Ermənistan dinc insanları atəşə
tutmaqla barbarlığını təsdiq etdi
Milli Məclisin deputatı, YAP Gəncə
şəhər təşkilatının sədri Naqif Həmzəyev
www.yap.org.az saytına müsahibə verib:
- Naqif müəllim,
“Böyük Ermənistan” xəstəliyinə tutulmuş erməni
daşnakları ilə qonşuluqda yaşamaq, öz ərazimizdə,
dədə-baba torpağımızda bu namərdlərə
yer vermək xalqımızın taleyinə terror,
işğal, soyqırımı, deportasiya kimi faciələrin,
dəhşətlərin yazılmasına səbəb
oldu...
- Mənşə etibarilə
Qafqaz xalqları sırasına mənsub olmayan ermənilər
sabun köpüyünə bənzəyən niyyətlərinin
puçluğunu göstərməmək üçün illərdir
dəridən-qabıqdan çıxır, ən alçaq və
rəzil üsullardan istifadə edərək qonşu
xalqların torpaqlarını zəbt etmək və
onları özlərinin dədə-baba yurdu adlandırmaq
üçün hər cür riyakarlıqdan çəkinmirlər.
Tarix boyu Azərbaycana qarşı etnik təmizləmə,
soyqırımı və işğalçılıq siyasəti
həyata keçirən Ermənistan faşist
ideologiyasından əl çəkmək istəmir.
Azərbaycanın 20 faiz
torpağını işğal edərək 1 milyondan
çox əhalisini öz doğma yurdundan didərgin salan
işğalçı Ermənistan hakimiyyəti bir çox
beynəlxalq təşkilatların
çağırışlarına, BMT Təhlükəsizlik
Şurasının dörd məlum qətnaməsinə məhəl
qoymayaraq hələ də işğalçı
mövqeyində qalır. XX əsrin Xatın,
Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə
bir sırada dayanan Xocalı soyqırımı ermənilər
üçün yetərli olmadı. “Dənizdən dənizə”
sarsaq xülyaları naminə insanlığa qarşı ən
ağır cinayətlərə - dinc əhalinin vəhşicəsinə
kütləvi qırğınına əl atmaqdan
usanmayan barbar ermənilər yeni qətliamlara qərar verdilər.
Erməni terrorçuları 28 il
sonra ikinci Xocalı soyqırımını törətdilər.
İşğalçı Ermənistanın silahlı
qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini,
1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə
protokollarını, habelə, 10 oktyabr 2020-ci il tarixdə saat
12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs
rejiminin tələblərini pozaraq, dinc sakinlərimizi bilərəkdən
hədəfə almaqda davam edir. Azərbaycan ilə
Ermənistan arasında humanitar əsasda atəşkəs elan
edilməsinə baxmayaraq, erməni tərəfi öz riyakar
xislətinə və təcavüzkar mahiyyətinə
uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini
kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhəboyu
rayon və kəndlərini, həm də cəbhədən
uzaqda yerləşən şəhərlərini ağır
artilleriya və raket atəşinə tutur.
- Azərbaycanın ikinci ən
böyük şəhəri olan, 500 mindən çox əhalinin
yaşadığı və cəbhə xəttindən uzaqda
yerləşən Gəncənin dayanmadan erməni
vandalları tərəfindən raket və artilleriya atəşinə
məruz qalması insanlığa qarşı növbəti
cinayət kimi tarixə yazıldı. Ermənistanın
bütün dünya qarşısında bu qədər
açıq və birmənalı şəkildə
müharibə cinayəti törətməsinə beynəlxalq
təşkilatların münasibəti necə oldu?
- Oktyabrın 11-də gecə saatlarında Ermənistanın
siyasi-hərbi rəhbərliyinin əmri ilə atılan
qadağan olunmuş raket 3 yaşayış binasını
dağıtdı, yerlə yeksan etdi. Ermənistanın
dinc və günahsız azərbaycanlılara qarşı
törədilən növbəti terror aktı, barbar və vəhşi
hücumu nəticəsində 5-i qadın olmaqla 10 nəfər
həlak oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 40
nəfər yaralandı, 3 uşaq hər iki valideynini
itirdi. Uzaqmənzilli raketlə Gəncənin əhalinin
sıx yaşadığı bir nöqtəsini vurmaları
onların xain planlarının bir hissəsi idi.
Hiyləgər, məkrli siyasətindən geri
qalmayan düşmən Gəncəni ilk dəfə
oktyabrın 4-də raket hücumuna məruz qoyub. O zaman 1 nəfər
həlak olub, 20-dən çox dinc sakin müxtəlifdərəcəli
bədən xəsarətləri alıb. Oktyabrın
17-də erməni təcavüzkarlarının Gəncəyə
növbəti hücumu nəticəsində isə 14 nəfər
qətlə yetirildi, 55 nəfər isə müxtəlifdərəcəli
bədən xəsarətləri aldı. 4 oktyabr 2020-ci il
tarixindən indiyədək ermənilərin müharibə
cinayətləri Gəncədə 25 mülki şəxsin həyatına
son qoyub, 120-dən çox dinc sakinin müxtəlifdərəcəli
bədən xəsarətləri almasına səbəb olub. Eyni zamanda, erməni vandalizmi nəticəsində
çoxsaylı yaşayış binası tamamilə
dağılıb, yüzlərlə obyektə, ölkə və
yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə,
mədəniyyət obyektlərinə, habelə təhsil
müəssisələrinə ciddi ziyan dəyib.
Heç bir beynəlxalq konvensiya
və hüququ tanımayan, istənilən sənədi
ayaqlayan, əldə olunmuş razılaşmanı, atəşkəsi
xaincəsinə pozan Ermənistanın əməllərinə,
Gəncədə törədilən vandalizmə,
soyqırımına 28 il əvvəl olduğu kimi yenə də
dünya birliyi, beynəlxalq təşkilatlar səssiz
qalır. Dünya səsini
çıxarmadıqca daha da azğınlaşan erməni
hakimiyyəti cəbhədəki uğursuzluqlarını
ört-basdır etmək üçün dinc sakinləri hədəf
alır, vətəndaşlarımız arasında təşviş
yaratmağa çalışır. Ön cəbhədən uzaq
yaşayış məntəqələrinə,
mülki obyektlərə, dinc əhaliyə, o cümlədən
uşaq, qadın və qocalara atılan raketlər sübut
edir ki, gözünü qan örtmüş düşmən
öz arzu və xain niyyətlərini reallaşdırmaq
üçün daha irəli gedir. Döyüş
meydanında uduzmağın əvəzini Azərbaycanın
dinc əhalisinə, mülki obyektlərinə zərbə
endirməklə çıxmaq istəyən Ermənistan rəhbərliyinin
cəbhədən uzaq Gəncə və Mingəçevir
şəhərlərini vurması dövlət terrorizmi və
bəşəri cinayətdir. Ermənilərin son
vandallıq və soyqırımı aksiyası insanlıq
prinsiplərinə açılan amansız atəş, beynəlxalq
normalara açıq meydan oxumaqdır. Dünyada
sülhün və təhlükəsizliyin, insan hüquq və
azadlıqlarının qorunmasına, beynəlxalq hüququn
norma və prinsiplərinə əməl edilməsinə,
mülki əhalinin öldürülməsini qadağan edən
beynəlxalq konvensiyaların yerinə yetirilməsinə məsuliyyət
daşıyan, buna nəzarət etməli olan beynəlxalq
təşkilatlar Ermənistanın bütün dünya
qarşısında bu qədər açıq və birmənalı
şəkildə müharibə cinayəti törətməsinə
laqeyd qalmamalıdır.
Müharibə, terror, qəddarlıq - erməni
cinayətləri bitmir. Ermənistan tərəfi
nə tarixi, nə mədəni, nə də dini dəyərlərə
məhəl qoymur. Əslində təəccüblü deyil.
Öz vahid coğrafiyası, dədə-baba torpağı
olmayan, ona dəstək olan, qol-qanad açan qonşunun yurduna
xaincəsinə göz qoyan, dinc sakinlərinə hücum edən,
terror aktı törədən millətdən bundan
artıq nə gözləyəsən. Ermənistan
tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş
cinayətlər, qanlı terror aktları hərbi və siyasi
təxribat kimi qiymətləndirilməli, dünya birliyi erməni
azğınlığına səssiz qalmamalıdır.
İnanırıq ki, oktyabrın 12-də, 17-də Ermənistanın
günahsız mülki insanlara və enerji
infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz
raket hücumlarının səbəb olduğu cinayət səhnələri
ilə tanış olmaq üçün Gəncəyə səfərə
gələn ölkəmizdəki diplomatik korpusun rəhbərləri,
səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların
nümayəndəliklərinin rəhbərləri erməni vəhşiliyini
dünyaya bəyan edəcək. Mülki əhaliyə
qarşı törədilən vandalizm aktını şəkillərdən,
videolardan deyil canlı-canlı izləyən dünya
xalqlarının nümayəndələri hərbi cinayətlər
törədən, dinc əhalini hədəfə alan Ermənistanın
vandallığını, barbarlığını, səngimək
bilməyən faşist ideologiyasını beynəlxalq
ictimaiyyətə çatdıracaqlar. Dünya şahid olsun
ki, faşist xislətli erməni daşnaklarının saxta
torpaq iddiası altında Azərbaycan xalqı soyqırıma
məruz qalır, evləri yerlə yeksan edilir, dinc sakinlər
qətlə yetirilir. Beynəlxalq ictimaiyyət
görsün ki, bir tərəfdən işğalçı
Ermənistan Moskvada sülh danışıqlarına gedir,
guya humanist dövlət olduğunu göstərir, digər tərəfdən
isə gecə saatlarında Gəncənin mərkəzi hissəsində
yerləşən çoxmənzilli yaşayış
binalarını raket atəşinə tutur. Adi humanizm
prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə
nümayiş etdirən Ermənistan dinc insanları və
şəhərləri atəşə tutması ilə
barbarlığını təsdiq etdi.
- Ermənistan silahlı qüvvələrinin
mülki vətəndaşların kompakt yaşadıqları
əraziləri ağır artilleriya və raketlərdən hədəfə
alması Gəncə sakinlərinin əzmini qıra bilmədi.
Hər zaman hadisə yerində, terror aktından zərər
çəkən vətəndaşların yanında
olduğunuz üçün bu barədə fikirlərinizi
bizimlə bölüşərdiz.
- Bütün dəyərləri
ayaq altına almış çox radikal bir düşmənlə
üz-üzə dayanan qədim Gəncə şəhəri
erməni terrorizminə, vandalizminə qarşı müqavimət
rəmzinə çevrilib, erməni qəddarlığına,
ölçüyəgəlməz
azğınlığına sinə gərir. Gəncə
əhalisi anlayır ki, Azərbaycan Silahlı Qüvvələri
qarşısında tab gətirə bilməyən Ermənistan
hərbçiləri dinc sakinləri hədəf almaqla təşviş
yaratmaq istəyir. Ermənistan tərəfindən
Gəncəyə raketlərin atılmasına baxmayaraq, şəhər
əhalisi Azərbaycanın cəbhəboyu bölgələrinin
vətəndaşları kimi mənfur qonşuların məkrinə,
hiyləsinə, təcavüzkar siyasətinə qarşı
güclü və məğrur dayanıb. Hətta Gəncə
sakinləri digər rayonların sakinləri ilə telefonla
danışarkən onlara da ruh yüksəkliyi verirlər.
Dağıntıların altından çıxarılan
yaralı uşaqdan birinin - balaca Bəxtiyarın öz
xilaskarlarına dili tutar-tutmaz dediyi “...Bu, mənim yadımdan
çıxmayacaq...” sözləri ermənilərə, erməni
vandalizmini dolayısı ilə dəstəkləyənlərə
bir mesaj oldu. Azyaşlı öz xalqına məxsus -
qürur, əyilməzlik, düşməndən qorxmamaq kimi
mübarizlik nümayiş etdirdi. Bəxtiyarın
üz-gözünə bulaşan qanlı göz
yaşları, baxışları arxasından təbəssümlə
birlikdə düşmənə nifrət boylandı.
Bu gün işğal olunmuş
torpaqlarımızın azadlığı uğrunda savaş
gedir. Prezident, Ali Baş Komandan İlham Əliyev
işğalçı Ermənistanı siyasi - diplomatik sahədə
də məğlubiyyətə uğradır. Hər ötən
gün düşmənin istər canlı qüvvə, istərsə
də hərbi texnika baxımından, imkanları tükənməkdədir.
Cəbhənin bütün istiqamətlərində Azərbaycan
Ordusu düşməni darmadağın edərək irəliləyir.
Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun
uğurları ilə davam edir. Hər gün cəbhədən
sevindirici xəbərlər alırıq. Hər
bir Azərbaycan sakini kimi Gəncəlilər də inanır
ki, yaxın günlərdə Ali Baş Komandanın rəhbərliyi
ilə Azərbaycan Ordusu bizə qələbə sevincini
yaşadacaq, regionda sülh və sabitliyə ciddi təhlükə
yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı
əməllərinə birdəfəlik son qoyacaq. Ön
cəbhədə əsgərlərimizin, arxa cəbhədə
xalqın bir məqsədi var - Zəfər
bayrağını azad olunmuş torpaqlarımıza sancmaq.
Yeni Azərbaycan.-
2020.- 22 oktyabr.- S.7.