Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar 

 

 

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

 

AZƏRTAC xəbər verir ki, UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olunan, xalqımızın qədim zəngin tarixini sübut edən İçərişəhərdə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri Qoşa Qala qapılarını da əhatə edib.

 

Bu qapılar sonuncu dəfə 1956-1957-ci illərdə təmir edilib. Mütəxəssislərin 2 il əvvəl apardığı müşahidələrin nəticəsinə əsasən abidədə həm daxildən, həm xarici tərəfdən çatlar, deformasiyalar aşkar olunub. Qoşa Qala qapılarının qala divarlarının Əziz Əliyev küçəsinə bitişik hissəsinin bərpa möhkəmləndirmə işləri 2018-2019-cu illərdə həyata keçirilib. Görülən işlər nəticəsində bu qapıların tağlı keçidlərinin hörgüsü möhkəmləndirilib, gözətçi qülləsinə qalxan yollar pillələr, qala divarının bu hissədən keçənəsgər yolubərpa edilib.

 

Dövlətimizin başçısına birinci xanımaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğunda bu il görülən gələn il icra olunacaq işlər barədə məlumat verildi.

 

Bildirildi ki, burada uşaq əyləncə idman meydançası yaradılıb. İçərişəhərdə XV əsr abidəsi olan "Buxara" karvansarasına bitişik ərazidə yardımçı sahə kimi istifadə edilən binada "Sənət sənətkarlıq" adlı ənənəvi sənət mərkəzinin yaradılması planlaşdırılır. Paytaxtda ilk olaraq belə bir mərkəzin yaradılmasında məqsəd Azərbaycanda yaşayıb-yaradan çox sayda istedadlı sənətkarı bir araya gətirərək, onların əl işlərinin satışı sərgilənməsi, ustad dərslərinin keçirilməsi üçün vahid məkanın qurulmasıdır. Bundan başqa, “İçərişəhərsərgi qalereyasının da yaradılması nəzərdə tutulur.

 

Prezident İlham Əliyevə birinci xanım Mehriban Əliyevaya 2018-ci ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "İstedArt" layihəsi barədə məlumat verildi.

 

Qeyd edildi ki, layihə Bakı şəhərində, eləcə ətraf qəsəbə kəndlərdə yerləşən sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olan uşaqlar üçün 10 internat məktəbini Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin uşaq yeniyetmələrini əhatə edir. İndiyədək layihədə 154 istedadlı uşaq yeniyetmə iştirak edib. İndi layihənin 5-ci mövsümünə hazırlıq gedir. Növbəti mərhələyə 23 uşaq cəlb edilib.

 

Sonra Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxdılar.

 

Məlumat verildi ki, hamamın konservasiya-bərpa işləri iki il ərzində həyata keçirilib. Burada aparılan işlər zamanı xeyli sayda arxeoloji tapıntı da üzə çıxıb. Hamamda ümumilikdə 85 artefakt aşkarlanıb. Bütün Şərq hamamlarında olduğu kimi, temperatur rejiminin saxlanılması məqsədilə bu hamamın da yarısı yerin altında, yarısı isə üstündə inşa olunub. Buna görə hamamın içi qışda isti, yayda isə sərin olurdu. Hər bir hamamda olduğu kimi, bu hamamın da qazanxana binası var.

 

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva qazanxana binasına baxdılar.

 

Qeyd edək ki, burada ən maraqlı məqamlardan biri yeraltı yolların olmasıdır. Ümumilikdə, İçərişəhərdə bir neçə hamam olub. Onların arasında Şirvanşahların sarayı, Qasım bəy, Hacı Bani, Yeraltı, Ağa Mikayıl Ağa Zeynal hamamları İçərişəhərdə bu günədək qorunan tarixi abidələrdir.

 

İçərişəhərdə XVII-XVIII əsrə aid Bakı Xanlarının Evi ya Bakı Xan Sarayı Kompleksi Qoşa Qala qapılarının yaxınlığında yerləşir. Kompleksdən xanlığın sonrakı hakimləri tərəfindən 1806-cı ilədək iqamətgah kimi istifadə olunub. Onun tərkibinə yaşayış binaları, Xan bağı, Yeraltı hamam, Orta əsrə aid ovdan, dulusçuluq emalatxanasının qalıqları, suarıtma sistemi, Xan məscidi daxildir. Burada bərpa konservasiya, həmçinin abadlıq işlərinə 2018-ci ilin sentyabrından başlanılıb.

 

ƏrazidəBaqqalsuvenir ənənəvi sənətkarlıq nümunələrinin sərgi satış qalereyası, Kitab evi milli yeməklərin təqdim olunduğu kafe var.

 

Bakı Xan Sarayı Kompleksinin ətraf ərazisində gözəl park salınıb. Bu park şübhəsiz ki, paytaxt sakinlərinin şəhərimizin qonaqlarının ən sevimli istirahət məkanlarından biri olacaq.

 

Bakı şəhərinin tarixində əhəmiyyətli yeri olan Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, konservasiya bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək. Burada qədim Bakının tarixi müasir, dinamik rəqəmsal formada canlandırılaraq geniş ziyarətçi kütləsinə nümayiş olunacaq. Muzeydə audiobələdçilər, virtual reallıq texnologiyasının imkanlarından istifadə olunmaqla ayrı-ayrı mövzular üzrə ayrılmış otaqlarda tarixi keçmişi əks etdirən bədii-tarixi animasiya filmləri təqdim ediləcək. Hazırda layihə üzrə işlər davam etdirilir onun açılışı 2020-ci ilin sonuna planlaşdırılır. Burada aparılan işlərPaşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Bakı Xan Sarayı Kompleksinin bir hissəsi olan Xan məscidinin binası İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin istifadəsinə verilib. Mərkəz 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. Mərkəzin binasında keramika, batika, zərgərlik, taxta dekorativ rəngkarlıq kimi 4 fərqli dekorativ tətbiqi sənət növünü özündə birləşdirən “DASTAN” milli brendinin yeni şourumu İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tərəfindən ustad dərslərinin keçirilməsi, əl işlərinin satışı sərgilənməsi üçün vahid məkan yaradılıb.

 

Dövlətimizin başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva İçərişəhərdə görüləcək işlərlə bağlı tapşırıq göstərişlərini verdilər.

 

Yeni Azərbaycan.- 2020.- 30 iyun.- S.2.