Azərbaycanın gücü qarşısında işğalçı Ermənistan acizdir

 

Milli Məclisin deputatı Ağalar Vəliyev www.yap.org.az saytına müsahibə verib:

 

 

 

- Ağalar müəllim, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 20-də xalqa müraciəti zamanı yeni qələbə müjdəsi verdi. Zəngilan şəhəri bu rayonun, eləcə Füzuli, Cəbrayıl Xocavənd rayonlarının bır sıra kəndləri işğaldan azad edildi. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində yeni-yeni qələbələr qazanır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz demək olar ki, hər gün irəliləyir, uğurlar əldə edir. Ordumuzun gücü qarşısında düşmənin hərbi birləşmələri döyüş mövqelərindən qaçır.

Əks-hücum əməliyyatlarının ilk günündə ordumuz, qəhrəman əsgərlərimiz Füzuli rayonunun bir neçə kəndini, bir sıra strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəzini azad etdi. Həmin gündən sonra da bir-birinin ardınca gələn qələbə xəbərləri xalqımızı sevindirir. Cəbrayıl şəhərinin onun bir neçə kəndinin, Hadrut qəsəbəsinin, Füzuli şəhərinin onun bir çox kəndlərinin, eləcə Xocavənd rayonunun bəzi kəndlərinin işğaldan azad edilməsi buna sübutdur. Cənab Prezident xalqımıza son müraciətində yeni qələbə müjdəsi verdi. Zəngilan şəhəri onun bəzi kəndləri, eləcə Cəbrayıl, Füzuli Xocavənd rayonunun bir sıra kəndləri işğalçılardan azad olundu! Bu qələbələr münasibətilə bütün xalqımızı təbrik edirəm! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandan İlham Əliyev!

Ümumiyyətlə, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev həm xalqa müraciətlərində, həm xarici kütləvi informasiya vasitələrinə müsahibələrində prinsipial mövqeyini dəfələrlə bəyan edib. Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bundan sonra məsələ siyasi müstəvidə həll oluna bilər. Amma biz hələ ki, erməni tərəfindən hər hansı konstruktiv mövqe görmürük. Əksinə, Ermənistanın baş naziri indiyədək mövcud olan münaqişənin həlli ilə bağlı baza prinsiplərini inkar edir. Bilirsiniz ki, oktyabrın 10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında humanitar atəşkəslə bağlı razılaşma əldə olundu. Amma erməni tərəfi dərhal bu razılaşmanı pozdu. Onlar ikinci dəfə , yəni oktyabrın 18-də atəşkəslə bağlı razılaşmaya əməl etmədilər, döyüş mövqelərimizi yaşayış məntəqələrini intensiv atəşə tutdular. Bütün bunlar o deməkdir ki, işğalçı Ermənistan bu razılaşmalardan sui-istifadə edib itirdiyi mövqeləri geri qaytarmağa çalışır. Ümumiyyətlə, münaqişənin tarixində belə faktlar kifayət qədərdir. Mən təkcə bir faktı demək istəyirəm. 1992-ci ilin may ayında İranın vasitəçiliyi ilə Tehranda Azərbaycan Ermənistan rəhbərləri görüşdülər. Şuşa şəhəri məhz həmin görüş günü işğal olundu. Bu faktlar erməni xislətinin göstəricisidir. Paşinyan hakimiyyəti indi atəşkəs razılaşmasından öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir. Amma unutmamalıdırlar ki, Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil.

- Təcavüzkar Ermənistan beynəlxalq hüquqa, müharibə qanunlarına zidd olaraq hərbi cinayətlər törədir. Mülki insanlar, yaşayış məntəqələri fasiləsiz olaraq atəşə tutulur. Buna münasibətiniz necədir?

- Döyüş meydanında uduzan təcavüzkar Ermənistan mülki insanları hədəfə alır. İşğalçı erməni hərbi birləşmələrinin sentyabrın 27-də törətdiyi hərbi təxribat nəticəsində Gəncə, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Füzuli Beyləqan kimi şəhər rayonlar atəşə tutulur. Buradan da göründüyü kimi bəzi şəhər rayonlar cəbhə xəttindən xeyli uzaqdır. Xüsusilə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə olan raket hücumu miqyası baxımından daha dəhşətlidir. Bu şəhərə atılan ballistik raketlər qadağan olunmuş silahdır ermənilərin bu addımı hərbi cinayətdir. Gəncəyə edilmiş xain hücum nəticəsində 25 mülki şəxs həlak olub, 55 nəfər yaralanıb. Ölənlər arasında uşaqlar qadınlar da var. Respublika Prokurorluğunun son rəsmi məlumatına əsasən, düşmənin xain hücumları nəticəsində ümumilikdə 63 mülki şəxs həlak olub, 300 nəfərə yaxın mülki şəxs isə yaralanıb. 1940-dan çox ev, 90 çoxmənzilli yaşayış binası 382 mülki obyekt yararsız vəziyyətə düşüb. İşğalçı Ermənistanın bu hücumları beynəlxalq hüquq normalarına humanitar prinsiplərə, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarına ziddir. Azərbaycanın müvafiq dövlət qurumları, eləcə cəmiyyətimizin bütün təbəqələri bu həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Bu istiqamətdə dünya ölkələrinə, beynəlxalq təşkilatlara rəsmi müraciətlər edilir, xarici kütləvi informasiya vasitələrində sosial şəbəklərdə yayılır.

- Ağalar müəllim, hazırda ölkəmizdə mövcud olan milli birliyi cəmiyyətimizdəki ruh yüksəkliyini necə dəyərləndirirsiniz?

- Bu gün cəbhədə ordumuzun uğurlar qazanması ilə yanaşı diplomatik cəbhədə üstünlüyə sahibik. Hazırda diplomatiya sahəsində davamlı olaraq nailiyyətlər əldə edirik. Belə ki, ötən illər ərzində diplomatiya sahəsində qazanılan uğurlar, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qərarlar bizim üstünlüyümüzü artırıb. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hazırda torpaqlarımızı hərbi yolla azad edərkən, məhz bu tipli diplomatik uğurlara da istinad edirik. Bu gün rəsmi qurumlarımız diplomatik fəaliyyətini uğurla davam etdirir. İşğalçı Ermənistanın havadarlarının çox olmasına baxmayaraq, bu gün Azərbaycanın haqq işini dəstəkləyən dövlətlərin sayı artmaqdadır. Ötən günlər ərzində müxtəlif dövlətlərin rəsmi qurumları tərəfindən verilən dəstək bəyanatları da bunu təsdiqləyir.

Təbii ki, indiki şəraitdə ölkəmizdə güclü milli həmrəylik vətəndaş birliyi mövcuddur. Xalqımızda yüksək vətənpərvərlik ruhu var, hər bir vətəndaş qələbə xəbərlərinə köklənib. Cənab Prezidentin xalqa müraciətində verdiyi növbəti qələbə xəbərləri hər bir kəsi daha da ruhlandırır. O cümlədən, mənim təmsil etdiyim, cəbhə bölgəsində yerləşən Goranboy, Ağdam Tərtər rayonlarının sakinləri düşmənin qarşısında mərdliklə dayanıb, yüksək vətənpərvərlik mövqeyi nümayiş etdirirlər. İnşallah, tezliklə bütün torpaqlarımızdan işğalçılar qovulacaq, Azərbaycanın ərazi bütövlüyü tam təmin ediləcək! Qarabağ Azərbaycandır!

 

 

Yeni Azərbaycan.- 2020.- 23 oktyabr.- S.6.