Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən
diplomatik məharəti
nəticəsində Ağdam
kimi Kəlbəcər
də qan tökülmədən, şəhid
verilmədən geri qaytarıldı
Məlum olduğu
kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə
bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin
boşaldılması qrafik
üzrə həyata keçirilir. Bəyanatda qeyd edilən
şərtlərə əsasən,
Kəlbəcər rayonu
noyabrın 15-də Azərbaycana
qaytarılmalı idi,
lakin Ermənistan tərəfinin müraciəti
əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana 10 gün əlavə möhlət verildi. Artıq noyabrın 25-də erməni
silahlı birləşmələri
və orada qeyri-qanuni məskunlaşdırılan
əhali Kəlbəcəri
rahat və təhlükəsiz şəkildə
boşaldıb. Vurğulamaq
yerinə düşər
ki, Kəlbəcərin
azad olunması BMT Təhlükəsizlik Şurasının
822 saylı qətnaməsinin
Azərbaycan dövləti
tərəfindən icrasının
təmin edilməsi deməkdir. Bu isə onu deməyə
əsas verir ki, Azərbaycanın atdığı addım bütün beynəlxalq konvensiyalara və hüquq normalarına uyğundur.
AXC-“Müsavat” cütlüyünün səriştəsiz
və xəyanətkar
siyasəti Kəlbəcərin
işğalına şərait
yaratdı
Qeyd etmək
yerinə düşər
ki, Kəlbəcər
rayonu 1993-cü il aprelin 2-də Ermənistan
tərəfindən işğal
edilib. Həmin dövrdə hakimiyyətdə
olan AXC-”Müsavat” cütlüyünün səriştəsiz
və xəyanətkar
siyasəti rayonun işğalına şərait
yaratdı. Ümumiyyətlə,
vaxtilə siyasi hakimiyyətə gəlmək
üçün bütün
vasitələrə əl
atan həmin qüvvələr bu yolda hətta suverenliyimizi belə təhlükə altında
qoymaqdan çəkinməmişdilər.
Məhz onların xəyanətkar fəaliyyəti
nəticəsində torpaqlarımız
ermənilər tərəfindən
ard-arda ələ keçirilmişdi. Xatırladaq ki,
həmin dövrdə
Azərbaycanda hakimiyyət
uğrunda mübarizə
gedirdi və nə olursa-olsun, hakimiyyətə gəlmək
istəyən Azərbaycan
Xalq Cəbhəsi bu yolda bütün
xəyanətlərə əl
atırdı. 1993-cü ilin
aprelində isə onların yaratdığı
xaos, siyasi böhran, özbaşınalıq
Kəlbəcərin
də ermənilər
tərəfindən işğal
edilməsi ilə nəticələndi.
Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə,
atəşə məruz
qalmadan rahatlıqla bütün əşyalarını
götürüb çıxırlar
Vurğulanmalıdır ki, bu gün
Kəlbəcəri tərk
edən erməni əhalisi 1993-cü ildə
rayonun işğalından
sonra orada qeyri-qanuni məskunlaşdırılan
insanlardır. Bəlli olduğu
kimi, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan
Kəlbəcər ərazisində
ermənilərin fəal
məskunlaşdırılmasına başlamışdı. Azərbaycanın
44 günlük Vətən
müharibəsində əldə
etdiyi qalibiyyətin ardından əldə olunan razılaşmaya
əsasən, qeyri-qanuni
yaşadıqları əraziləri
- Azərbaycan torpaqlarını
tərk edən ermənilər təhlükəsiz
şəkildə, atəşə
məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüb
çıxırlar. Azərbaycan
Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti
yaradıb. Buna baxmayaraq, Kəlbəcər
XXI əsrdə erməni
vandalizminin əyani nümunəsinə çevrilib.
Ermənilər buranı
tərk edərkən
evləri yandırıb,
vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji
fəlakət törədiblər.
Nəzərə alınmalıdır ki, təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən
fərqli olaraq,
1993-cü ildə rayonun
azərbaycanlı əhalisi
oradan zorakılıqla
qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni
təcavüzkarlarından qaçıb
xilas olublar. Onların bir çoxu qırğına
məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə
500-dən artıq dinc
sakin həlak olub, yüzlərlə insan girov götürülüb
və ya itkin düşüb. Azərbaycan əhalisi işğal zamanı özü ilə heç nə götürə bilməyib,
sakinlərin bütün
əmlakı Ermənistan
ordusu tərəfindən
qarət olunmuşdu. Bu gün baş
verənlər həm
də Azərbaycan və Ermənistan arasındakı fərqi göstərir.
Ermənilər Kəlbəcərdə olan
tarixi abidələri dağıdıb, meşə
ərazilərini yandırıb,
təbii sərvətləri
talan ediblər
Xatırlatmaq yerinə düşər
ki, Kəlbəcər
Ermənistanla sərhəd
rayonudur. Şimaldan Daşkəsən, Göygöl,
Goranboy, şimal-şərqdən
Tərtər, şərqdən
Ağdam, Xocalı, cənubdan isə Laçın rayonları ilə əhatə olunub. 2020-ci
il yanvarın 1-nə olan statistikaya görə rayonun 77 min əhalisi var. Rayondan məcburi köçkün
düşənlərin 22 faizi
Gəncədə, 14 faizi
Bakıda, 12 faizi Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər
və rayonlarında məskunlaşıblar.
Kəlbəcər ən qədim insan məskənlərindən
biri kimi tanınır və mağara düşərgələrində
aparılmış arxeoloji
tədqiqatlar sübut
edir ki, ibtidai insan icmasının
ilk əmək alətləri
də bu yerlərdə yaradılıb. Rayonun dağ
qalaları içərisində
ən əzəmətlisi
Lex qalasıdır.
Lex qalası XIII-XIV yüzilliklərin
abidəsidir. Ümumiyyətlə, Kəlbəcərdə dünya
əhəmiyyətli 2 tarix-mədəniyyət
abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Bundan başqa,
rayon ərazisi mədəniyyət
abidələri və
dini məbədlərlə
zəngindir. Qaraçanlı
kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq
çayı ilə qovşağında yerləşən
Alban kilsəsi, Qalaboynu
kəndində Qalaboynu
qalası, Comərd kəndində Comərd qalası, Camışlı
kəndində Keşikçi
qalası, Kəlbəcər
şəhərində məscid,
Başlıbel kəndində
məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü,
Kəlbəcər Tarix-diyarşünaslıq
Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında
Seyid Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən
dağıdılıb.
Kəlbəcərin uzun müddət işğal altında saxlanılması
nəticəsində həmin
ərazidə bioloji müxtəlifliyə, o cümlədən
flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması,
su resurslarının çirkləndirilməsi, qiymətli
ağac növləri
ilə zəngin meşələrin, eləcə
də təbiət abidələrinin, ümumilikdə
yeraltı və yerüstü təbii sərvətlərin məqsədli
şəkildə talan
edilməsi nəticəsində
ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar
ərazini əhatə
edən “Qırmızı
kitab”a daxil edilmiş ayıfındığı
ağacları da kütləvi
şəkildə qırılıb.
Azərbaycanın işğal
olunmuş ərazilərində
ekoloji əhəmiyyətə
malik 7 relikt göl, o cümlədən
Kəlbəcər və
Laçın rayonlarının
yaylaqlarında Böyük
Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl,
İşıqlı Qaragöl
ciddi antropogen təsirə məruz qalıb.
Bunlarla yanaşı, Kəlbəcər
rayonu ərazisi faydalı qazıntılarla,
o cümlədən qızıl,
gümüş, mis, xrom civə, tellur, selen və
s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli
Söyüdlü, Ağduzdağ
və Qızılbulaq
qızıl, Şorbulaq
və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə
əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. İşğal
altında qalmış
Kəlbəcər rayonunun
təbii sərvətləri
- sənaye əhəmiyyətli
ehtiyatları 112,5 ton olan
Söyüdlü (Zod)
və ehtiyatları 13
tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən
talan edilib.
Eyni zamanda, Azərbaycanın bir neçə böyük çayının mənbəyi
Kəlbəcər rayonundadır. Onların
arasında ən böyüyü Tərtər
çayıdır, uzunluğu
200 kilometr, Bazarçay
və Xaçınçayın
uzunluğu isə təqribən 200 kilometrə
yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı.
İşğal dövründə Kəlbəcərdən başlayan
Tərtər çayının
suyu Sərsəng su anbarına və oradan da Suqovuşan su anbarına yığılırdı.
Bu da işğalçının
maraqlarını təmin
edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektar əraziyə suyun verilməsi nəzərdə tutulur.
Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti,
hərbi qələbəni
siyasi qələbəyə
çevirən diplomatik
məharəti nəticəsində
Ağdam kimi, Kəlbəcərin də
qan tökülmədən,
şəhid verilmədən
geri qaytarılması
tarixi hadisədir.
Pərviz
Yeni
Azərbaycan.- 2020.- 26 noyabr.- S.5.