Vətəndaşların rifahının qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir

 

Keçdiyimiz günlərdə Azərbaycan hökuməti koronavirus pandemiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən daha bir addım atdı. Azərbaycan Prezidenti İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın iştirakı ilə modul tipli üç yeni xəstəxana istifadəyə verildi. Bu çətin sınaq günlərində Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən kompleks tədbirlərin nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət üçün nümunəvi ölkəyə çevrilməsi, əhalinin rifahının qorunması davamlı yaxşılaşdırılması, makroiqtisadi sabitliyin saxlanılması dövlət büdcəsinin səmərəli istifadəsindən xəbər verir. Ona görə təsadüfi deyil ki, 2019-cu il üzrə Azərbaycan korrupsiyaya qarşı mübarizədə Avropa Şurasına üzv 50 ölkə arasında yeddinci, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında isə birinci yerdədir.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

 

O deyib: Son illərdə aparılan dərin struktur kadr islahatları yalnız korrupsiyaya rüşvətxorluğa deyil, “kölgə iqtisadiyyatı”na da böyük zərbə vurub. İqtisadiyyatınağardılması”nda əsas prioritet istiqamətlərdən biri əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsidir. Dövlət Vergi Xidməti tərəfindən görülən əməli tədbirlər nəticəsində qeyri-formal əmək müqavilələrinin qeydiyyata alınmasında ciddi artım müşahidə olunub bu hal COVID-19-dan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi prosesində uğurla davam edib”.

 

Deputat bildirib ki, karantin rejimi çərçivəsində bəzi sahibkarlıq subyektlərinin fəaliyyətlərinin dayandırılmasını nəzərə alan Prezident İlham Əliyev zərərçəkmiş sahibkarların fəaliyyətlərini bərpa etmələri makroiqtisadi sabitliyin qorunması məqsədilə dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi prosesini davam etdirməkdədir. Belə ki, Azərbaycan Prezidentinin 2020-ci il 4 iyun tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub. Bu qaydaya əsasən sahibkarların dövlət zəmanətində olan biznes kreditlərinə çıxış imkanları genişlənib.

 

Bundan başqa, ölkədə xüsusi vergi rejimi ilə yanaşı, müvəqqəti vergi rejimi tətbiq olunmaqdadır. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri azadolmaları, vergilərin ödənilmə müddətləri, vergi rejiminin seçilməsi ilə bağı məsələlər tənzimlənib. Lakin bir məqamı da təəssüflə vurğulayıram ki, vergi güzəştlərikölgə iqtisadiyyatı”nda gizlənən sahibkarlara şamil olunmur. Belə sahibkarlara müraciətim odur ki, dövlətimizin qanunları qərarları əsasında fəaliyyət göstərsinlər”, - deyə M.Əfəndiyev əlavə edib.

 

Yeni Azərbaycan.- 2020.- 23 iyun.- S.5