Türk Şurasından
Azərbaycana dəstək
Baş katib Bağdad Amreyev: Bu mübarizədə Azərbaycanın yanındayıq
İşğal
altındakı torpaqlarını düşməndən azad
etmək üçün apardığı mübarizədə
Azərbaycanı qeyd-şərtsiz dəstəkləyirik. Bu, qardaş Azərbaycan xalqı üçün Vətən
müharibəsidir.
AZƏRTAC xəbər verir ki, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının (Türk
Şurası) Baş katibi Bağdad Amreyevin bu fikirləri
Türkiyənin kütləvi
informasiya vasitələri
tərəfindən geniş
yayılıb.
Baş katib
deyib: “Ermənistanın
mülki azərbaycanlı
əhalini hədəf
almasını, eləcə
də Gəncəyə
ballistik raket hücumunu şiddətlə
qınayırıq və
beynəlxalq ictimaiyyəti
də bu cinayəti qınamağa çağırırıq”.
Dağlıq Qarabağda baş verən prosesləri diqqətlə izlədiklərini,
türkdilli ölkələrin,
Türk Şurasının,
ümumiyyətlə, bütün
türk dünyasının
Azərbaycanı dəstəklədiyini
vurğulayan Baş katib deyib: “Bu,
qardaş Azərbaycan
xalqı üçün
Vətən müharibəsidir.
Biz bu mübarizədə
Azərbaycanın yanındayıq.
Dostumuz Azərbaycana zəfər və sülh arzulayırıq”.
Qeyd edək ki, Türk Şurasının
baş katibi Bağdad Amreyev Ermənistan silahlı qüvvələrinin cəbhə
zonasından kənarda
yerləşən, Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncənin mərkəzi
hissəsini raket atəşinə tutması
nəticəsində dağılan
evlərə baxıb.
Baş katib Ermənistanın Gəncəyə
ballistik raket hücumunu qətiyyətlə
pisləyib.
Yeni Azərbaycan.- 2020.- 22 oktyabr.-
S.7.