Dünya prokurorlarına
müraciət ünvanlanıb
Azərbaycan Respublikasının Ədliyyə
naziri Fikrət Məmmədov Beynəlxalq
Prokurorlar Assosiasiyasının
senatoru və fəxri üzvü kimi həmin təşkilatın prezidentinə,
baş katibinə, senatorlarına və İcraiyyə Komitəsinin
üzvlərinə müraciət
ünvanlayıb.
Ədliyyə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə cinayətkarlıqda
mübarizədə ön
sıralarda dayanan və dünya prokurorlarını birləşdirən
yeganə təşkilat
olan Beynəlxalq Prokurorlar Assosiasiyasına Ermənistanın ölkəmizə
qarşı törətdiyi
hərbi təxribatları
və müharibə cinayətləri barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanın
tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistan hələ
1990-cı illərin əvvəllərində
hərbi təcavüz
törədərək Dağlıq
Qarabağı və azərbaycanlıların yaşadığı
ətraf yeddi rayonu işğal edib, Azərbaycan əhalisinin etnik təmizləməsini həyata
keçirib. Bir milyon insan qaçqın
və məcburi köçkünə çevrilib.
Bu gün qaçqın problemi ilə üzləşən
Avropa və dünyanın digər regionları bu humanitar fəlakətin miqyasını aydın təsəvvür edə bilirlər.
Diqqətə çatdırılıb ki, münaqişənin həlli məqsədilə
yaradılmış vasitəçilik
missiyası – ATƏT-in
Minsk Qrupunun təşəbbüslərinə, erməni silahlı qüvvələrinin işğal
altında olan ərazilərimizdən dərhal,
tam və qeyd-şərtsiz çıxarılmasını
tələb edən
BMT Təhlükəsizlik
Şurasının dörd
qətnaməsinin icrasına
Ermənistan tərəfindən
məhəl qoyulmayıb.
Ermənistan müxtəlif bəhanələrlə
davamlı olaraq münaqişənin sülh
yolu ilə həllini uzadıb və ona sərf
edən status-kvonu davam etdirərək özgə torpaqlarını
işğal altında
saxlayıb, bu ərazilərin zəngin təbii ehtiyatlarını,
xüsusilə qızıl
yataqlarını istismar
edərək qanunsuz iqtisadi fəaliyyət göstərib.
Bununla yanaşı, beynəlxalq hüquq normaları, o cümlədən
1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq qanunsuz məskunlaşdırma
həyata keçirib.
Ermənistanın yeni rəhbərliyinin açıq işğalçılığa
hesablanan şüarlarla
çıxışlarına beynəlxalq ictimaiyyətin
reaksiya göstərməməsi
təcavüzkarın əl-qolunu
daha da açıb,
hərbi təxribatlarını
intensivləşdirib.
Müraciətdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının
75-ci sessiyasında çıxışı
zamanı bu məsələləri ətraflı
şəkildə və
dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırması
qeyd olunub.
Bildirilib ki, cəzasızlıqdan
ruhlanan Ermənistan silahlı birləşmələrinin
2020-ci il sentyabrın
27-dən yaşayış məntəqələrimizi və
dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə
ağır artilleriya qurğularından atəşə
tutması nəticəsində
bu günədək təkcə hərbçilərimiz deyil, eyni zamanda, qadın,
uşaq və ahıllar olmaqla 63 dinc sakin həlak
olub, 290-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə, 2400-dən artıq
yaşayış binası
və mülki obyekt dağıdılıb
və ya ciddi ziyan dəyib.
BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə
hüququna əsaslanmaqla
ölkəmiz Ermənistanı
sülhə məcbur
etmək məqsədilə
əks-hücum əməliyyatları
aparmağa məcbur olub.
Doğma torpaqları uğrunda
və yalnız öz ərazisində vuruşan ordumuzun uğurlu əks hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normalarına əsasən
istifadə olunması
qadağan edilmiş kaset bombaları ilə dinc şəhər
və kəndləri,
hərbi əməliyyatlar
aparılan yerdən
100 km-dən çox
məsafədə olan,
ərazisində Avropada
ən iri bəndli su anbarlarından biri və enerji obyekti yerləşən Mingəçevir şəhərini,
Avropanın enerji təhlükəsizliyində mühüm
rolu oynayan neft kəmərlərini atəşə tutur, ekoloji fəlakət yaratmaq istəyir.
Ən dəhşətlisi isə təmas xəttindən onlarla kilometr məsafədə yerləşən Gəncə
şəhərinin insanların
sıx məskunlaşdığı
hissələrinin xüsusi
dəqiqliyi ilə seçilən ballistik raketlərlə gecə yarı dəfələrlə
atəşə tutulması
olub.
Ermənistan ərazisindən endirilən bu zərbələr nəticəsində
beynəlxalq humanitar hüququn pozulmasına, dinc sakinlərin həlak olmasına, habelə silahlı münaqişələr zamanı
cinayət əmrlərinin
verilməsinə, terrorizm
faktlarına dair Azərbaycanın Baş prokurorluğu tərəfindən
onlarla cinayət işi açılıb.
BMT-nin baş
katibi və Avropa İttifaqı yaşayış məntəqələrinə
hücumları qınayan
bəyanatlarla çıxış
edərək onların
tam qəbuledilməzliyini
vurğulayıb, bildiriblər
ki, mülki şəxslərin və obyektlərin atəşə
tutulmasına son qoyulmalıdır.
Lakin beynəlxalq normalara
məhəl qoymayan Ermənistan bu hərəkətlərdən daşınmır,
əksinə münaqişəyə
xarici ölkələrdən
olan hərbi muzdluları cəlb edir, qanunsuz silah daşımaları həyata keçirir, Azərbaycana qarşı terrora çağırışlar
yayır.
Müraciətdə nazir yüksək
nüfuza malik olan dünya prokurorları birliyinin ədalətin bərpası,
insanlıq əleyhinə
cinayətlərin qarşısının
alınması naminə
səslərini bütün
dünyaya ucaldacaqlarına,
habelə beynəlxalq
hüququn kobud pozulması hallarına qarşı öz səlahiyyətləri çərçivəsində tədbirlər görəcəklərinə ümidvar
olduğunu bildirib.
Yeni Azərbaycan.-
2020.- 22 oktyabr.- S.3.