Azərbaycan tolerantlıq, multikulturalizm, milli mədəni irsə hörmət nümunəsidir
Cənubi Qafqaz regionunun lideri dövləti olan Azərbaycan bu gün dünyada
multikulturalizm nümunəsi
kimi tanınır. Atılan addımlar
müxtəlif dinlərin
və xalqların mehriban birgəyaşayışı
üçün əlverişli
şərait, etibarlı
zəmin formalaşdırır.
Azərbaycan Prezidentinin göstərişi
ilə və dövlət vəsaiti hesabına məscidlər,
katolik və pravoslav kilsələri, sinaqoqlar təmir olunur, udinlərin kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir
olunaraq istifadəyə
verilib. Eyni zamanda, dünyada mədəniyyətlər arasında
körpü rolunu oynayan, sivilizasiyalararası
dialoqa mühüm töhfələr verən
Azərbaycan bir çox forumlara, beynəlxalq tədbirlərə
uğurla ev
sahibliyi edir.
Təəssüflər olsun ki, bu
gün işğaldan
azad olunan torpaqlarımızın mənzərəsi
erməni vandalları
tərəfindən bütün
dini və mədəniyyət abidələrimizin
dağıdıldığını aydın görməyə
imkan verir. Məscidlərimizi dağıdan, milli-mənəvi
hisslərimizi təhqir
edən ermənilərin
törətdiyi vəhşiliklərin
miqyası ölçüyəgəlməzdir.
Bununla belə, bu gün
bir sıra Qərb liderləri azad edilmiş torpaqlarımızda xristian
məbədlərinin taleyi
ilə bağlı “narahatlıq” keçirdiklərini
deyirlər. Amma bu şəxslər ölkəmizə
gəlib ermənilərin
Azərbaycanın dini
məbədləri ilə
necə rəftar etdiklərini, onları dağıtdıqlarını, təhqir etdiklərini görsələr, daha ədalətli olarlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda dövlət səviyyəsində
milli-mənəvi dəyərlərimizə,
dini abidələrimizə
diqqət hər zaman yüksək olub. Onun sözlərinə
görə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdama səfəri zamanı bu diqqət və qayğı, mənəvi
dəyərlərimizə sıx bağlılıq bir daha müşahidə edildi: “Dağlıq Qarabağda, eləcə də Ermənistanda Azərbaycan xalqına məxsus bütün dini abidələr dağıdılıb. Ermənistan siyasi
hakimiyyəti üçün
heç bir dəyər və müqəddəslik anlayışı
yoxdur. Məscidlərdə donuz, inək
saxlanılması, bir
qisminin dağıdılması
bu vəhşiliyin əyani sübutudur.
Ermənistan törətdiyi bu
vəhşiliklərə görə
cavab verməlidir.
Cənab
Prezidentin qeyd etdiyi kimi, bu
gün bir sıra dairələr Azərbaycandakı xristian
abidələrindən “narahatlıq”larını
ifadə edirlər.
Bəs onlar ermənilərin məscidlərimizə qarşı
etdikləri vəhşiliklərə
görə niyə narahatlıqlarını bildirmirlər?
Məgər məscidləri
dağıtmaq, orada donuz, inək saxlamaq olar?”.
Milli Məclisin
deputatı Müşfiq
Məmmədli də Azərbaycan dövlətinin
bütün dünyada
tolerantlıq, multikulturalizm,
milli-mədəni irsə
hörmət nümunəsi
kimi tanındığını
deyib. Onun sözlərinə görə,
ölkəmizdə bütün
dinlərə, onların
daşıyıcılarına hörmət nümayiş
etdirilir, bütün dini abidələrə qarşı diqqət və qayğı göstərilir: “Azərbaycan
milli-mədəni irsin
qorunub-saxlanması məsələləri
ilə bağlı
UNESCO ilə çox
sıx əməkdaşlıq edir. Ermənistan isə vaxtilə
Azərbaycanın işğal
altında olan torpaqlarında olan dini abidələri dağıdıb, məscidləri
təhqir edib. Bu
baxımdan, işğaldan
azad edilən torpaqlarda olan dini abidələrin gələcək taleyindən
“narahatlıq” keçirən
bəzi Qərb liderləri, əslində,
erməni vəhşiliklərinə
göz yummamalıdır.
Ermənilər bizim tarixi abilərimizi özününküləşdirmək,
oradan Azərbaycan izlərini silmək üçün bu abidələri ya dağıdıb, ya da yararsız hala salıblar. Azərbaycan dövləti torpaqlarımızla
yanaşı, işğaldan
azad olan bu tarixi abidələrimizin
də bərpasını
həyata keçirəcək
və onları qoruyacaq. Çünki Azərbaycan xalqı,
Azərbaycan dövləti
hər zaman milli irsə xüsusi hörmət göstərib”.
P.SADAYOĞLU
Yeni Azərbaycan.- 2020.- 26 noyabr.-
S.5.