Vətən müharibəsində
qazandığımız Qələbə
Azərbaycan tarixində
əbədi qalacaq
Sentyabrın
27-dən etibarən başlayan əks-hücum əməliyyatları
Azərbaycanın hərbi qüdrətini göstərdi,
yüksək döyüş bacarığını
nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanının rəhbərliyi
ilə rəşadətli
Ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusu haqqında uydurulan illüziyaları alt-üst
etdi. Döyüşlərin ilk günlərindən
etibarən Ermənistanın
hərbi xuntası ümid edirdi ki, hansısa dövlət Azərbaycanı
bu haqq işindən
dayandıracaq, beynəlxalq
birlik ölkəmizə
təzyiq edərək
işğalçı dövləti
xilas edəcək.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.
Deputat deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın
qəti və dəyişməz mövqeyini
ortaya qoydu, dövlətimizə qarşı
yönələn bütün
beynəlxalq təzyiqlərə
sinə gərərək
ölkəmizin ərazi
bütövlüyü
təmin edilənə
qədər Ordumuzun döyüşləri davam
etdirəcəyini qəti
və əzmkar şəkildə bəyan
etdi.
Ermənistanın baş naziri
Nikol Paşinyanın Azərbaycanı döyüşləri
dayandırması üçün
etdiyi bütün cəhdlər uğursuz oldu, onun Ermənistan-Azərbaycan
münaqişəsinə dünyanın
böyük dövlətlərini
cəlb etmək xülyaları iflasa uğradı.
Bununla da döyüş
meydanında şanlı
tarix yazan Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddət ərzində
darmadağın edərək,
uğurlu əks-həmlə
əməliyyatları nəticəsində
noyabrın 9-dək 5 şəhər,
4 qəsəbə və
286 kəndi işğaldan
azad etdi.
Qarabağ müharibəsinin başladığı ilk
günlərdən etibarən
hissə-hissə azad olunan kəndlərimizin, qəsəbələrimizin, şəhər
və rayonlarımızın
adlarını görən
hər bir azərbaycanlının sevinc
və qürur hisslərindən ürəyi
dağa dönürdü.
Böyük strateji əhəmiyyətə
malik və Qafqazın incisi sayılan Şuşanın
qüdrətli Ordumuz tərəfindən işğaldan
azad edilməsi isə çox mühüm tarixi hadisəyə çevrildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın
erməni işğalından
azad edilməsi barədə müjdəsi
Azərbaycan xalqı tərəfindən xüsusi
coşqu ilə qarşılandı. Şuşanın
azad edilməsi Azərbaycan xalqının
möhtəşəm tarixi
qələbəsinə çevrildi.
Şuşanın azad
edilməsi, eyni zamanda, dövlətimizin başçısı İlham
Əliyevin parlaq qələbəsidir. Şuşanın
azad edilməsi ilə Ermənistan çıxılmaz duruma düşdü. Şuşanın
alınması Ermənistanı
tam tərk-silah etdi, onun bütün
manevr imkanları çökdürüldü, Paşinyanın
öz ölkəsini və dünya ictimaiyyətini aldatmaq taktikası əhəmiyyətini birdəfəlik
itirdi. Ali Baş Komandanın
rəhbərliyi ilə
Azərbaycan Ordusu ərazi bütövlüyümüzün
təmin edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə
yetirdi. 28 il işğal altında qalan mədəniyyət beşiyimiz olan Şuşanın azad edilməsi böyük siyasi, strateji və mənəvi
məzmun daşıyır.
Şuşanın azad
edilməsindən bir gün sonra - Dövlət Bayrağı
Günündə, noyabrın
9-da Azərbaycan Prezidenti
İlham Əliyev daha 71 kəndin, iki qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan
azad edildiyi barədə Azərbaycan xalqını məlumatlandırdı. Yaranmış
vəziyyət Nikol Paşinyanı məcbur etdi ki, noyabrın
10-da məlum bəyanatı
imzalasın. İmzalanan
bəyanat Ermənistanın
hərbi kapitulyasiyası
deməkdir və Azərbaycanın siyasi maraqlarını təmin edən bir sənəddir.
Bu bəyanat 30 ilə yaxın davam edən işğala birdəfəlik
son qoyur.
Deputat qeyd
edib ki, razılaşmaya əsasən,
Ermənistan öz üzərinə Kəlbəcər,
Laçın və Ağdam rayonları ərazisindən işğalçı
qoşunlarının çıxarılması
barədə öhdəlik
götürür. Beləliklə,
məcburi köçkün
olan həmvətənlərimizin
30 illik yurd həsrətinə son qoyulur. Onlar öz doğma torpaqlarına qayıda biləcəklər. Daha bir vacib məqam
ondan ibarətdir ki, imzalanmış bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yazılmayıb. Bu isə o deməkdir ki, Qarabağa heç bir status, muxtariyyət verilmir. Eyni zamanda, Naxçıvanın
Azərbaycanın əsas
hissəsi ilə əlaqəsi bu sənəddə təsbit
edilir. Bununla da Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmək
istiqamətində tarixi
addım atıldı.
Naxçıvanın 30 illik blokadasına
son qoyulur, eyni zamanda, türk dünyasının birbaşa
yerüstü tranzit–rabitə əlaqələri
bərpa edilir.
Ağalar Vəliyev söyləyib ki, imzalanmış bəyanata əsasən, münaqişə tərəflərinin
razılaşmalara əməl
etməsinə nəzarətin
səmərəliliyinin artırılması
məqsədilə atəşkəsə
nəzarət üzrə
sülhməramlı mərkəzin
yaradılması böyük
əhəmiyyət daşıyır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət
göstərəcəklər. Bu, o deməkdir ki,
Türkiyə rəsmi
qaydada bu münaqişənin gələcək
həlli və atəşkəsə nəzarət
etmək işində
rol oynayacaq. Yəni, bölgədə gələcək
əməkdaşlıq formatında
Türkiyə və Rusiya birgə iştirak edəcək.
Bir sözlə,
Azərbaycan xalqı və dövləti böyük tarixi zəfər qazanıb. Noyabrın
11-də 1 saylı Kliniki
Tibbi Mərkəzdə
müalicə olunan hərbçilərlə görüş
zamanı Müzəffər
Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq. Həm döyüş meydanında, həm danışıqlar masası
arxasında biz istədiyimizə
nail ola bildik.
Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı,
Şuşa şəhərlərini hərbi
güc hesabına azad edə bilmişik.
Bayrağımızı o torpaqlara sancmışıq,
bayrağımızı dalğalandırmışıq.
Bu gün bütün
dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi
sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin
peşəkarlığı sayəsində biz müharibənin
ilk günlərindən üstünlüyü
əldə etdik və ardıcıllıqla
bu son hədəfə
qədər uğurla
irəliləmişik.
Yeni Azərbaycan.-
2020.- 13 noyabr.- S.6.