Sülhsevər  Azərbaycan

 

Dünyada ən qədim insan məskənlərindən biri olan Azərbaycan tarixən zəngin mədəniyyətə malik olmuşdur. Yaşı minilliklərə dayanan mədəniyyət nümunələri, arxeoloji qazıntılardan əldə olunmuş tapıntılarla yanaşı, dünya elmi, mədəniyyət incəsənətində dərin izlər buraxmış böyük şəxsiyyətlərin yaradıcılıqları bu zəngin mədəniyyətin parlaq örnəkləridir.

Bəşər tarixinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsirəddin Tusi bir çox digərləri kimi adları sadalamaqla bitməyən şair, mütəfəkkir elm xadimlərini bəxş etmiş Azərbaycan xalqı bununla dünya mədəniyyətinin inkişafına böyük töhfəsini vermiş onu özünəməxsus çalarlarla zənginləşdirmişdir. Qeyd etmək yerinə düşərdi ki, bu böyük şəxsiyyətlər yalnız Azərbaycan xalqının deyil, eləcə bütün Türk dünyasının qürur mənbəyi, ortaq dəyəri olaraq xalqlarımızın özünəməxsus mədəni irsinin bəşəriyyətə tanıdılmasında təşviq olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu dahi şəxsiyyətlərin yaradıcılıqları Azərbaycan xalqının həyat tərzi düşüncələrinin təcəssümü kimi onun zəngin mənəvi irsi haqqında fikir yürütməyə imkan verir.

Tarixin müxtəlif inkişaf dövrlərinə öz töhfəsini vermiş Azərbaycan xalqı müstəqilliyin bərpasından sonra da bu ənənənin davamçısı olmuşdur. Müdrik lider, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan davamçısı Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət nəticəsində Azərbaycan Respublikası sabit davamlı inkişaf yoluna qədəm qoyaraq irimiqyaslı layihələrin beynəlxalq tədbirlərin təşkilatçısına çevrilmişdir. Bu siyasətin həyata keçirilməsi xalqın öz potensialını reallaşdırmasını təmin edərək dünya elmi, idmanı, mədəniyyəti incəsənətinə böyük töhfələrinin davam etməsini şərtləndirmişdir.

Təsadüfi deyil ki, bir sıra böyük tədbirlərə ev sahibliyi məhz Azərbaycana etibar edilmişdir. Uğurlu təşkilatçılıq qabiliyyəti ilə yanaşı, eyni zamanda, Azərbaycan xalqının humanist sülhsevər ruhu, ölkədə mövcud olan torelantlıq mühiti bu etimadı səciyyələndirmişdir. Ölkədə 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci ildə İlk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları, dünyanın müxtəlif regionlarından iştirakçıların qatıldığı mədəniyyətlərarası dialoq humanitar forumlar, davamlı olaraq müxtəlifsəviyyəli idman yarışlarının keçirilməsi Azərbaycanın dünya mədəniyyəti, multikulturalizmi idmanına verdiyi önəmli töhfələrdir. Bu beynəlxalq tədbirlərin iştirakçıları qonaqlar, o cümlədən yarışları izləmək üçün ölkəyə gəlmiş əcnəbi tamaşaçılar Azərbaycan xalqının yüksək mədəniyyəti multikultural dəyərlərə göstərilən hörmətin bir daha şahidi olmuş bu barədə xoş fikirlər səsləndirmişdir.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, dünyada humanistliyi sülhsevərliyi ilə ad qazanmış Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. 30 ilə yaxın müddətdə həllini tapmamış bu problem nəticəsində Dağlıq Qarabağın yerli azərbaycanlı əhalisi öz torpaqlarında yaşamaq imkanından məhrumdur. Məsələ ilə bağlı BMT qətnamələri mövcud olsa da, müxtəlif platformalarda müstəvilərdə aparılan müzakirələrdə beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə , münaqişənin həllində müsbət irəliləyiş olmamışdır.

Təbii ki, qətnamələrin yerinə yetirilməməsi münaqişənin həllinin uzanması Azərbaycan tərəfini qane etmir. Belə vəziyyət Azərbaycanı münaqişənin həllində öz gücünə arxalanmağa vadar edir. Beləliklə, 27 sentyabr tarixində başlamış ərazi bütövlüyünün təmin olunmasına istiqamətlənmiş Azərbaycanın əks-hücum əməliyyatları heç bir halda erməni xalqına Dağlıq Qarabağın dinc sakinlərinə qarşı yönəlməmişdir. Hərbi əməliyyatlar, təəssüf ki, dinc əhali arasında da itkilərə səbəb olmuş, xüsusən Gəncə şəhərinin ballistik raketlərdən atəşə tutulması beynəlxalq humanitar normaların kobud şəkildə pozulmasıdır.

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xalqa müraciətlərində, çıxışlarında beynəlxalq mətbuata müsahibələrində xüsusi vurğuladığı məqamlardan biri məhz müharibənin erməni xalqına mülki əhaliyə qarşı deyil, yalnız öz torpaqlarında ərazi bütövlüyünün bərpası ilə bağlı aparılmasıdır.

Çıxışlarında Prezident İlham Əliyev tərəfindən gələcəkdə xalqların sülh şəraitində yanaşı yaşamasının mümkünlüyü, əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən, yalnız hərbi infrastrukturun hədəf alınmasının qeyd edilməsi, eyni zamanda, Dağlıq Qarabağın dinc əhalisinə hərbi obyektlər hərbi əməliyyatlar aparıldığı ərazilərdən uzaq durmaları ilə bağlı müraciət Azərbaycan xalqının humanist tolerant təbiətinin daha bir parlaq nümunəsidir.

Ölkə ərazisində tarixən bir çox xalqlar etnik qruplar dinc şəkildə birgə yaşamışdır. Azərbaycanda mövcud olmuş çoxəsrlik tolerantlıq dostluq qardaşlığın özünəməxsus mühitini formalaşdırmışdır. Ölkəyə səfəri zamanı Roma Papası Fransisk qeyd etmişdir: “Azərbaycan bundan sonra da müxtəlif mədəniyyətlər dini konfessiyalar arasında əməkdaşlıq yolu ilə irəliləməyə davam edəcəkdir”.

Bu gün multikulturalizmin Azərbaycan modeli bir çox dünya dövlətlərinə örnəkdir. Azərbaycan Prezidentinin gələcəkdə Dağlıq Qarabağda hər iki xalqın nümayəndələrinin yanaşı dinc yaşaya biləcəyi haqqında söylədiyi fikirlər məhz Azərbaycanın bu çoxəsrlik multikulturalizm təcrübəsinə əsaslanır.

Azərbaycan ordusu döyüş meydanında üstünlük qazandığı zamanda Azərbaycan tərəfi humanitar atəşkəsə razılıq vermişdir. Hətta qoşunların daha çox ərazi azad etdiyi hərbi üstünlüyə malik olduğu, indiki zamanda belə Ali Baş Komandan İlham Əliyevin güzəştə gedərək münaqişənin sülh yolu ilə həllini daim dəstəklədiyini bəyan etməsi Azərbaycan xalqının sülhsevərliyini və bəşəri dəyərlərə hörmətini bir daha nümayiş etdirməkdədir.

 

Altınbek Mamayusupov

Türkdilli Ölkələrin Parlament

Assambleyasının Baş Katibi

 

Yeni Azərbaycan.- 2020.-28 oktyabr.- S.4.