Ramil Həsən:
Azərbaycanın müzəffər
ordusu işğalçı
Ermənistanın bütün
silahlı qüvvələrini
torpaqlarımızdan qovub
çıxaracaq
“Azərbaycan bu gün həm
diplomatiya sahəsinə,
həm də cəbhədə hücum
taktikasından müvəffəqiyyətlə
istifadə edərək
böyük uğurlar
əldə edib. Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, 28 ildir ki, fəaliyyət
göstərməsinə baxmayaraq,
ATƏT-in Minsk qrupu heç bir nəticəyə nail olmayıb, əksinə bu illər ərzində Azərbaycan xalqının
səbrini tükəndirib.
ATƏT-in Minsk
qrupunun təklif etdiyi sülh planında yer alan və Azərbaycanın
işğal etdiyi ərazilərin qeyd-şərtsiz
azad olunmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul
etdiyi 4 qətnamənin
yerinə yetirilməsini
hazırda Azərbaycan
Ordusu həyata keçirir”.
Bunu Milli Məclisin deputatı Ramil Həsən deyib.
R.Həsənin sözlərinə görə,
hər vəchlə atəşkəs üçün
vasitəçi dövlətlərə
yalvaran Ermənistan hər gün işğal edilmiş ərazilərimizdə əsgərlərimizə
qarşı istifadə
etmək üçün
silah daşıyır:
“Ona görə də hər dəfə guya humanitar atəşkəsin
elan olunmasında maraqlı olduğunu göstərməyə çalışan
Ermənistan yaranmış
vəziyyətdən öz
qüvvələrini cəmləşdirmək
və işğalçı
ordusunu yeni silahlarla təmin etmək üçün istifadə etmək niyyətindədir. Digər tərəfdən,
Ermənistan növbəti
atəşkəs rejimini
kobud şəkildə
pozduğu halda Azərbaycan tərəfini
günahlandırmaq cəhdlərindən
də əl çəkmir”.
Deputat deyib ki, Prezident
İlham Əliyevin sentyabrın 27-dən bu günə qədər keçən 1 ay müddətində
dünyanın nüfuzlu
və aparıcı
KİV-lərinə verdiyi
müsahibələrində səsləndirdiyi fikirlər
bilavasitə Ermənistanın
indiyə qədər
apardığı saxta
təbliğatın ifşasında
mühüm rol oynayıb: “Bu gün dünyanın bütün
aparıcı media orqanları
Azərbaycan Prezidentinin
fikirlərinə yer ayırır, Azərbaycanın
haqlı mövqeyini beynəlxalq ictimaiyyətə
çatdırır. Ümumiyyətlə, dövlət başçısı,
Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti bu gün Azərbaycanın
beynəlxalq münasibətlər
sistemində özünəməxsus
yer tutmasına səbəb olub. Döyüş meydanında diz
çökdürülən düşmən informasiya
müharibəsində də
məğlub duruma düşüb”.
“Azərbaycan xalqı
öz Prezidentinin, Ali Baş Komandanının ətrafında sıx birləşib. Siyasi mənsubiyyətindən
və statusundan asılı olmayaraq ölkəmizdə yaşayan
hər bir kəs Vətən müharibəsinə dəstək
verir. Azərbaycan xalqının nümayiş
etdirdiyi milli birlik və həmrəylik öz torpaqlarını düşmən
işğalından azad
etmək uğrunda xalqımızın apardığı
mübarizədə qələbə
qazanmasını təmin
edir. Belə ki, sentyabrın
27-dən etibarən erməni
tərəfinin növbəti
hərbi təxribatlarına
cavab olaraq başlanılan əks-hücum
əməliyyatları qısa
zamanda kəndlərimizin,
şəhərlərimizin, qəsəbələrimizin azad
edilməsinə yol açıb. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin
apardığı döyüş
əməliyyatlarında əldə
edilən uğurlar göstərir ki, Azərbaycanın müzəffər
ordusu işğalçı
Ermənistanın bütün
silahlı qüvvələrini
torpaqlarımızdan qovub
çıxaracaq. Qələbə bizimlədir!
Qarabağ Azərbaycandır!”,
- deyə R.Həsən
vurğulayıb.
Qaşqay
ZİYƏDDİNOĞLU
Yeni Azərbaycan.-
2020.- 30 oktyabr.- S.7.