdim olunan statistika göstərir ki, son bir neçə
il ərzində
beynəlxalq səyahətlər
və onlardan əldə edilən gəlirlər dünyanın
bütün regionlarında
artmışdır.
Bakıda keçirilən Ümumdünya
Turizm Təşkilatının
üçüncü BMÜTT İpək Yolu İşçi Qrupunun toplantısında təşkilatın
icraçı direktoru
Zolman Şomoqi bildirmişdir ki, Azərbaycan üçün
turizm sahəsi çox prioritet istiqamətdir və bu sahənin inkişafı üçün
əməkdaşlığımız davam edəcək. Həmçinin Şomoqin qeyd etmişdir ki, ÜTT-nin dəstəyi ilə Azərbaycanda bir çox tədbirlər həyata keçirilib və o, Avropa Olimpiya Oyunlarının Azərbaycanda
keçirilməsinin də
çox mühüm hadisə olduğunu söyləyib.
2019-cu ilin iyul ayında
keçirilən sessiyada
ÜTT-nin Baş katibi Zurab Pololikaşvili
qeyd edib ki, il ərzində
dünyada 10 mərkəz
açmağı planlaşdırırlar
və yaxın vaxtlarda Azərbaycanda da belə bir mərkəz
açmaq niyyətindədirlər.
Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan hotel komplekslərinin fəaliyyəti
dünya turistlərinin
axın səbəbi kimi qiymətləndirilə
bilər. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast
gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir.
Görülən bütün tədbir və fəaliyyətlərin
əsas məqsədi
Azərbaycanda yüksək
iqtisadi, sosial və ekoloji tələblərə cavab
verən müasir turizm xidməti sahələrinin formalaşdırılması,
turizm sahəsinin ölkə iqtisadiyyatının
əsas inkişaf dayaqlarından birinə çevrilməsini təmin
etməkdir.
Zəngin
tarixi-mədəni irs, əlverişli təbii-coğrafi şərait
və müasir istirahət mərkəzləri
Azərbaycanı dünya
turizminin mərkəzinə
çevirir.
Bu gün Azərbaycanın
turizm marşrutları
üzərində rayonlarda
müxtəlif turist layihələri həyata keçirilir, həmin layihələr çərçivəsində
bölgələrimiz beynəlxalq
səviyyədə təbliğ
olunur. Bu layihələr
ölkəmizə gələn
turistlərin sayının
artırılmasına və
çoxçeşidli turizm
məhsulunun yaradılmasına
xidmət edir.
Bu gün Ümumdünya Turizm Təşkilatının
təşəbbüsü ilə baş tutan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevlə
bu təşkilatın
Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans bir daha sübut
etdi ki, Azərbaycan turizm iqtisadiyyatı baxımından
da dünya ölkələri
üçün maraqlıdır.
Yeni Azərbaycan.- 2020.- 2 iyul.- S.6.