Azərbaycanın Baş prokuroru Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

 

Oktyabrın 21-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı səmimi salamlayan Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni digər sahələrdə dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Türk xalqının dahi öndəri Mustafa Kamal AtatürkünAzərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir Azərbaycan xalqının Ümummilli Lideri Heydər ƏliyevinBir millət, iki dövlətkəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirib ki, Türkiyə Respublikasının rəhbərliyi xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə öz mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərib.

Qeyd edilib ki, Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə 4, 11 17 oktyabr tarixlərində mülki əhalinin sıx yaşadığı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri beynəlxalq səviyyədə qadağan edilmişSkadraket qurğusundan atəşə tutulub. Nəticədə ümumilikdə 63 nəfər həlak olub. Onlardan 18-i qadın, 8-i uşaq olub, 292 nəfər yaralanıb. Onlardan 69-u qadın, 32-si uşaq olub, 1981 yaşayış evinə, 90 çoxmərtəbəli binaya 386 mülki infrastruktur obyektinə külli miqdarda ziyan dəyib.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan “ASALA” terror təşkilatının üzvlərinin iştirak etmələri müəyyənləşdirilib.

Eyni zamanda, işğal olunmuş ərazilərimizdə bir neçə xarici şirkətlərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməklə, bu digər cinayət faktları ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işləri başlanıb müvafiq sənədləşdirmə aparılmaqla təqsirkar şəxslərin beynəlxalq müstəvidə ifşa edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə bütün mümkün olan tədbirlər görülməkdədir.

Səmimi görüşə görə təşəkkürünü bildirən Şərəf Malkoç Ermənistanın təxribat xarakterli əməllər törədərək dinc əhalinin sıx yaşadığı məntəqələrin qəsdən hədəfli şəkildə atəşə tutulması ilə bağlı törədilən cinayət əməllərinin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar bəyanatla Birləşmiş Millətlər Təşkilatı insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq təşkilatlar qarşısında çıxış edəcəyini xüsusi vurğulayıb.

Şərəf Malkoç bir millət, iki dövlət olaraq Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib onun haqq işini hər zaman olduğu kimi dəstəklədiklərini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva da görüşdə iştirak edib.

 

Yeni Azərbaycan.- 2020.- 22 oktyabr.- S.3.