Sahibə Qafarova: Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının
Sədri Vyaçeslav
Volodinə məktub ünvanlayıb. Məktubda başçılıq etdiyi nümayəndə heyətinin keçən ay Rusiya Federasiyasında
rəsmi səfərdə
olmasını və rus həmkarları ilə keçirdikləri
görüşləri xoş
təəssüratlarla xatırlayan
Sahibə Qafarova əmin olduğunu söyləyib ki, həmin səfər qarşılıqlı əlaqələrimizin bundan sonra da inkişafına
mühüm töhfələr
verəcək.
Milli Məclisin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki,
məktubda bu il oktyabrın 16-da Dövlət Dumasının
deputatı, Vətəndaş
cəmiyyətinin inkişafı,
ictimai və dini birliklər məsələləri Komitəsinin
üzvü, “Vahid Rusiya” fraksiyasının üzvü Vitali Milonovun Azərbaycan Respublikasının
işğal edilmiş
ərazilərinə qeyri-qanuni
səfər edib orada qondarma, separatçı qurumun başçısı ilə
görüşərək bir sıra təxribatçı
fikirlər səsləndirdiyi
diqqətə çatdırılıb.
Qeyd olunub
ki, Dövlət Dumasının deputatı
tərəfindən separatçı
rejimin nümayişkaranə
şəkildə dəstəklənməsi
bizdə dərin təəssüf və qınaq doğurur.
Bildirilib ki, Rusiyanın
ali qanunvericilik və nümayəndəlik
orqanının deputatının
bu cür davranışı Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji tərəfdaşlıq münasibətlərinin
ruhuna uyğun gəlmir, Azərbaycanın
Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında mövcud olan yüksək səviyyəli
parlamentlərarası əlaqələrlə
ziddiyyət təşkil
edir.
Nəzərə çatdırılıb ki,
Azərbaycan Respublikasının
rəsmi orqanlarının
müvafiq icazəsi olmadan hər hansı şəxsin Dağlıq Qarabağa səfəri ölkə qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır.
Azərbaycan Respublikasının beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünün və
suverenliyinin bərpası
uğrunda mübarizə
apardığı şəraitdə,
xüsusilə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsində
Rusiya Federasiyasının
vasitəçiliyini nəzərə
aldıqda V.Milonovun qanundankənar əməlləri qətiyyən
qəbuledilməzdir.
Azərbaycan parlamentinin Spikeri bundan sonra bu
kimi qanunsuz səfərlərin qarşısının
alınması üçün
müvafiq tədbirlərin
görülməsinin zəruriliyini
diqqətə çatdırıb.
Məktubda, həmçinin təəssüf hissi ilə qeyd edilib
ki, Ermənistan silahlı qüvvələri
bu yaxınlarda Rusiyanın vasitəçiliyi
ilə Moskvada əldə olunmuş atəşkəs rejiminin arxasında gizlənərək
işğalçı siyasətini
və hərbi cinayətlərini davam etdirir. Milli Məclisin Sədri oktyabrın 17-nə keçən
gecə Azərbaycanın
Gəncə şəhərinə
Ermənistan silahlı
qüvvələri tərəfindən
humanitar atəşkəsdən
sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki
əhali arasında ağır itkilərə
səbəb olduğunu
vurğulayan Sahibə
Qafarova Ermənistan tərəfindən törədilən
bu vandalizm aktının beynəlxalq
humanitar hüququn və Cenevrə Konvensiyalarının kobud
şəkildə pozulması,
müharibə cinayəti
və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.
Məktubun sonunda
Sahibə Qafarova beynəlxalq ictimaiyyətin
Azərbaycan xalqına
qarşı törədilən
terrora biganə qalmayacağına və təcavüzkar ölkənin
əməllərinə düzgün
qiymət verəcəyinə
ümidvar olduğunu ifadə edib.
Yeni Azərbaycan.-2020.-
20 oktyabr.- S.6.