2019-cu il Gəncə-Qazax iqtisadi rayonu
üçün də uğurlarla yadda qalıb
Bəhs edilən dövrdə regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında
qarşıya qoyulan vəzifələr yerinə yetirilib
(əvvəli ötən sayımızda)
Bunun 66 faizi istehsal, 34 faizi isə
xidmət sahələrinin payına düşür. Əvvəlki
illə müqayisədə sənayedə 6,7 faiz, kənd təsərrüfatında
10,0 faiz, tikintidə 37,6 faiz, nəqliyyatda 26,6 faiz, rabitədə
13,3 faiz, ticarətdə 2,9 faiz artım olub. 2019-cu ilin
yanvar-dekabr aylarında sənaye xarakterli xidmətlərin
həcmi 16 milyon 880 min manat təşkil edib və 2018-ci illə
müqayisədə 6,7 faiz çoxalıb. Hesabat
dövründə büdcə gəlirləri 10 milyon 338 min
manat proqnoza qarşı 14 milyon 288 min manat olub.
Qeyd edək ki, rayon iqtisadiyyatının 45,6
faizini kənd təsərrüfatı təşkil edir.
Hesabat dövründə rayon üzrə 220 milyon 49 min manat dəyərində
385 min 113 ton kənd təsərrüfatı məhsulları,
o cümlədən 50 min 52 ton dənli bitkilər istehsal
olunub. Dənli bitkilərin məhsuldarlığı keçən
illə müqayisədə 0,3 faiz artaraq 32,4 sentner, o cümlədən
buğdanın məhsuldarlığı 33 sentner təşkil
edib.
Ötən
il Tovuzda 158 min 706 ton kartof istehsal olunub. Məhsuldarlıq
33,5 sentner artaraq 250,5 sentnerə yüksəlib.
Artıq kartofçuluqla məşğul olan
iri fermer təsərrüfatları meydana gəlir. “Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun
olaraq istehsal olunan məhsulun saxlanılması və uyğun
vaxtlarda realizasiya olunması məqsədilə 22 min 500 ton
tutumu olan soyuducu anbar kompleksinin tikintisinə başlanıb. Logistik mərkəz kimi fəaliyyət göstərəcək
bu obyektin tikintisi regionda kartofçuluğun inkişafına əhəmiyyətli
təsir göstərəcək.
Bu
mövsümdə fermerlər 38,4 hektar
istixanalarda 3072 ton məhsul yetişdiriblər. Məhsul
satışından 4 milyon 100 min manat gəlir əldə
olunub. Eyni zamanda, 1329 hektar tərəvəz
əkini sahəsindən 28 min 475 ton məhsul
götürülüb. Hesabat ilində 20
hektar sahədə yeni üzüm bağları salınıb
və bununla da üzümlüklərin ümumi sahəsi 745
hektara çatdırılıb. Mövsüm
ərzində rayonda 16 min 283 ton məhsul istehsal olunub.
Ötən illə müqayisədə məhsuldarlıq 44
sentner artaraq 245,6 sentnerə çatıb.
Aşağı Quşçu kəndində 3
min tonluq üzüm emalı müəssisəsi
yaradılıb. Ötən il Tovuzda
26 hektar sahədə yeni müasir meyvə bağları
salınıb və rayonda bağların ümumi sahəsi
1395 hektara çatdırılıb. Mövsüm ərzində
bağlardan əvvəlki ildəkindən 4095 ton çox
olmaqla 21 min 756 ton məhsul götürülüb.
Rayonda
ötən il heyvandarlığın
inkişafı sahəsində də müsbət nəticələr
əldə edilib. Belə ki, əvvəlki illə müqayisədə
ət istehsalı 3,1 faiz, süd
istehsalı 10,8 faiz, yumurta istehsalı 2 faiz, yun istehsalı 0,2
faiz artıb. Heyvandarlıqda məhsuldarlığın
artırılması və mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması istiqamətində
işlər davam etdirilir. 2017-ci ildə
inşasına başlanmış heyvandarlıq üzrə
1500 başlıq Aqroparkın tikintisi 2019-cu ildə başa
çatıb və fəaliyyətə başlayıb.
2019-cu il Daşkəsən rayonu üçün də
uğurlu olub. Bu barədə Daşkəsən
rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafın yekunlarına və
2020-ci ildə qarşıda duran vəzifələrə həsr
olunmuş ümumrayon hesabat yığıncağında məlumat
verilib. Yığıncaqda çıxış edən
Daşkəsən Rayon İcra Hakimiyyətinin
başçısı Əhəd Abıyev bildirib ki, 2019-cu
ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə
ümumi məhsul buraxılışının həcmi 228
milyon 833 min manat olub, əvvəlki ilə nisbətən 8,2
faiz, bəzi sahələr üzrə isə xeyli artıb.
Ümumi
məhsul buraxılışı 2019-cu ildə sənaye
üzrə 141 milyon 467 min manat, nəqliyyat və anbar təsərrüfatı
üzrə 3 milyon 276 min manat, informasiya və rabitə üzrə
238 min manat, ticarət-nəqliyyat vasitələrinin təmiri
üzrə 23 milyon 395 min manat olub.
Hesabat ilində rayonda ümumi məhsul
buraxılışında qeyri-dövlət sektorunun xüsusi
çəkisi 95 faiz təşkil edib. 2019-cu ildə rayonun büdcəsinin
icrası gəlirlər üzrə 110,9
faiz, xərclər üzrə 93,8 faiz yerinə yetirilib. Ötən
il rayon üzrə iqtisadi fəal əhali 20 min 692 nəfər
olub, onlardan məşğul əhali 19 min 644 nəfərdir.
2019-cu il ərzində rayon ərazisində bir
sıra tikinti, təmir-bərpa, yenidənqurma,
abadlıq-quruculuq işləri görülüb və
hazırda da bəzi sahələr üzrə həmin işlər
davam etdirilməkdədir. Azərbaycan Hökuməti
ilə İslam İnkişaf Bankı tərəfindən
maliyyələşən “Daşkəsən şəhərinin
su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin
həyata keçirilməsində son tamamlama işləri
yerinə yetirilir.
Artıq Daşkəsən şəhəri ekoloji cəhətdən
təmiz və fasiləsiz olaraq içməli su ilə təmin
olunur. Yeni inzibati binanın tikintisi başa çatıb, təmizləyici
qurğunun tikintisində isə son tamamlama işləri
görülür.
2019-cu il ərzində Daşkəsən şəhərində
10 çoxmərtəbəli yaşayış
binasının dam örtüyü təmir edilib. Daşkəsən şəhərinin bəzi
küçələrinə və çoxmənzilli
yaşayış binalarının ətrafına yeni asfalt
örtüyü salınıb, istinad divarlarında və səkilərdə
təmir işləri aparılıb. 2019-cu il ərzində
Daşkəsən şəhər İ.Nəsimi adına 1
saylı, N.Nərimanov adına 3 saylı, S.Vurğun adına
4 saylı və Qaraqollar kənd tam orta məktəblərində,
20 yerlik Daşkəsən qəsəbə uşaq
bağçasında, Qabaqtəpə kənd xəstəxanasında
və Quşçu kənd folklor evində təmir işləri
aparılıb. Gurbulaq, Çanaqçı və
Zinzahal kəndlərində modul tipli məktəb binaları
tikilərək istifadəyə verilib.
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında
Daşkəsən şəhərində, Daşkəsən
qəsəbəsində, Qabaqtəpə və Dəvrallı
kəndlərində Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün 4 fərdi
yaşayış evinin və Fövqəladə Hallar
Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən
qəsəbələrində və Quşçu kəndində
evləri qəza vəziyyətində olan vətəndaşlar
üçün 3 fərdi yaşayış evinin tikintisi
başa çatdırılıb.
Qeyd edilib
ki, Daşkəsən rayon Məşğulluq Mərkəzi tərəfindən
2019-cu il ərzində 32 nəfər işsiz vətəndaş
özünəməşğulluq proqramına cəlb edilib və
onlardan 30 nəfər işaxtaran vətəndaş təlimlərdə
iştirak edib və təlimi başa çatdıraraq qiymətləndirmədən
keçiblər. Qiymətləndirmədən
keçmiş vətəndaşlardan 15 nəfəri
iribuynuzlu mal-qara, 7 nəfəri isə xırdabuynuzlu mal-qara
ilə təmin edilib.
Rayonda kənd təsərrüfatının
inkişafı sahəsində də bir sıra işlər
görülüb. Belə ki, rayonda 3 kartofçuluq və 1
taxılçılıq üzrə toxumçuluq təsərrüfatları
fəaliyyət göstərir. Toxumçuluq
təsərrüfatlarının artırılması
üçün işlər davam etdirilir.
2019-cu
ilin məhsulu üçün 320 hektar sahədə buğda əkilərək
721 ton məhsul, 110 hektar sahədə isə arpa əkilərək
154 ton məhsul götürülüb. 2019-cu il ərzində
rayon ərazisində 1122 hektar sahədə kartof, 60 hektar sahədə
kələm, 40 hektar sahədə tərəvəz və 160
hektar sahədə vələmir əkilib. Əkilmiş
sahələrdən 11350 ton kartof, 960 ton kələm və 6
ton tərəvəz bitkiləri istehsal olunub.
Heyvanların
cins tərkibinin yaxşılaşdırılması məqsədilə
2019-cu il ərzində 378 baş iribuynuzlu
heyvan süni mayalandırılıb. Mayalandırılmış
heyvanlardan 196 baş bala alınıb.
“Arıçılıq
haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda
arı ailələrinin saxlanması üçün əlverişli
şəraitin, imkanların mövcud olması nəzərə
alınaraq 2019-cu il ərzində də
arıçılığın inkişafı
üçün tədbirlər davam etdirilib. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli 400
nömrəli qərarı ilə təsdiq edilmiş hər
arı ailəsinə 10 manat subsidiya verilməsi məqsədilə
rayon ərazisində 5619 arı ailəsinə görə
subsidiya verilib.
2019-cu il ərzində
31 nömrəli Yol İstismarı MMC tərəfindən
respublika və yerli əhəmiyyətli avtomobil
yollarının saxlanması və təmiri üzrə 1272,2 min manatlıq iş görülüb. Daşkəsən-Əmirvar-Qabaqtəpə və
Quşçu-Çovdar-Çaykənd avtomobil yollarında
son tamamlama işləri görülür.
İl ərzində əhalinin elektrik enerjisi, qaz və
içməli su ilə təchizatı vəziyyətinin
yaxşılaşdırılması məqsədilə bir
sıra təmir-bərpa, yenidənqurma işləri həyata
keçirilib.
Gəncə-Qazax
iqtisadi rayonuna daxil olan Göygöldə də ötən il ərzində bir sıra nailiyyətlər əldə
edilib. Belə ki, Göygöldə 2019-cu ilin yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
hesabat yığıncağındakı
çıxışında rayon İcra Hakimiyyətinin
başçısı Arif Seyidov bildirib ki, 2019-cu ildə
Göygöl rayonunda istehsal və xidmət sahələrinin
genişləndirilməsi, sosial obyektlərin tikilməsi,
abadlıq-quruculuq işlərinin aparılması istiqamətində
həyata keçirilən tədbirlər davam etdirilib,
iqtisadiyyatın dinamik inkişafı təmin olunub. “Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə
tutulmuş tədbirlərin icrasının nəticəsi
olaraq rayonun iqtisadiyyatı dinamik inkişaf edib, 8 xidmət,
3-ü emal olmaqla 11 istehsal obyekti istifadəyə verilib.
2019-cu il ərzində iqtisadiyyatın əsas sahələrində
istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi
208 milyon 348,8 min manat olub. Bundan 149 milyon 733,4 min manatı (71,8%) istehsal sahələrini, 58
milyon 615,4 min manatı (28,2%) xidmət sahələrini əhatə
edir. Adambaşına 3224,9 manat dəyərində
məhsul istehsal edilib.
Hesabat ili ərzində rayonda 1556 yeni iş yeri
açılıb, bunun da 881-i daimidir. Rayonda
sahibkarlığın inkişafına yaradılmış
münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin
sayı 596 vahidə çatıb, hesabat dövründə
aqrar sahənin inkişafı üçün
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 24
sahibkara 1 milyon 532 min manat məbləğində güzəştli
kredit verilməklə 79 yeni iş yeri yaradılıb.
2019-cu ildə
44 milyon 193,8 min manat əsas kapitala investisiya qoyulub, bundan 39
milyon 664,7 min manatı tikinti-quraşdırma işlərinə
yönəldilib.
2019-cu ildə
Göygöl rayon Statistika İdarəsinin yeni inzibati
binası istifadəyə verilib, məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində 130 mənzillik
5 mərtəbəli 3 binanın tikintisi başa
çatdırılıb, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Göygöl rayon şöbəsinin inzibati
binasının və Qafqaz tipli hotelin tikintisi davam etdirilir.
Eləcə
də 8 yaşayış məntəqəsini birləşdirən,
42,3 km-lik Gəncə-Kəlbəcər-Laçın
avtomobil yolunun yenidən qurulması işlərinə
başlanılıb və tamamlama işləri
aparılır. Toğanalı, Əzgilli, Nadil,
Zurnabad avtomobil yollarında, Çaykənd, Qarabulaq,
Quşçu, Quşqara kənddaxili yollarında da təmir
işləri aparılıb.
N.BAYRAMLI
Yeni Azərbaycan.-
2020.- 4 mart.- S.7