Səfir: Latviya Azərbaycanla münasibətlərin
inkişafına böyük
əhəmiyyət verir
Noyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Latviyanın ölkəmizdəki səfiri
Daynis Qarançs ilə görüşüb.
Milli Məclisin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
parlamentin sədri Azərbaycan dövlətinin
dost və tərəfdaş Latviya ilə həyatın müxtəlif sahələrində
əlaqələrin inkişafına
böyük önəm
verdiyini deyib. Qeyd edilib ki, ölkələrimiz
dövlət müstəqilliklərini
bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində
yeni dövr başlayıb, siyasi, iqtisadi və humanitar sahələrdə
əməkdaşlığımız uğurlu inkişafı yoluna qədəm qoyub.
Əlaqələrimizin inkişafında dövlət
başçılarının rolundan danışan spiker ölkə liderlərinin qarşılıqlı
səfərlərinin əhəmiyyətini
xüsusi qeyd edib. Bildirilib ki, münasibətlərimiz
qarşılıqlı hörmət
və bərabərhüquqlu
əməkdaşlıq prinsiplərinə
söykənir. İkitərəfli
və beynəlxalq təşkilatlar çərçivəsində
əlaqələr ölkələrimizin
maraqlarına cavab verir. Azərbaycan ilə Latviya arasında Avropa strukturları, Şərq
Tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq
mövcuddur.
Görüşdə dövlətlərarası münasibətlər sistemində
parlamentlərin rolundan
danışan Sahibə
Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin
əhəmiyyətini vurğulayıb,
deputatların qarşılıqlı
səfərlərinin pandemiyadan
sonra da davam etdirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından
vacibliyini bildirib.
Söhbət zamanı Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinə toxunan
Milli Məclisin sədri cəbhə bölgəsindəki vəziyyətdən
danışıb, erməni
tərəfinin təxribatları
barədə geniş
məlumat verib.
Görüşdə
COVID-19 pandemiyasına qarşı
mübarizədə Azərbaycanda
və Latviyada həyata keçirilən
tədbirlərlə bağlı
da fikir mübadiləsi aparılıb,
bu sahədə beynəlxalq əməkdaşlığın
rolu qeyd olunub.
Səmimi qəbula
görə minnətdarlığını
ifadə edən səfir Dainis Qarançs ölkəsinin
Azərbaycanla münasibətlərin
inkişafına böyük
əhəmiyyət verdiyini
qeyd edib. Diplomat ölkələrimiz
arasında münasibətlərin
daha da inkişaf
etdirilməsi üçün
səylərini əsirgəməyəcəyini
söyləyib, dövlətlərarası
münasibətlərdə parlament diplomatiyasının
rolunu yüksək qiymətləndirib.
Səfir qeyd
edib ki, Cənubi Qafqazın baş verən proseslər onların da diqqət mərkəzindədir. O, regional
münaqişələrin həllində
beynəlxalq hüququn
norma və prinsiplərinə əməl
olunması barədə
dövlətinin mövqeyini
bir daha səsləndirib.
Həmçinin parlamentlərarası əlaqələrin mövcud
vəziyyəti və
inkişaf perspektivləri,
ikitərəfli və
beynəlxalq platformalarda
əməkdaşlığın müxtəlif aspektləri,
tərəfləri maraqlandıran
digər məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Yeni Azərbaycan.-
2020.- 6 noyabr.- S.-3.