Azərbaycanda fəaliyyət göstərən
50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
Azərbaycanda fəaliyyət göstərən siyasi
partiyalar Birləşmiş Millətlər
Təşkilatına, Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının daimi üzvlərinə, Qoşulmama
Hərəkatına, Şimali Atlantika Müqaviləsi
Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada
Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatına (ATƏT), Avropa İttifaqına, Avropa
Şurasına, Avropa Şurasının Parlament
Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in
Minsk qrupunun həmsədr ölkələrinə,
Müstəqil Dövlətlər Birliyinə, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatına,
Birləşmiş Millətlər Təşkilatının
Qaçqınlar üzrə Ali Komissarlığına,
Birləşmiş Millətlər Təşkilatının
Elm, Təhsil və Mədəniyyət üzrə
ixtisaslaşmış qurumuna (UNESCO) və Uşaq Fonduna
(UNİCEF), Ərəb Dövlətləri Liqasına, İqtisadi
Əməkdaşlıq Təşkilatına (İƏT),
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatına (İSESCO), Milli Demokratiya İnstitutuna,
İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinə,
İslam Əməkdaşlıq Təşkilatına,
Ümumdünya İslam Konqresinə, Avronest Parlament
Assambleyasına, Beynəlxalq Qaçqınlar
Təşkilatına, “Human Rights Watch”, “Transparency
İnternational”, “Amnesty İnternational”, Sərhədsiz
Jurnalistlər və Sərhədsiz Həkimlər
təşkilatlarına Ermənistanın 2020-ci il oktyabrın
17-də Gəncədə törətdiyi növbəti terror
aktı ilə bağlı müraciət
ünvanlayıb. AZƏRTAC müraciəti təqdim edir.
Müraciətdə deyilir: Sülhsevər dünya
ictimaiyyətinin müharibəni bir vasitə kimi qəbul
etməyən, mülki əhalinin, uşaqların və
körpələrin öldürülməməsini tələb
edən humanist insanların, dövlətlərin və beynəlxalq
təşkilatların diqqətinə!
Ermənistanın son 30 ildə çox ciddi
şəkildə silahlanması bölgə və
beynəlxalq təhlükəsizliyi ciddi şəkildə
təhdid etmişdir. Bu silahlanma əsasən Azərbaycana
qarşı yönəlmiş və yeni ərazilərin
işğal edilməsi ilə bağlı olmuşdur.
Beynəlxalq sülhün və təhlükəsizliyin
əsas təminatçısı olan BMT
Təhlükəsizlik Şurasının
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874
və 884 saylı qətnamələrində Ermənistan
silahlı qüvvələrinin işğal etdiyi
Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz
çıxarılmasının zəruriliyi açıq
şəkildə tələb edilir. Bu
qətnamələrdə Ermənistanın Azərbaycana
qarşı həyata keçirdiyi təcavüzkar addımlar
qınanır, münaqişə tərəfi olmayan mülki
şəxslər qorunur və ərazi əldə etmək
üçün güc tətbiqinin yolverilməz olduğu
vurğulanır. Eyni zamanda, Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi və beynəlxalq
aləmdə tanınmış sərhədlərinin
toxunulmazlığı qeyd olunur.
Ermənistan 30 ildir bu qətnamənin
şərtlərinə əməl etmir, militarist siyasət
həyata keçirir və Azərbaycanın yeni
ərazilərini işğal etməyə
çalışır.
Ermənistan 2016-cı ilin aprel ayında atəşkəsi
pozaraq hərbi əməliyyatlara başlamış, mülki
əhalinin yaşadığı qəsəbə və
kəndləri ağır silahlardan bombalamışdır.
Atəşkəs razılaşmasının
şərtlərinə əməl etməyən,
Azərbaycanın yeni ərazilərini işğal etməyi
qarşısına məqsəd qoyan Ermənistan cari il iyulun
12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu
istiqamətində atəşkəsi pozaraq genişmiqyaslı
hərbi əməliyyatlara başlamış, Azərbaycan
Ordusunun layiqli cavabından sonra geri çəkilməyə
məcbur olmuşdur.
2020-ci il sentyabrın 27-də Ermənistan ordusu
işğal altında saxladığı Dağlıq
Qarabağda Azərbaycana qarşı genişmiqyaslı
hərbi əməliyyatlara başlamışdır. Bu zaman
əsasən Azərbaycanın böyük
şəhərləri, mülki sənaye obyektləri ən
müasir raketlərlə bombalanmışdır.
Ermənistanın silahlı qüvvələri 27 sentyabr -
17 oktyabr tarixləri arasında döyüş
bölgələrindən kənarda yerləşən
Gəncə və Mingəçevir şəhərlərini,
Abşeron, Xızı, Bərdə, Beyləqan,
Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər,
Yevlax yaşayış məntəqələrini
mütəmadi olaraq raketlərlə atəşə
tutmuş, mülki əhaliyə qarşı müharibə
cinayətləri törətmişdir.
Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da
humanitar məqsədlərlə atəşkəs
razılığı əldə edilməsinə baxmayaraq,
Ermənistan silahlı qüvvələri oktyabrın 11-də
gecə saat ikidə öz ölkəsinin ərazisindən
Azərbaycanın ikinci böyük şəhəri olan
Gəncəni “Elbrus” ballistik raketlərlə (SCUD)
bombalamışdır. Nəticədə 5-i qadın
olmaqla 10 nəfər həlak olmuş, 16-sı qadın və
6-sı azyaşlı olmaqla 34 nəfər yaralanmış,
həmçinin 3 bina tamamilə məhv edilərək, 10-dan
artıq çoxmənzilli binaya və 100-dən çox
müxtəlif təyinatlı obyektlərə ziyan
dəymişdir.
Ermənistan silahlı qüvvələri işğal
olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın
15-də saat 10:44-də atdığı əməliyyat-taktiki
raketlə Naxçıvan Muxtar Respublikasının Ordubad
rayonunu atəşə tutmuşdur.
Ermənistan beynəlxalq etirazlara baxmayaraq, yeni hərbi
cinayət törətmiş, onun 2020-ci il oktyabrın 17-də
gecə saat bir radələrində Azərbaycanın ikinci
böyük şəhəri olan və cəbhə
xəttindən çox uzaqda yerləşən
Gəncəyə üçüncü dəhşətli
hücumu çoxlu sayda mülki insanların itkisinə
səbəb olmuşdur. Nəticədə 13 şəxs, o
cümlədən 2 uşaq həyatını itirmiş,
45-dən çox insan ciddi şəkildə
yaralanmışdır. Çoxsaylı mülki infrastruktur
obyektlərinə, nəqliyyat vasitələrinə külli
miqdarda ziyan dəymişdir. Bu cinayət nəticəsində
ölü və yaralıların sayının daha da
artacağı ehtimalı olduqca yüksəkdir.
Gəncə şəhərinin dinc sakinlərinin ballistik
raketlərlə atəşə tutulması insan hüquq
və azadlıqlarının, ümumilikdə beynəlxalq
hüququn norma və prinsiplərinin, o cümlədən
1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların
əlavə protokollarının, BMT-nin Təhlükəsizlik
Şurasının qərar və qətnamələrinin kobud
surətdə pozulmasıdır. Dinc əhaliyə
qarşı törədilən bu amansızlıqlar
müharibə cinayətidir və buna beynəlxalq
səviyyədə hüquqi qiymət verilməlidir.
Bununla da Ermənistan islaholunmaz, terrorçu ölkə
olduğunu növbəti dəfə nümayiş etdirdi.
Rəsmi İrəvan sübuta yetirdi ki, onunla
danışmağın heç bir mənası yoxdur.
Gəncənin dinc sakinləri şirin yuxuda ikən
düşmən onları hədəfə aldı.
Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi
partiyalar Ermənistanın mülki əhaliyə qarşı
həyata keçirdiyi terror aktını qətiyyətlə
qınayır, terrorçu dövlətin cəzalandırılmasını
tələb edir və bildiririk:
Vətən müharibəsində Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi
siyasəti qətiyyətlə dəstəklədiyimizi
bildirir, Azərbaycan xalqı ilə birlikdə onun
ətrafında polad yumruq kimi birləşdiyimizi
Ermənistanın və dünya ictimaiyyətinin
diqqətinə çatdırırıq.
Beynəlxalq hüququn norma və prinsipləri, o
cümlədən beynəlxalq humanitar hüquq, eləcə
də oktyabrın 10-da Moskvada qəbul olunmuş humanitar
atəşkəsi kobud şəkildə pozaraq mülki
insanların məqsədli şəkildə
öldürülməsi müharibə cinayəti və
insanlıq əleyhinə cinayətdir. Ermənistanın
hərbi-siyasi rəhbərliyi bu cinayətlərə
görə tam məsuliyyət daşıyır.
Ermənistanın davam edən hərbi təcavüzü
və mülki insanlara qarşı qəddar hücumları
dərhal dayandırılmalı və beynəlxalq
ictimaiyyət Ermənistanın Azərbaycan xalqına
qarşı olan bu qeyri-insani aktlarına göz
yummamalıdır.
Ermənistana silah satan dövlətlər Azərbaycan
şəhərlərinin və rayonlarının
bombalanması nəticəsində qadınlara, uşaqlara
və körpələrə qarşı törədilən
cinayətlərə ortaq olmaması üçün
dərhal silah satışını dayandırmalıdır.
Terroru dövlət siyasəti vasitəsinə
çevirən Ermənistanın hərbi-siyasi
rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq
qərarı verdiklərinə görə məsuliyyət
daşıyırlar. Milli və beynəlxalq hüquq
mexanizmlərindən istifadə etməklə cinayətkarlar
ədalət mühakiməsinə cəlb
edilməlidir.
1. Yeni Azərbaycan Partiyası - Əli Əhmədov
2. Vətəndaş Həmrəyliyi Partiyası - Sabir
Rüstəmxanlı
3. Ana Vətən Partiyası - Fəzail Ağamalı
4. Böyük Quruluş Partiyası - Fazil Mustafa
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası -
Qüdrət Həsənquliyev
6. Demokratik İslahatlar Partiyası - Asim Mollazadə
7. Vəhdət Partiyası - Tahir Kərimli
8. Vətəndaş Birliyi Partiyası - Sabir Hacıyev
9. Azərbaycan Demokratik Maarifçilik Partiyası -
Elşən Musayev
10. Milli Cəbhə Partiyası - Razi Nurullayev
11. ReAL Partiyası - İlqar Məmmədov
12. Azərbaycan Ümid Partiyası - İqbal
Ağa-zadə
13. Milli Dirçəliş Hərəkatı Partiyası
- Fərəc Quliyev
14. Azərbaycan Demokrat Partiyası - Sərdar
Cəlaloğlu
15. Azərbaycan Xalq Partiyası - Pənah Hüseyn
16. Ədalət Partiyası - İlyas İsmayılov
17. Klassik Xalq Cəbhəsi Partiyası - Mirmahmud Fəttayev
18. Azad Demokratlar Partiyası
- Sülhəddin Əkbər
19. Azərbaycan Liberal Partiyası
- Əvəz Temirxan
20. Azərbaycan Milli
İstiqlal Partiyası
- Arzuxan Əlizadə
21. Aydınlar Partiyası
- Qulamhüseyn Əlibəyli
22. Azərbaycan Respublikaçılar
Partiyası - Sübut
Əsədov
23. Azərbaycan Sosial
Demokrat Partiyası - Araz Əlizadə
24. Azərbaycan Sosial
Rifah Partiyası - Əsli Kazımova
25. Böyük Azərbaycan
Partiyası - Elşad
Musayev
26. Milli Vəhdət
Partiyası - Yunus Oğuz
27. AĞ Partiya - Tural
Abbaslı
28. Müasir Müsavat
Partiyası - Hafiz Hacıyev
29. Azərbaycan Liberal Demokrat
Partiyası - Fuad Əliyev
30. Azərbaycan Yurddaş
Partiyası - Mais Səfərli
31. Azadlıq Partiyası
- Əhməd Orucov
32. Azərbaycan Naminə
Alyans Partiyası - Abutalıb Səmədov
33. Azərbaycan Azad Respublikaçılar
Partiyası - Kamil Seyidov
34. Cümhuriyyət Xalq
Partiyası - Bədrəddin
Quliyev
35. Milli Həmrəylik
Partiyası - Əlisahib
Hüseynov
36. Yeni Zaman Partiyası - Musa Ağayev
37. Vətəndaş və
İnkişaf Partiyası
- Əli Əliyev
38. Azərbaycan Xalq
Demokratik Partiyası -
Rafiq Turabxan
39. Azərbaycan Kommunist
Partiyası - Hacı Hacıyev və Rauf Qurbanov
40. Milli Konqres Partiyası - İxtiyar Şirinov
41. Müstəqil Xalq Partiyası - Əflan İbrahimov
42. Vahid Azərbaycan
Milli Birlik Partiyası - Hacıbaba Əzimov
43. Azərbaycan Milli
Demokrat Partiyası - Tufan Kərimov
44. Azərbaycan Təkamül
Partiyası - Teyyub Əliyev
45. Birlik Partiyası
- Xudadat Xudiyev
46. Gələcək Azərbaycan
Partiyası - Ağasif
Şakiroğlu
47. Azərbaycan Milli
Hərəkat Partiyası
- Samir Cəfərov
48. Azərbaycan Mübarizləri
Partiyası - Ağadur
Müslümov
49. Qorqud Partiyası
- Firudin Kərimov
50. Milli Demokrat İdrak Partiyası - Osman
Əfəndiyev
Qeyd edək ki, bu müraciət yuxarıda göstərilən
30 təşkilata ayrı-ayrılıqda
göndəriləcək.
Yeni Azərbaycan.- 2020.- 20 oktyabr.- S.13.