Torpaqlarımızın işğaldan
azad olunması aqrar
sahənin inkişafını daha da sürətləndirəcək
Milli Məclisin Aqrar
siyasət komitəsinin sədri Tahir Rzayev www.yap.org.az
saytına müsahibə verib:
-Tahir müəllim, Azərbaycanda aqrar sektorun potensialı və inkişaf perspektivləri haqqında nə deyə bilərsiniz?
-Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının tarixən ən mühüm sahələrindən biri olmuş, ölkənin ümumi inkişafında, əhalinin sosial - rifah halının yaxşılaşmasında, yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynamışdır. Ulu Öndərimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1970-80- ci illərdə ölkənin kənd təsərrüfatı daha sürətlə inkişaf etmiş, Azərbaycan keçmiş sovet ittifaqının ən çox kənd təsərrüfatı məhsulları istehsal edən regionlarından birinə çevrilmişdir. Ümummilli Liderin yüksək təşkilatçılığı sahəsində həyata keçirilən tədbirlər bu sahədə uzun illər hökm sürən durğunluğu, geriliyi aradan qaldırıb, bir inqilabi sıçrayışı təmin etməklə bərabər, həm də kənd təsərrüfatı məhsullarının sənaye istehsalı imkanlarını artırmış, yeni emal müəssisələrinin, fabrik və zavodların fəaliyyətinə təkan vermişdir.
Pambıq, taxıl, üzüm, barama, çay yarpağı, heyvandarlıq məhsulları tədarükü və istehsalı sahəsində əldə olunan rekord göstəricilər görülən əsaslı işlərin - ilk növbədə bacarıqlı, savadlı kadrların yetişdirilməsinin, təsərrüfatlara yeni texnologiyanın tətbiqinin, çox ciddi meliorativ tədbirlərin həyata keçirilməsinin, qabaqcıl təcrübənin öyrənilib yayılmasının, tapşırılan işə məhsuliyyətin artırılmasının və nəzarətin gücləndirilməsinin nəticəsi idi. Keçmiş ittifaq səviyyəsində bir çox qərar və proqramların qəbul etdirilməsi, layihələrin hazırlanıb həyata keçirilməsi həm respublika iqtisadiyyatının sürətli inkişafını təmin edir, insanların maddi vəziyyətini yaxşılaşdırır, həm də Azərbaycanı tanıdır, şöhrətləndirirdi. Respublikada sağlam mənəvi mühit yaradılır, milli ruh yüksəlir, bəşəri dəyərlər təbliq edilir, vətəndaşların vətən, xalq təəssübkeşliyi yeni uğurlara zəmin yaradırdı. Heydər Əliyevin qurduğu, yaratdığı inkişaf etdirdiyi Azərbaycanın nailiyyətləri ən mötəbər tribunalardan səsləndirilirdi. Kənd təsərrüfatı sahəsində əldə olunan nəticələr, istifadəyə verilən pambıq, üzüm emalı zavodları, toxuculuq fabrikləri, müasir heyvandarlıq kompleksləri, su anbarları, kollektor - drenaj şəbəkələri, insanlara göstərilən qayğı - diqqət, yaradılan işgüzar şərait rəhbərin gərgin zəhməti, uzaqgörənliyi, sabaha inamı, torpağa, xalqa məhəbbəti sayəsində meydana gəlmişdi və yeni uğurlara yol açırdı.
Çox təəssüflər olsun ki, illərlə ağır zəhmət, küllü miqdarda maliyyə vəsaiti hesabına yaradılan, inkişaf etdirilən kənd təsərrüfatı 1990 - cı illərin əvvəllərində az bir müddətdə daxildə olan bədxahlar tərəfindən AXC hakimiyyəti dövründə acınacaqlı vəziyyətə salındı. Kolxozların maddi - texniki bazası, emal zavodları, cins heyvandarlıq kompleksləri, maşın- traktor parkları, təcrübə- sınaq məntəqələri dağıdıldı, oğurlandı, ucuz qiymətə satıldı. Çox sayda mal- qara tələf edildi, texniki avadanlıqlar, maşın- traktorlar sıradan çıxarıldı. Kənd təsərrüfatı sahələrinə ikinci ağır, dağıdıcı zərbə erməni təcavüzkarları tərıfindən vurulmuşdur. Belə ki, bərəkətli torpaqlarımızın 20 faizi azqın düşmən tərəfindən işqal olunmuş və həmin ərazilərdə mövcud olan yüzlərlə kənd təsərrüfatı xarakterli obyektlər dağıdılmış, məhv edilmişdir. Yüz minlərlə mal- qara, işlək maşın - mexanizmlər, çoxsaylı emal müəssisələri, zavodlar düşmən əlinə keçmişdir. 7 relikt göl və su anbarı ciddi antropogen təsirlərə məruz qalmış, su tutumu 500 milyon kubmetr Sərsəng su anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir və bu göllərdən, su anbarlarından uzun müddət istifadə edilə bilməməsi ölkənin kənd təsərrüfatını xeyli geri salmışdır.
-Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti ölkəmizin aqrar sektoruna da çox ciddi təsir edib...
Ermənistanın təcavüzü nəticəsində min hektarlarla əkinə yararlı torpaq sahələri yararsız hala düşmüşdür. Ərazilərdə qəstən törədilmiş yanğınlar nəticəsində torpağın üst, münbit qatı və canlı aləm məhv edilmişdir. Torpaqların uzun müddət əkilməməsi , becərilməsi onun korlanmasına səbəb olmuşdur ki, bu da gələcəkdə həmin torpaqlardan yüksək məhsul əldə etməyə zəmanət vermir. İşqal nəticəsində hidrotexniki qurğuların, kollektor- drenaj şəbəkələrinin, kanalların, su hövzələrinin dağıdılması küllü miqdarda vəsaitlə ölçülür və əgər torpaqlarımız işqal altında olmasaydı bu gün aqrar sahə daha sürətlə inkişaf etdirilər və iqtisadiyyatımızın ən qabaqcıl sahəsinə çevrilə bilərdi. Əlbəttə ki, işğal altında olan kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin, 231,056 əkin, 352 min hektara yaxın örüş - otlaq və biçənək sahəsinin illər boyu istifadə edilməməsi əkilib- becərilməməsi, korlanması qəbuledilməzdir və inkar olunmazdır ki, həmin sahələrdən min tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz götürmək mümkün idi. Təəssüflər olsun ki, erməni təcavüzkarlarının işğalı nəticəsində əhalimiz öz torpaqlarını əkib becərməkdən məhrum olmuş və bu dövrlərdə yüz min tonlarla kənd təsərrüfatı məhsulu itirilmişdir.
Yüz minlərlə insan öz məşğuliyyətindən, əkib – becərməkdən, məhsul istehsal etməkdən, torpaqları saflaşdırmaqdan, maddi vəziyyətini yaxşılaşdırmaqdan iş yerindən uzaq düşmüşdür. Torpaqların deqradasiyaya uğraması və milli genetik resursların, məhsul və ərzaq anbarlarının məhv edilməsi, kənd təsərrüfatı texnikası və avadanlıqları parklarının sıradan çıxarılması, toxum istehsalı və təchizat sisteminin aradan qalxması, kənd təsərrüfatı mütəxəssislərinin itirilməsi və ya aqrar fəaliyyətdən məcburən uzaqlaşdırılması və digər hallar sözsüz ki, respublikanın kənd təsərrüfatına ciddi mənfi təsir göstərmişdir. Mütəxəssislərin hesablamalarına görə, işğal kənd təsərrüfatına 20 milyard manata yaxın ziyan vurmuş, aqrar sahənin inkişafını xeyli dərəcədə ləngitmişdir. Ancaq bütün bunlara baxmayaraq, 2003-cü ildən 2020-ci ilə kimi Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, kənd təsərrüfatı isə 2 dəfə artmışdır. 2019-cu ildə əvvəlki ilə müqayisədə 7,2 faiz artım əldə edilmişdir ki, bu da aqrar sahədə ildən - ilə inkişafın göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sektorun inkişafı ilə əlaqədar həyata keçirdiyi çox mühüm tədbirlər, qəbul olunmuş qanunlar, tərtib edilmiş proqramlar, layihələr, yol xəritələri, imzalanmış fərman və sərəncamlar ölkədə kənd təsərrüfatının inkişafına öz töhfələrini vermişdir. Barama istehsalı 25, pambıq 26, yumurta 9, günəbaxan 43, kartof 12, tərəvəz 12, bostan məhsulları 11, meyvə və giləmeyvə 9, yaşıl çay yarpağı 7, üzüm 20 faiz artmışdır.
-Ölkəmizdə kənd təsərrüfatının daha da inkişafı üçün görülən işləri necə dəyərləndirirsiniz?
-Dövlət başçısı tırıfindən “Aqrar sahədə idarə etmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” keçən il imzalanmış fərmanlar kənd təsərrüfatının inkişafına qayğı və diqqəti əks etdirməklə yeni uğurların qazanılmasına imkan yaradır. Dayanıqlı inkişaf prinsiplərinə arxalanaraq rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və emal sektorunu formalaşdırmaq, islahatları sürətləndirmək, qabaqcıl təcrübəni öyrənib tətbiq etmək, idarəetməni təkmilləşdirmək, vəzifələrin aktuallığını qiymətləndirmək məhsuliyyəti yüksəltmək, sahibkarlığın inkişafına dəstək vermək, qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək qarşıda duran başlıca vəzifədir.
Ölkədə kənd təsərrüfatının inkişafı bilavasitə suvsrms və meliorasiya sisteminin təkmilləşdirilməsini tələb edir və bu sahədə mövcud çətinliklərin aradan qaldırılması yüksək məhsul istehsal edilməsi üçün əhəmiyyətlidir. Prezident cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirənin keçirilməsi bu baxımdan xarakterikdir. Ölkə rəhbəri müşavirədəki çıxışında demişdir: “Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər və mövcud çatışmamazlıqlar bundan sonra aradan qaldırılsın, vahid idarəetmə mexanizmi yaradılsın, ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planı icra edilsin. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100% olmalıdır”. Əlbətdəki dövlət başçısının rəhbərliyi, diqqət və qayğısı sayəsində ölkənin meliorasiya və su təsərrüfatı da xeyli inkişaf etdirilmiş, son illər bu sahədə əsaslı tədbirlər görülmüşdür. Belə ki, bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, maddi - texniki baza xeyli yaxşılaşmış, ümumi su tutumu 465 min m.kub olan 4 su anbarı tikilmiş, 3 su anbarı bərpa edilmiş, 4500 km. suvarma kanalı 1500 km. boru xətti 3000 km. kollektor - drenaj şəbəkəsi tikilmiş, təmir və bərpa edilmiş 2619 ədəd subartezian quyusu qazılmış, 462 min ha. sahədə torpaqların su təminatı və 286 min ha. sahənin melioratik vəziyyəti yaxşılaşdırılmışdır. 194 min ha. yeni suvarılan torpaq əkin dövriyyəsinə cəlb edilmiş, 206 km sel və daşqınlara qarşı mübarizə tədbiri həyata keçirilmişdir. Bu ilin ötən dövrü ərzində 25 km suvarma kanalının tikilməsi, 31 km suvarma boru kəmərinin çəkilməsi, 6,9 km növ kanalının, 14 km boru xəttinin təmir edilməsi, nəzərdə tutulan 443 ədəd subartezian quyusundan 215 ədədinin qazılıb verilməsi kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.
-Tahir müəllim, məlumdur ki, Azərbaycan Ordusu tərəfindən torpaqlarımız erməni işğalından azad edilməkdədir. Ərazilərimizin işğaldan edilməsi aqrar sahənin inkişafı baxımından nələr vəd edir?
-2020 - ci il xalqımız üçün çətin, məsuliyyətli, həm də şərəfli, uğurlu bir ildir. Azərbaycan xalqı bu il iki mənfur düşmənə- koronavirusa və bu virusdan da amansız olan erməni təcavüzkarlarına qarşı mübarizə aparır. Pandemiya bütün dünyada olduğu kimi ölkəmizdə də müəyyən problem yaratmış, əvvəlcədən bir çox qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq virus insanlardan yan keçməmiş, kənd təsərrüfatında çalışanların işinə ciddi manelər törətmişdir. Ancaq buna baxmayaraq sahibkarlar, torpaq sahibləri xəstəliklə mübarizə tədbirlərinə əməl etməklə bərabər öz işlərini də davam etdirmişlər. Taxıl yığımında və tədarükündə elə ciddi bir gerilik olmamışdır. Məhsul vaxtında toplanmışdır. Demək olar ki, nəzərdə tutulan nəticə əldə edilmişdir. Heyvandarlıq məhsulları istehsalı da qənaətləndiricidir. Pambıqçılar pandemiyanın və müharibənin törətdiyi çətinliklərə baxmayaraq bol məhsul yetişdirmişlər və bu gün pambıq yığımı müvəffəqiyyətlə davam edir.
Kənd təsərrüfatının digər
sahələrində də elə bir ciddi çətinliklər, gerilik
müşahidə olunmur. İnsanlar
əkib becərdikləri məhsulu raket
yağışı, top, güllə atəşi
altında yığıb tədarük etməkdən çəkinmirlər.
Onlar dövlətimizin
başçısına, Ali Baş Komandanımıza böyük
ümid və inam bəsləyir,
torpaqlarımızın azqın düşməndən tez bir zamanda
tam azad
olunacağı günü səbirsizliklə
gözləyirlər. Dağılan təsərrüfatlar, viran edilən evlər, dağıntılar,
çətinliklər, şanlı ordumuzun
zəfər yürüşü
müqabilində onların gözündə heçdir.
Xalqımız torpaqlarımızın azadlığı uğrunda hər bir
çətinliyə dözməyə qatlaşmağa
hazırdır. Bu ölkə rəhbərinə
ünvanlanan müraciətlərdə, səsləndirilən
fikirlərdə, söhbətlərdə özünü
aydın göstərir. Xalq Ali Baş Komandanla, şanlı ordumuzla
birdir və bu birliyin, həmrəyliyin, müstəqilliyin, qələbənin
yolunda hər bir kəs
nəinki evindən - eşiyindən canından keçməyə
belə hazır olduğunu nümayiş etdirir.
Əlbəttə ki, vətənə, torpağa sədaqət, məhəbbət ifadəsi olan bu
birlik, səfərbərlik qələbəmizi
daha da
yaxınlaşdırır və düşmənə
ağır, sarsıdıcı zərbələr endirən
müzəffər ordumuzun, igid əsgər və zabitlərimizin sücaəti
sayəsində işqal altında olan bütün ərazilərimizin
sözsüz ki, erməni
təcavüzkarlarından azad ediləcəyini
reallaşdırır. Qələbə Azərbaycan
iqtisadiyyatının, onun önəmli olan sahəsi kənd təsərrüfatının
inkişafına da böyük
təkan verəcək və işqaldan azad olunan
torpaqlarımız insanların əliylə bol-
bəhrəli taxıl, pambıq, üzüm
sahələrinə çevriləcək,
xarabazarlığa çevrilən şəhər və kəndlərimiz,
ata- baba yurdları abadlaşacaq, üzə güləcəkdir. Hünər, zəhmət, ədalət, halallıq
Azərbaycanı daha yüksək zirvələrə
ucaldacaq, dövlətimiz öz
rəhbərinin - cənab İlham Əliyevin
siyasəti, əməli, torpağa, xalqa məhəbbəti, sədaqəti ilə
daha da yüksələcək,
şöhrətlənəcək və tarixə yeni-yeni qələbə səhifələri
yazacaqdır. Azərbaycan daha da inkişaf edəcək,
xalqımız xoşbəxt və firavan
yaşayacaqdır.
Yeni Azərbaycan.- 2020.- 7 noyabr.- S.6.