Qırmızı qəsəbə sakini: Dağ yəhudiləri
Vətən müharibəsində qardaşları ilə
çiyin-çiyinə ön cəbhədə
döyüşür
Televiziyada dağ
yəhudisi Daniel Zarbailovun
çıxışını qürurla
izlədim. Döyüşçü Daniel o sözləri
Qırmızı qəsəbədə yaşayan
bütün gənclərin dilindən
söylədi. Dağ yəhudiləri də
Vətən müharibəsində qardaşları ilə
çiyin-çiyinə ön cəbhədə
döyüşür. Bu, tarixən
belə olub və bundan sonra da belə
olacaq. Vətənimiz uğrunda döyüşlərdə
şəhidlər vermişik
və birlikdə qələbələr qazanmışıq.
Dağ yəhudisi
Albert Aqarunov Qarabağda
Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olub və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kim ki, bu torpaqda
böyüyür, Azərbaycanın
çörəyini yeyib
havasını udur, Vətəni qorumağa borcludur.
Bu sözləri AZƏRTAC-ın
bölgə müxbirinə
müsahibəsində Qubada
dağ yəhudilərinin
yığcam yaşadıqları
Qırmızı qəsəbədəki
İsak Xanukov adına 1 saylı
məktəbin direktoru
Yavuşva Simanduyev söyləyib.
Yavuşva Simanduyev bildirib ki, bu gün
hamımız Ali Baş
Komandan İlham Əliyevin ətrafında
yumruq kimi birləşməlidir.
“Çox sevinirəm ki, Qarabağımız azad
olunur. Hər gün biz sinaqoqlarda əsgərlərimizin
qələbə qazanması, düşmənlərin xar olması üçün
dua edirik. Çox sevinirik ki, bu haqq
savaşında türk və israilli qardaşlarımız bizim
yanımızdadır. Onlar haqqı
müdafiə edirlər. Əminəm ki,
tezliklə qalib gələcəyik.
Yaxın zamanda Şuşada
bütün xalqımız əl-ələ
verib Qələbə bayramını qeyd edəcəyik”, - deyə Yavuşva
Simanduyev söyləyib.
Yeni Azərbaycan.- 2020.- 27 oktyabr.-
S.8.