Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə güclü
birlik və həmrəylik nümayiş
etdirir
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov
- Nizami müəllim, son günlər işğalçı
Ermənistan cəbhə
bölgəsində təxribatlar
törətməkdədir. Azərbaycan Ordusu bu təxribatlara layiqli cavab verdi. İyulun 15-də
Nazirlər Kabinetinin
2020-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında Prezident İlham Əliyev baş verən hadisələrlə bağlı
fikirlərini bildirib. Bu barədə nə
deyə bilərsiniz?
- Məlumdur ki, Ermənistan silahlı qüvvələri iyulun
12-dən başlayaraq Azərbaycan-Ermənistan
dövlət sərhədinin
Tovuz istiqamətində
növbəti təxribat
törədərək qəflətən
hərbi postumuza artilleriya atəşi açıb və mövqelərimizi ələ
keçirməyə cəhd
göstərib. Düşmən tərəfin Tovuz istiqamətində törətdiyi
təxribat nəticəsində
bir neçə hərbiçimiz həlak
olub və yaralanıb. Eyni zamanda,
şəhidlər versək
də, ordumuz bu dəfə də düşmənin hərbi bölmələrinə
sarsıdıcı zərbələr
endirib, dövlət sərhədlərimizi rəşadətlə
qoruyub.
Ümumiyyətlə, bu gün Azərbaycanın
Silahlı Qüvvələri
dünyanın ən güclü orduları sırasındadır. Güclü Azərbaycan Ordusu
düşmənin istənilən
təxribatına, həmləsinə
layiqli cavab vermək iqtidarındadır.
Son illərdə biz bunun dəfələrlə
şahidi olmuşuq.
2016-cı ilin Aprel döyüşləri,
hazırda Azərbaycan-Ermənistan
sərhədində baş
verən hadisələrin
fonunda müşahidə
olunanlar bunu bir daha təsdiq
edir. Bu günlərdə
düşmən ölkənin
mediasında, sosial şəbəkələrdə yayılan xəbərlərdən
də məlum olur ki, Ermənistan
Tovuz istiqamətində
törətdiyi təxribatın
layiqli cavabını alıb, canlı qüvvə və texnika sarıdan daha böyük itkilərə məruz qalıb.
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında Prezident İlham Əliyev bildirib ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan
ordusu layiqli cavabını aldı. Onlara sarsıdıcı
zərbələr endirildi.
Dövlət başçısının qeyd etdiyi kimi,
onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən
dayaq məntəqələrinin
böyük hissəsi
darmadağın edildi.
Beləliklə, şəhidlərimizin qısası alındı.
Əlbəttə ki, bu döyüşlər Azərbaycan
Ordusunun gücünü bir
daha göstərdi. Bu
döyüşlər işğalçılara
növbəti xəbərdarlıqdır
ki, Azərbaycan öz
torpaqlarının işğalı
ilə heç vaxt barışmayacaq. Erməni tərəfi başa düşməlidir ki, sülh yolu ilə, xoşluqla torpaqlarımızdan çıxmasalar
ordumuz onlara öz yerini göstərəcək. Artıq ordumuzun
gücünə də
yaxşı bələddirlər.
- Bugünlər Azərbaycan
xalqı və cəmiyyəti dövlətimizə
və ordumuza güclü dəstək nümayiş etdirdi. Bu amili necə
dəyərləndirirsiniz?
- Ümumiyyətlə, milli
birlik, taleyüklü
məqamlarda öz dövlətinin və Prezidentinin ətrafında
sıx həmrəylik nümayiş
etdirmək Azərbaycan
xalqını səciyyələndirən
əsas xüsusiyyətlərdəndir.
Biz Azərbaycan xalqının ümummilli
məsələlərdə bütün vahid mövqedən çıxış
etməsinin dəfələrlə
şahidi olmuşuq.
Bu da son nəticədə dövlətimizin gücünü
artıran mühüm
strateji faktor qismində çıxış
edir.
Xalqımızın sıx həmrəylik nümayiş
etdirdiyi ümummilli məsələlərdən biri
də Dağlıq Qarabağ problemidir. Dövlət və cəmiyyət bəhs olunan problemin həllində vahid mövqedən çıxış edərək
prinsipial yanaşma ortaya qoyur - torpaqlarımız işğalçılardan
təmizlənməli, ərazi
bütövlüyümüz təmin olunmalıdır.
Azərbaycan Ordusunun Tovuz istiqamətində düşmən
təxribatının qarşısını
qətiyyətlə alması
cəmiyyətdə yüksək
əhval-ruhiyyə yaradıb. 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə
keçirilmiş aksiyalar
cəmiyyətimizdə vətənpərvəlik
ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının
vətənpərvərliyi, onların səfərbərlik
elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır.
Müharibə şəraitində yaşadığımız indiki
dövrdə orduya dəstək hər bir vətəndaşın
borcudur və bu məqsədlə müxtəlif tədbirlər,
aksiyalar keçirilə
bilər. Eyni zamanda,
bugünlər xalqımız
şəhidlərimizə böyük
ehtiram nümayiş etdirdilər.
Cənab Prezident Nazirlər Kabinetinin iclasında bildirdi ki, bizim
ordumuzun uğurlu əməliyyatı və
əldə edilmiş
nəticələr, hərbi
qələbə, təbii
olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı,
xalqımızı coşdurdu. Sözsüz ki, bu məsələdə
bütün xalqımız
həmrəydir. Xalqımızın bir arzusu var
ki, bu da torpaqlarımızın işğaldan
azd olunması, məcburi köçkünlərin
öz yurdlarına qayıtmasıdır. Bu yolda, vətəndaşlarımız
döyüşə getməyə
hazır olduğunu bildirirlər.
Yeri gəlmişkən,
qeyd edim ki, hadisələr baş verən günlərdən millət
vəkili kimi təmsil etdiyim Ağstafa rayonundayam. Rayon əhalisi bu hadsiələrlə bağlı
Prezidentimizi və ordumuzu dəstəklədiyini
qətiyyətlə bəyan
edir. İnsanlar torpaqlarımızın azadlığı uğrunda
döyüşə getmək
üçün müraciət
edirlər. Bilirsiniz
ki, bu döyüşlərdə
Ağstafa rayonu da şəhidlər verdi. Biz şəhidlərimizin
dəfnində iştirak
etdik, onların ruhu qarşısında baş əyirik. Ordumuz şəhidlərin qanını
yerdə qoymadılar,
onların qisasını
aldılar.
- Xalqın vətənpərvərlik
ruhunu, orduya dəstəyini ifadə edən aksiyalardan öz məqsədləri
üçün sui-istifadə
edən dairələr
də var. Buna münasibətiniz
necədir?
- Bu, təəssüf doğuran
haldır. Bütün xalqımızın dövlətimizə, Prezidentimizə
və ordumuza dəstək nümayiş
etdirdiyi halda, kiçik bir qrupun təxribat törətməsi qəbul
olunmazdır. Biz bu təxribatı iyulun 14-də gördük.
Onların bu qanunsuz hərəkətləri düşmənlərimizin
maraqlarına uyğundur.
Eyni zamanda, sosial şəbəkələr vasitəsilə
həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayılıb.
Şübhəsiz ki, bütün
bu kimi cəhdlərin
qarşısı qətiyyətlə
alınmalıdır.
Sərhəddə hərbi əməliyyatlar
getdiyi bir vaxtda bir qrup
şəxsin Bakının
küçələrində təxribat, qarşıdurma
yaratmaq cəhdləri,
Milli Məclisin binasına girərək binaya maddi ziyan
vurması, polislərə
qarşı müqavimət
göstərilməsi vətəndaşlıq
mövqeyinə və
qanunlara ziddir, ən əsası,Vətən
yolunda canını fəda edən şəhidlərin ruhuna hörmətsizlikdir.
Ölkəmizdə müstəqilliyimizin ilk illərində
hərc-mərclik dövrü
hər kəs yaddaşındadır. 1990-cı illərin əvvəllərində
baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq
və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib.
Bəzi siyasi qrupların, ayrı-ayrı şəxslərin
bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o
dövrə qaytarmaq cəhdləri ciddi qınaq doğurur. İndiki dövrdə cəmiyyətimiz
səfərbər olunmalı,
ziyalılarımız, ictimaiyyətin
fəal nümayəndələri
belə pozucu fəaliyyətə lazımi
qiyməti verməlidirlər.
Cənab
Prezidentin Nazirlər Kabinetinin iclasında dediyi kimi, bu
hadisəyə hüquq
müstəvisində qiymət
veriləcək, təxribatı
törədənlər qanun
qarşısında cavab
verəcəklər.
Azərbaycan güclü dövlətdir.
Respublikamızda əldə
olunmuş təhlükəsizlik,
əmin-amanlıq, sabitlik,
inkişaf və sosial rifah müstəqillik
dövrümüzün ən
böyük nailiyyətləridir.
Biz xalqımızın əyilməz
iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı
bahasına qazandığımız
uğurları hər
vəchlə qorumalı,
inkişaf etdirməli
və istənilən
pozuculuğa qarşı
öz vətəndaş
mövqeyimizi nümayiş
etdirməliyik. İstər
pandemiya ilə mübarizədə,
istərsə də cəbhədə düşmənə
qarşı birlik, həmrəylik, güclü
milli iradə nümayiş etdirmək zəruridir. Bu yolda bütün səylərimizi səfərbər
etməliyik.
Yeni Azərbaycan .- 2020 .- 17 iyul .- S.
6.