Əli Əhmədov:
Gəncə qətliamının
bütün məsuliyyəti
Ermənistanın siyasi
və hərbi rəhbərliyinin üzərinə
düşür
Azərbaycan Respublikası Baş
Nazirinin müavini, YAP
sədrinin müavini-icra
katibi Əli Əhmədov özünün
rəsmi “Facebook” səhifəsində ermənilərin
Gəncə şəhərini
xaincəsinə bombalaması,
eləcə də Füzuli şəhərinin
işğaldan azad edilməsi ilə bağlı fikirlərini paylaşıb.
Əli Əhmədov
qeyd edib: “Bu gün Azərbaycan
Respublikasının Prezidenti,
Alı Baş Komandan İlham Əliyev Füzuli şəhərinin işğaldan
azad edildiyini bəyan etdi. Ordumuzun yeni möhtəşəm qələbəsi
Qarabağın azadlığını
anbaan yaxınlaşdırır.
Füzulinin azad edilməsi xalqımızın
azadlıq mübarizəsində
xüsusi əhəmiyyətə
malikdir.
Füzulinin işğaldan
azad olunmasını heç cür həzm edə bilməyən erməni faşistləri dinc əhaliyə qarşı
yeni vəhşiliyə
əl atdılar. Gəncəni yenidən raket atəşinə tutdular.
Gəncənin ikinci dəfə raket atəşinə tutulması erməni vəhşiliyinin növbəti
iyrənc ifadəsidir.
Hərb meydanında məğlub olan Ermənistan adətinə
uyğun olaraq dinc əhalini, uşaq və qadınları hədəfə
alır. Xocalıdakı
vəhşəti törədənlərin
övladlarından başqa
bir şeyi gözləməyə dəyməz.
İllərlə hər cür
şıltaqlıqlarına dözərək, bir sıra hallarda isə bu şıltaqlıqlara
həvəsləndirərək indiki vəhşi xislətli Ermənistanı
yaradanlar onun törətdiyi vəhşiliklərə
görə məsuliyyət
daşımalıdırlar. Lakin çox təəssüf ki, islah edilməsi mümkün olmayan barbar hərbi cinayətkarı yetişdirib
bugünkü bəşəriyyətə
ürcah edənlər
nədənsə susurlar.
Dinc əhalinin, uşaqların,
qadınların, yaşlı
insanların həlak olması da onların daş qəlbini diqqətə gətirmir. İki raket zərbəsi nəticəsində Gəncə
şəhərində 20-dən çox günahsız insan, o cümlədən qadın və uşağın qətlə
yetirilməsi, 80-nə yaxın insanın isə ağır xəsarət alması cəzasız qalmamalıdır
və qalmayacaqdır.
Gəncə qətliamının
bütün məsuliyyəti
Ermənistanın siyasi
və hərbi rəhbərliyinin üzərinə
düşür.
Ermənistan rəhbərliyi əmin olmalıdır ki, törətdiyi vəhşiliklər
Azərbaycan xalqının
mübarizə və qələbə əzmini
sındıra bilməz.
Qəhrəman Azərbaycan
Ordusunun zəfər yürüşü davam edir və edəcək.
Qarabağ Azərbaycandır!”
Yeni Azərbaycan.- 2020.-
20 oktyabr.- S.7.