Ağalar Vəliyev: Prezident İlham Əliyev Azərbaycanın maraqlarını bütün mötəbər tədbirlərdə yüksək səviyyədə müdafiə edir

 

 

Bu günlərdə Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammiti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı ilə yadda qaldı. Dövlətimizin başçısının çıxışındakı mühüm məqamlara istinadən Sammitdə müzakirə olunan məsələlərlə bağlı mülahizələrini AZƏRTAC-ın müxbiri ilə bölüşən Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib ki, Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Ölkəmiz Şərq Tərəfdaşlığı üçün həyati əhəmiyyət daşıyan mühüm strateji mərkəzdir. Təsadüfi deyil ki, Azərbaycanla Avropa İttifaqının 9 üzvü arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Dövlətimizin başçısının Sammitdə vurğuladığı kimi, hazırda Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinə dair danışıqlar yekun mərhələsindədir sazişin mətninin 90 faizi artıq razılaşdırılıb. Ona görə belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir.

 

Deputat qeyd edib ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edəcək. Bir sözlə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gözəl perspektivləri var. 2009-cu ildə əsası qoyulanŞərq Tərəfdaşlığıproqramı çərçivəsində iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıq yaradılıb uğurlu nəticələrə imza atılıb. Ötən 11 il ərzində təşkilat dövlətimizin iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırıb ölkəmizin əsas ticarət tərəfdaşı olub. Eyni zamanda, AzərbaycanŞərq Tərəfdaşlığıproqramının 6 üzv ölkəsinin içərisində Avropa İttifaqı ilə həyata keçirilənTvinninqlayihələrinin sayına görə lider mövqeyində dayanır. Bu da onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx münasibətlər qurulub Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmiz qurumla əməkdaşlıqda yüksək nailiyyətlər qazanıb.

 

Ağalar Vəliyev vurğulayıb ki, məlum işğala humanitar fəlakətə baxmayaraq, Azərbaycanın son 16 ildə davamlı sosial-iqtisadi inkişafı təmin olunub, ümumi daxili məhsulumuz 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Bu illər ərzində ticarətimizin təqribən 50 faizi əsas tərəfdaş kimi Avropa İttifaqına üzv olan dövlətlərin payına düşüb. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq. Təbiidir ki, Avropada enerji əməkdaşlığı, təhlükəsizliyi şaxələndirməsi layihəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin İttifaq bazarlarına inteqrasiya olunacaq 3500 kilometrlik boru kəmərinin təşəbbüskarı maliyyə təminatçısı ölkəmiz olub.

 

Deputat, həmçinin bildirib ki, son ayların qlobal reallığı olan koronavirus pandemiyasına qarşı dövlətimizin başçısının bilavasitə rəhbərliyi altında ölkəmizdə görülmüş tədbirlər vəziyyəti nəzarətdə saxlamağa itkiləri minimum səviyyəyə endirməyə imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə görüşünü təşkil edib.

 

Bir sıra mötəbər beynəlxalq tədbirlərdə olduğu kimi, cənab Prezident Sammitdə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirdiyini onun etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın məcburi köçkünə çevrildiyini bir daha bəyan edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz tam çıxarılmasını tələb etsə , işğalçı ölkə bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ölkə rəhbərinin təbirincə ifadə etsək, danışıqların mahiyyət formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksinə olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır bütün dünya bunu belə tanıyır”, - deyə Ağalar Vəliyev vurğulayıb.

 

Deputat əlavə edib ki, dünya birliyi, Azərbaycan Ermənistan ictimaiyyəti Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Nikol Paşinyanın növbəti dəfə özünü biabır etməsinin şahidi oldu. Ermənistan baş nazirinin çıxışı davranışları bir daha göstərdi ki, o, siyasətdə naşı bir adamdır. Hər kəs aydın şəkildə görürdü ki, Paşinyanın populist çıxışı Ermənistandakı vəziyyət nəzərə alınaraq daxili auditoriyaya hesablanıb. O, siyasi diplomatik bacarığı olmadığı üçün kobud səhvlərə yol verirdi. Əvvəla tədbirdəki çıxışı Paşinyanın dil biliyinin bərbad olduğunu göstərirdi. O, qabaqcadan hazırlanan çıxışını ingilis dilində oxusa da, növbəti fikirlərini erməni dilində ifadə eləməyə çalışdı. Ermənistan baş naziri Sammitdə çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunanNaqornıy Karabaghsözünü işlədir, halbuki ermənicə çıxışındaArtsaxsözünü dilə gətirir. Bu epizodlar bir daha sübut edir ki, Ermənistan dünyanın 30-a yaxın ölkəsinə, 3 beynəlxalq təşkilatına yardım edən, Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanla müqayisədə zəif acizdir. Paşinyan replika atdığı zaman isə özünü erməni təbliğatını tamamilə ifşa etmiş oldu. Onun Ramil Səfərovla bağlı məsələdə diqqəti yayındırmaq cəhdi puça çıxdı. Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü özünü biabır etdi.

 

Milli Məclisin deputatı vurğulayıb ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Prezident İlham Əliyevin Azərbaycanın maraqlarını ədalətli mövqeyini bütün mötəbər tədbirlərdə yüksək səviyyədə müdafiə etdiyini bir daha nümayiş etdirdi.

 

Yeni Azərbaycan.- 2020.-  23 iyun.- S.5.