Milli Məclisin Sədr müavininin alman portalında məqaləsi dərc olunub
"Nex24.news” xəbər portalında Milli Məclisin Sədr müavini Adil Əliyev müəllifliyi
ilə "Ermənistan
28 ildir ki, azərbaycanlı mülki
əhalini qətlə
yetirir” adlı məqalə dərc edilib
(https://nex24.news/2020/10/adil-alijew-armenien-toetet-seit-28-jahren-aserbaidschanische-zivilisten/).
AZƏRTAC xəbər verir ki, məqalədə
bütün dünyanın
COVID-19 pandemiyası ilə
mübarizə apardığı
bir dövrdə Ermənistanın silahlı
qüvvələrinin sentyabrın
27-dən etibarən Azərbaycana
qarşı təcavüzə
başladığı bildirilir.
Həmin tarixdən etibarən Ermənistan Azərbaycanda mülki əhalinin yaşadıqları
evləri hədəfə
alır. Cəbhə xətti ilə heç bir əlaqəsi olmayan və ondan uzaqda
yerləşən Gəncə
şəhərinin Ermənistan
tərəfindən atəşə
tutulması nəticəsində
mülki şəxslər
həyatlarını itirib.
Eyni zamanda, bir sıra mülki
obyektə, evlərə
və körpülərə
ciddi ziyan dəyib. Gəncə şəhərinə qarşı
təcavüzlə yanaşı,
Mingəçevir şəhərinə
də raket hücumu olub. Bütün bunlar Ermənistan tərəfindən
atəşkəs dövründə
həyata keçirilmiş
ilk müharibə cinayətləri deyil. Belə ki, cari
ilin iyul ayında da Ermənistan tərəfindən
Azərbaycana qarşı
təcavüz edilib. Ermənistanın regionda təcavüzkar siyasət
həyata keçirməsi
sülhə qarşı
ən böyük maneədir. 1949-cu il tarixli Cenevrə konvensiyaları Ermənistan
tərəfindən kobudcasına
pozulub. BMT-nin 4 qətnaməsinin heç
biri Ermənistan tərəfindən bu vaxta qədər icra edilməyib.
Yeni Azərbaycan.-
2020.- 23 noyabr.- S.-4.