Ermənistanın meyitlərin və əsirlərin dəyişdirilməsi
barədə Azərbaycanın
təklifinə cavab verməməsi öz vətəndaşlarına qeyri-humanist
münasibətinin göstəricisidir
Azərbaycan Respublikası beynəlxalq
humanitar hüquq normalarına, həmçinin
Cenevrə konvensiyalarının
tələblərinə sadiqliyini
ifadə edərək,
humanitar atəşkəs
elan olunması haqqında Moskva razılığından sonra
öz insanpərvər
mövqeyini bir daha vurğulayıb. Belə ki, Azərbaycan Respublikasının Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası
oktyabrın 12-də Beynəlxalq
Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan
nümayəndəliyinin başçısı
ilə keçirilmiş
görüşdə birtərəfli
qaydada Azərbaycan tərəfinin humanist addım
kimi Ermənistanın
30 hərbçisinin meyitinin
və eyni zamanda, Ermənistan silahlı qüvvələrinin
işğal edilmiş
ərazilərimizdən geri
çəkildiyi zaman
köməksiz vəziyyətdə
qoyub getdiyi erməni millətindən
olan iki mülki şəxsin - Hadrut qəsəbə sakinləri 85 yaşlı Babayan Yevgeniya Pavlovnanın və 84 yaşlı Melkumyan Mişa Merlandoviçin qarşı
tərəfə verilməsi
ilə bağlı birtərəfli qaydada
BQXK-ya təklif verib.
AZƏRTAC xəbər verir ki, bunu
Dövlət Komissiyasının
katibi İsmayıl Axundov oktyabrın 27-də
jurnalistlərə müsahibəsində
deyib.
O, həmçinin
bildirib ki, bundan sonra Dövlət
Komissiyası tərəfindən
BQXK-nın Azərbaycan
nümayəndəliyi ilə
keçirilmiş görüşlərdə
bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq,
bu humanitar missiyaya Ermənistan tərəfindən heç
bir cavab verilməyib. Bu, Ermənistanın beynəlxalq
humanitar hüquq normalarına hörmətsizlik
əlaməti olmaqla yanaşı, bu ölkənin öz vətəndaşlarına qeyri-humanist
mövqe sərgiləməsinin
göstəricisidir.
Yeni Azərbaycan.- 2020.- 28 oktyabr.-
S.3.