“İki sahil” qəzeti milli maraqlara əsaslanan səmərəli
və məqsədyönlü
fəaliyyəti ilə
böyük rəğbət
qazanıb
Müstəqil
Azərbaycanın mətbuat tarixində özünəməxsus
yeri və rolu olan “İki sahil” qəzetinin yaranmasından 29 il
ötür. Qəzet ötən müddət
ərzində milli maraqlara əsaslanan səmərəli və məqsədyönlü fəaliyyəti,
həmçinin rasionallığı,
obyektivliyi, hadisələri
düzgün işıqlandırması,
qərəzsiz informasiyanın
yayılması, jurnalistikanın
etik prinsiplərinə
və davranış qaydalarına sadiqliyi ilə böyük təqdir və rəğbət qazanıb.
Qəzet,
həmçinin ölkəmizdə
baş verən ictimai-siyasi proseslərin, taleyüklü məsələlərin
işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında
da yüksək peşəkarlıq və
əzmkarlıq nümayiş
etdirərək etibarlı
nəşrlərdən biri
olmağı bacarıb.
Xalqımızın Ümummilli Lideri
Heydər Əliyevin ideyalarının və Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasətin
təbliği istiqamətində
fəaliyyətini uğurla
davam etdirən “İki sahil” qəzeti etibarlı analitik informasiya mənbəyi və nüfuzlu nəşr kimi çox geniş oxucu auditoriyası qazanmağa nail olub.
Bu gün
milli maraqlara, müasir çağırışlara
və qlobal trendlərə uyğun fəaliyyətini davam etdirən “İki sahil” qəzeti, eyni zamanda, maraqlı
təqdimatları, özünəməxsus
layihələri, müsahibə
və araşdırmaları
ilə fərqlənir.
Qəzetin müxtəlif saylarında
Azərbaycanın siyasi,
iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə
bağlı operativ xəbərlər, analitik
yazılar və rəylər əksini tapır.
“İki sahil”
qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadəni, qəzetin
kollektivini nəşrin
fəaliyyətə başlamasının
29-cu ildönümü münasibətilə
təbrik edir, kollektivə gələcəkdə
daha böyük uğurlar arzu edirəm.
Hikmət Babaoğlu,
“Yeni
Azərbaycan” qəzetinin
baş redaktoru,
Milli Məclisin deputatı
Səs.- 2020.- 10 iyul.- S.5.