Hikmət Babaoğlu:
Azərbaycan öz torpaqlarını işğaldan
azad etməklə yanaşı, beynəlxalq
hüququn tələblərini
də yerinə yetirir
“Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin davam
etdiyi ilkin mərhələdə - 1993-cü ildə BMT Təhlükəsizlik
Şurası erməni
işğalçı qruplaşmalarının
Azərbaycan ərazilərindən
qeyd-şərtsiz çıxarılması
ilə bağlı 4 qətnamə qəbul etdi və onların
heç biri həyata keçirilmədi. Halbuki, onların reallaşdırılması
imkanları var idi”.
Bu fikirləri
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili
bildirib ki, bu gün biz
digər regionlardakı
BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi qətnamələrin icra olunması ilə bağlı konkret mexanizmlərin qurulduğunu
və bu qətnamələrin yerinə
yetirildiyinin şahidiyik:
“Azərbaycana münasibətdə
isə əksi baş verdi. Ona görə də bu gün
Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir. Öz haqlı
davasında böyük
zəfərlər qazanır.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi qətnamələrin icrasını
həyata keçirir.
Ona görə də mən düşünürəm ki,
bu da bir
növ BMT-nin nüfuzunun bərpasına
xidmət edir. Çünki Təhlükəsizlik
Şurasının qəbul
etdiyi qətnamələr
icra olunmamış qalmışdı”.
“Bu gün
Azərbaycan Ordusu təkcə öz torpaqlarını erməni
işğalçılarından azad etmir, eyni
zamanda, beynəlxalq hüququn tələblərini
yerinə yetirir. Buna paralel olaraq həm də BMT nizamnaməsinin 51-ci maddəsində
nəzərdə tutulan
özünümüdafiə hüququnu təmin edir ki, bu
da bütün dünyada istər hüquq kontekstində, istər dövlətlərararası
münasibətlərdə, istərsə də BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi qərarlar kontekstində haqlı addımlardır, təqdir
olunmalıdır və
olunur”, - deyə baş redaktor əlavə edib.
Hikmət Babaoğlu bildirib
ki, ötən müddət ərzində
Azərbaycan öz suveren ərazilərini bərpa etmək üçün hüquqi
bazanı bir qədər genişləndirib
və onu hansısa hüquqa əsaslanaraq, ittiham edə biləcək mümkün perspektiv arqumentlərin hamısını
istər beynəlxalq təşkilatlardan, istər
erməniləri, işağlçılığı
himayə edən dövlətlərdən alıb:
“Azərbaycan ötən illər ərzində hüquqi müstəvidə və qlobal ictimai rəydə haqlı olduğunu o qədər dəqiq və əsaslı şəkildə
bütün subyektlərin
diqqətinə çatdırıb
ki, indi heç kəs Azərbaycanın bu addımlarını qınaya
bilmir. BMT Təhlükəsizlik
Şurasının 5 daimi
üzvü var və faktiki olaraq onlardan 3-ü problemi həll etmək üçün mandat almış ATƏT-in Minsk qrupunun
həmsədridir. Buna
baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri Amerika
Birləşmiş Ştatları,
Rusiya və Fransa ötən illər ərzində problemin həll ilə bağlı qətiyyətli mövqe ortaya qoya bilmədilər.
Yəni Minsk qrupunun fəaliyyəti uğrusuz oldu. 28 ildə, 1992-ci ildən bu günə qədər heç bir uğur əldə
edə bilməyən
bir qurumun fəaliyyəti əslində
fiasko hadisəsəidir.
Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsi isə sırf milli kontekstdə bizim üçün böyük
qürur, milli özünə inam, ordumuza güvən hadisəsidir. Ona görə də BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi qətnamələrin icra olunmaması əslində
bizi hazırki addımları atmağa məcbur etdi. Yəni Azərbaycan bu gün artıq
beynəlxalq hüquqa,
vasitəçilərə güvənmir, özünə,
ordusuna, Ali Baş Komandanına güvənir və müzəffər ordumuz torpaqlarımızı işğaldan
azad edir”.
Yeni Azərbaycan.-2020.-
22 oktyabr.- S.5.