Ermənistanın xalqımızın dini mədəni-tarixi irsinin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı soyqırımıdır

 

İƏT-in Baş Katibliyi tərəfindən yayılmış bəyanatda İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlıq ifadə olunub

 

Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm mənəvi yaddaşımızı məhv etmək olub. Bütövlükdə, 200 ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm tarixi-dini abidələr, müqəddəs ocaqlar məbədlər olub.

Sentyabrın 27-dən etibarən şanlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız erməni işğalından azad edildi. Azad edilmiş ərazilərimizdə bütün dünya bir daha tarixi, mədəni dini abidələrimizə qarşı erməni vəhşiliyinin şahidi oldu. Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirib. Bununla bağlı yayılmış bəyanatda deyilir ki, maddi mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması talan edilməsi, tarixin mənimsənilməsi saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur: “İşğal olunmuş ərazilərdə əsrlər boyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların konvensiyaların, o cümlədənSilahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası”nın 1954, 1999-cu il Protokollarının açıq şəkildə pozulmasıdır. Xarici İşlər Nazirləri Şurasının 46-cı iclasında İƏT “İslamın müqəddəs yerlərinin qorunması haqqında” 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi mədəni irsi tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilib”.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmişDünya əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələri”nin, “Ölkə əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələri”nin Yerli əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələri”nin siyahılarına əsasən, 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərimizdə dövlət qeydiyyatında olan tarix mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Bu ərazilərdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.

Göründüyü kimi, Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb. Belə ki, milli mənsubiyyəti dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb ya özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm təhqir olunub. Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərdəki məscidlərdə donuz, mal-qara saxlanılmasının şahidi olduq. Eyni zamanda, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb. Bütün bunlar isə onu göstərir ki, Ermənistanın xalqımızın mədəni-tarixi, dini irsinin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı soyqırımıdır. Bu əməllərinə görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2020.-  13 noyabr.- S.-7.