Nişantaşı Universitetinin nümayəndə
heyəti Gəncədə
Türkiyənin Nişantaşı Universitetinin
rektoru Şenay Yalçının başçılıq
etdiyi nümayəndə
heyəti noyabrın
16-da Gəncəyə gəlib.
AZƏRTAC-ın
bölgəyə ezam
olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti Gəncənin mərkəzi hissəsində
Ermənistan silahlı
qüvvələrinin raket
hücumlarının səbəb
olduğu cinayətin izləri ilə tanış olub.
Nümayəndə heyətinə məlumat
verilib ki, işğalçı Ermənistanın
silahlı qüvvələri
beynəlxalq hüququn
norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını
və onların Əlavə protokollarını
pozaraq, Azərbaycanın
dinc əhalisini qəsdən hədəfə
almaqla, yaşayış
məntəqələrini ağır
artilleriyadan atəşə
tutub. Döyüş meydanında sarsıdıcı
məğlubiyyətə uğrayan
Ermənistan silahlı
qüvvələri ətrafdakı
şəhər və
kəndləri, eləcə
də cəbhə xəttindən uzaqda yerləşən yaşayış
məntəqələrini və
mülki obyektləri hədəfə alıb.
Oktyabrın 11-də və
17-də Ermənistan ərazisindən
Azərbaycanın ikinci
böyük şəhəri
olan Gəncə məqsədli şəkildə
ballistik raketlərlə
atəşə tutulub.
Gecə saatlarında raket hücumları nəticəsində 1 körpə,
5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.
Türkiyə nümayəndə heyəti
erməni terroru zamanı həlak olan dinc sakinlərin
xatirəsinə ehtiram
əlaməti olaraq, dağılmış evlərin
və binaların ətrafına gül düzüb, dualar oxuyublar.
Sonda Ermənistanın
Azərbaycan ərazisinə
və xalqına qarşı həyata keçirdiyi hücumları
pisləyən bəyanat
səsləndirilib.
Yeni Azərbaycan.- 2020.- 17 noyabr.-
S.8.