Əli Əhmədov:
"Şuşanın azad
olunması Azərbaycan
tarixinin ən şanlı səhifələrindən
biridir"
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra
katibi Əli Əhmədov özünün
rəsmi facebook səhifəsində Şuşanın
azad edilməsi münasibəti ilə fikirlərini paylaşıb.
APA-nın məlumatına görə, Ə.Əhmədov
qeyd edib ki, bu gün
Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim şəhərimiz Şuşanın
işğaldan azad edildiyini xəbər verib:
“Bu xəbəri bütün
Azərbaycan xalqı düz 28 il yarım gözlədi. Və nəhayət 2020-ci il noyabr ayının 8-də, Dövlət
Bayrağı günü
ərəfəsində illərlə
gözlədiyimiz xəbəri
Ali Baş komandanın
dilindən eşitdik.
Düşünürəm ki, bu illər ərzində hər azərbaycanlının
ən çox eşitmək istədiyi sözlər “Şuşa azad edildi” kəlmələri
olub. İndi xalqımız Prezidentin dilindən bu kəlmələri eşidərək
tarixi xoşbəxtlik
anlarını yaşayır.
Şuşanın azad olunması
Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir.
Bu, xalqın bütövlük,
dəyanət, rəşadət
və ləyaqət tarixidir. Şuşa xalqımızın tarixini, mədəniyyətini,
ləyaqətini və
ruhunu ifadə edir. Şuşasız Azərbaycan ruhsuz
bədəni xatırladırdı.
İndi bu bədənə
ruhu qaytarıldı.
Şuşa Dövlət Bayrağı
günü ərəfəsində
azad edildi. Müqəddəs bayrağımız öz
tarixinin yəqin ki, ən şərəfli
gününü yaşayır.
İndi o Şuşada dalğalanır. Və
əbədi dalğalanacaq!
Şuşanın azad edilməsi
Azərbaycanın möhtəşəm
qələbəsidir. Bu,
rəşadətli Azərbaycan
Ordusunun qələbəsidir.
Şuşanın azadlığa qovuşması
zati-aliləri İlham
Əliyevin tarixi qələbəsidir.
Şuşanın işğalda olduğu
28 il ərzində,
qədim şəhərimizin
itirildiyi may ayının
8-də heç kim şadlıq etməzdi, təntənəli tədbirlər
təşkil edilməzdi,
toylar keçirilməzdi”.
Ə. Əhmədov bildirib ki, Şuşanın işğalının Azərbaycan
xalqı üçün
nə qədər böyük itki olduğunu bundan daha təsirli şəkildə heç
nə ifadə edə
bilməz: “Buna görə
də Şuşanın
azad edilməsinin milli bayram kimi
qeyd olunmağa tam haqqı çatır. Yəqin ki, elə bu
cür də olacaq.
Şuşanın azad olmasının
sevincini yaşadığımız
bu gündə “Çox sağ
olun cənab Ali Baş Komandan” demək istəyirəm. Siz bütün Azərbaycan xalqına göz aydınlığı verdiniz.
Sizin də gözünüz
aydın. Siz şərəfli bir tarix yaratdınız.
Bu tarixin ən gözəl səhifəsində
qızıl hərflərlə
Sizin adınız
yazılıb.
Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, qəhrəman xalqdır. Ən böyük qəhrəman
isə İlham Əliyevdir.
Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun
Azərbaycan xalqına!
Yeni Azərbaycan.-
2020.- 11 noyabr.- S.11.