Fransa hakimiyyəti
köhnə stereotiplərin
əsiridir və yeni reallığı qəbul edə bilmir
Məlum olduğu
kimi, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa
hazırlaşır. Qeyd edək
ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa qurumun fəaliyyəti dövründə
davamlı şəkildə
ermənipərəst mövqeyi
ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini
pozaraq işğalçı
Ermənistana hərtərəfli
dəstək verib.
Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini
əldə etmək üçün müharibə
dövründə işğalçı
ölkəyə siyasi,
iqtisadi və hərbi dəstək göstərib.
Fransa məsələni
ATƏT-in Minsk qrupu çərçivəsində
mənasız müzakirələr
müstəvisinə qaytarmaq
niyyəti güdür
Qeyd edək ki, Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma
rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq,
məsələnin həllini
ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu
çərçivəsində mənasız müzakirələr
müstəvisinə qaytarmaq
niyyəti güdür.
Bu da onu
göstərir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin
əsiridir və yeni reallığı qəbul edə bilmir. Fransa hakimiyyətinin mövqeyi və cəhdləri onsuz da ölü
qurum olan ATƏT-in Minsk qrupunun
həmsədrlik institutunun
tam məhv edilməsinə istiqamətlənib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Fransa ermənilərin
çoxluq təşkil
etdiyi ölkələrdən
biridir. Hətta erməni lobbisinin Fransada dövlət strukturlarına və hakimiyyətin müxtəlif
nümayəndələrinə belə təsir etmək imkanlarının
olması bəlli bir məsələdir. Onun sözlərinə görə, bütün beynəlxalq sənədlərdə
təsdiq olunur ki, Qarabağ əzəli Azərbaycan ərazisidir və dünya dövlətləri
də Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır. Fransanın
müəyyən rəsmi
dairələrindən isə
Azərbaycanın suverenliyinə,
ərazi bütövlüyünə
təhdid xarakteri daşıyan sərsəm
fikirlərin səsləndirilməsi,
sadəcə, təəssüf
doğurur.
Bu addım
Azərbaycan-Fransa münasibətlərinə
ciddi zərbə vurur
Millət vəkili
qeyd edib ki, bu, Fransada
yaşayan ermənilərin
və ölkədə
mövcud olan erməni lobbisinin əməlləridir. Paris meriyasının
qondarma “Dağlıq Qarabağ respublikası”nı
tanımağa hazırlaşması
ilə bağlı merin fikirləri Azərbaycan-Fransa münasibətlərinə
ciddi zərbə vurur. 44 günlük Vətən müharibəsi
ərzində də biz Fransanın mövqeyini, daha doğrusu, işğalçı
Ermənistanı müdafiə
etmək maraqlarının olduğunu
gördük. Baxmayaraq
ki, Fransa ATƏT-in Minsk qrupunun
həmsədr ölkələrindən
biridir və həmsədr olan ölkələrin tərəfkeşlik
etmək cəhdləri
onların mandatlarına
ziddir. Bütün bu hallar Fransada
olan erməni lobbisinin Fransa hökumətinə olan təsirindən irəli gəlir. Lakin bu kimi cəhdlər tamamilə mənasızdır, Azərbaycan
üçün heç
nə dəyişən
deyil.
“Sadəcə, Fransa
rəsmilərinin bu cür fikirlər səsləndirməsi, ilk növbədə,
bu ölkənin öz nüfuzuna xələl gətirmiş
olur. Çünki Qarabağda
olan separatçı rejim bir terror təşkilatıdır və
Ermənistanın 30 il öncə işğal etdiyi torpaqlarımızda qeyri-qanuni
fəaliyyət göstərməyə
çalışırdı. Erməni lobbisinə yaxınlığı
ilə tanınan Paris
meri Ann İdalqo anlamalıdır ki, həmin separatçı rejimi heç Ermənistanın özü
tanıya bilməyib.
Çünki bu, beynəlxalq
hüquqa zidd bir məsələdir və əksi Ermənistan üçün
çox ağır nəticələrlə başa
gələ bilərdi.
Ann İdalqo kimi
Fransa rəsmilərinin
bu cür absurd fikirdə olmaları dolayısı ilə bu adamların dünyada terrora dəstək verməkdə
maraqlı olmalarını
təzahür etdirir”,
- deyə C.Osmanov vurğulayıb.
“Sentyabrın 27-də Ermənistanın davamlı
təxribatları nəticəsində
başlanmış müharibə
dövründə Fransa
bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini
tam açıq nümayiş
etdirməyə başlayıb. Fransa prezidenti
Emmanuel Makron hərbi əməliyyatların dayandırılması,
Azərbaycana qarşı
beynəlxalq rəy formalaşdırılması və
cəza tədbirləri
həyata keçirilməsi
məqsədilə ciddi
səylərlə çıxış
edib. Bütün
bunlar azmış kimi, Fransanın hərbi kəşfiyyatı
davamlı şəkildə
əldə etdiyi məlumatları Ermənistana
ötürüb, hətta
bəzi məlumatlara görə Fransa ən yüksək səviyyədə Ermənistan
hakimiyyətinə Azərbaycanın
münaqişədə üstünlük
əldə etməsinə
imkan verməyəcəyini
vəd edib”. Bu fikirləri isə
politoloq Şəbnəm
Həsənova deyib.
Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın
xeyrinə iş aparıb
Politoloq
bildirib ki, əldə olunan məlumatlara görə isə yaxın günlərdə Paris meriyası
qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşır. Heç
şübhəsiz ki, proses Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırılır.
Nəzərə alsaq
ki, Parisin meri Ann İdalqo erməni lobbisinin tam nəzarəti altında olmaqla yanaşı, qatı ermənipərəst
mövqeyə malikdir və onun Fransa
erməniləri ilə
sıx münasibəti var,
hətta müavinlərindən
biri ermənidir, o zaman bütün suallara cavab tapmaq olur ki,
məsələ hardan
və kimlərdən
qaynaqlanır. Bundan əvvəl
də İdalqonun ermənilərə yaxınlığına
dair konkret faktlar mövcud idi. Belə ki, o, Fransada erməni kilsəsinin açılışında iştirak
edib, qondarma “erməni soyqırımı”
ilə bağlı tvitlər paylaşıb, eyni zamanda, separatçı
Dağlıq Qarabağ
rejimini dəstəkləyən
təşəbbüslər edib və marafonlar
təşkil edib, belə olan halda hər şey aydın olur. Lakin bütün bu
qatı ermənipərəst
cəhdlərə baxmayaraq,
İdalqonun erməni sevgisi gülüş obyektinə çevrilərək
məsxərəyə qoyulur.
Makronun yaratdığı
və rəhbərlik
etdiyi “İrəli Fransa” partiyasının
Paris Şurasında geniş
şəkildə təmsil
olunmasını nəzərə
aldıqda, deyə bilərik ki, bu proses Makronun ermənilərə növbəti
sadiqliyindən irəli
gəlir. Düşünürəm ki, məsələ
Fransanın son dövrlər,
eləcə də sentyabrın 27-dən sonra
aparılan hərbi əməliyyatlar zamanı
sərgilədiyi ermənipərəst
siyasətin tərkib hissəsi kimi başa düşülməlidir.
Paris şəhərinin Dağlıq Qarabağdakı
qondarma qurumu tanıması da heç bir nəticə verməyəcək.
“Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə
iş aparıb, bu fəaliyyəti indi də davam
etdirdikləri halda, bu gün Fransa
müxtəlif Avropa dairələrində Azərbaycanın
mənfi imicinin formalaşdırılması istiqamətində
fəal addımlar atılır. Lakin düşünürəm ki,
Fransa öz tarixi keçmişinə
nəzər salsa, daha
məntiqli olar, çünki bu ölkə əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı
törətmiş bir
ölkədir”, - deyə
politoloq qeyd edib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2020.- 19 noyabr.-
S.-7.