Hikmət Babaoğlu: ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə tamamilə yeni kontekstdə yanaşmalıdırlar

 

Azərbaycan 27 sentyabrdan bu günə qədər döyüş meydanında öz torpaqlarını azad etməklə bərabər, bütün diplomatik əlaqələrə açıq olduğunu nümayiş etdirib”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, dövlətimiz beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinin diplomatik müstəvidə davam etdirilməsilə bağlı hər cür siyasi dialoqa hazır olduğunu diqqətə çatdırıb: “Çünki söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedir. Əslində, hazırda müşahidə etdiyimiz diplomatik trafiki Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi strateji hərbi uğurlar təmin edib. Ona görə diplomatik müstəvidə yeni şərtlər yeni operativ müzakirələri aktuallaşdırıb. Bu isə rəsmi Bakıya bu vaxta qədər heç vaxt müşahidə olunmayan üstünlük yaradıb”.

Xarici işlər nazirlərinin hazırkı mərhələdə həmsədr ölkələrdəki həmkarları ilə görüşməsi məhz bu kontekstdə baş tutur. Ona görə ATƏT-in Minsk qrupu həmsədrləri mövcud hərbi-siyasi reallığı obyektiv şəkildə qiymətləndirərək məsələyə tamamilə yeni kontekstdə yanaşmalıdırlar. Azərbaycanın tələbləri ondan ibarətdir ki, həmsədrlər dərhal bəyanat verib bildirməlidirlər ki, işğalçı Ermənistan ordusu qeyd-şərtsiz Azərbaycanın torpaqlarından ən qısa müddətdə çıxmalıdır bunu konkret vaxt qrafik çərçivəsində etməlidir”, - deyə millət vəkili əlavə edib.

Hikmət Babaoğlu vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinin 1993-cü ildə səs verdikləri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsini tələb etməlidirlər: “Bu üç həmsədr ölkə həm BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasındadır 1993-cü ildə məlum qətnamələrə səs veriblər. Biz mövcud hüquqi, hərbi-siyasi reallığa söykənərək ABŞ-dan daha obyektiv, cəsarətli beynəlxalq hüququn həyata keçirilməsini tələb edən mövqe gözləyirik. Mən ümid edirəm ki, hazırkı mərhələdə diplomatik danışıqların mövzusu da bu istiqamətdə olacaq. Nəhayət, biz həmsədr ölkələrin obyektiv mövqelərinin bəyanatlarının şahidi olacağıq, ya da ən azından bunu təmənna edirik”.

 

Yeni Azərbaycan.- 2020.- 23 oktyabr.- S.7.