Ermənistanın beynəlxalq cinayətlərinə
göz yumanlar işğalçı ölkə
ilə eyni məsuliyyət daşıyırlar
Milli Məclisin
deputatı Vüqar İskəndərov www.yap.org.az saytına müsahibə verib:
- Vüqar müəllim,
uzun illərdir, Azərbaycan torpaqlarını
işğal altında
saxlayan Ermənistan sentyabrın 27-də növbəti
hərbi təxribata əl atdı. İşğalçı ölkənin
bu addımından sonra baş verən proseslər barədə fikrinizi bilmək istərdik...
- Ermənistanın işğalçılıq siyasəti
nəticəsində yaranan
Dağlıq Qarabağ
münaqişəsi otuz
il ərzində öz həllini tapmayıb. Azərbaycan ötən dövrdə münaqişənin həlli
ilə bağlı
ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda
fəallıq göstərib,
o mövqedən çıxış
edib ki, danışıqlar substantiv
nəticələrə hesablanmalıdır.
Ancaq işğalçı
Ermənistanın danışıqlarda
iştirakı formal xarakter daşıyıb. Düşmən tərəfin
niyyəti o olub ki, işğal nəticəsində yaranan
status-kvo sonsuzadək uzansın. Son vaxtlarda isə
biz Ermənistan tərəfdən “yeni torpaqlar uğrunda yeni müharibə” təhdidləri eşidirdik
və düşmənin
hərbi birləşmələrinin
cəbhə zonasında,
eləcə də iki dövlət arasındakı sərhədin
müxtəlif istiqamətlərində
təxribatları intensivləşdirdiyinin
şahidi olurduq.
Məhz bunların fonunda düşmən ölkə sentyabrın
27-də növbəti dəfə
ölkəmizə qarşı
genişmiqyaslı hərbi
təxribata əl atıb. Beləliklə, dövlətimizin siyasi qətiyyətinin, xalqımızın iradəsinin
ifadəsi olaraq Azərbaycan Ordusunun komandanlığı Prezident,
Ali Baş Komandan İlham Əliyevin göstərişi
ilə düşmənin
sentyabrın 27-də törətdiyi
növbəti genişmiqyaslı
təxribatının qarşısını
almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək
məqsədilə Silahlı
Qüvvələrimizin bütün
cəbhəboyu əks-hücum
əməliyyatlarına başlaması
barədə qərar
qəbul edib. Öz torpağında vuruşan, şəhidlər
verən, haqq işi görən Azərbaycan Ordusu xilaskarlıq missiyasını
şərəflə yerinə yetirir. Ali Baş Komandan,
cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan
Ordusunun işğalçıları
torpaqlarımızdan qovması
nəticəsində demək
olar ki, hər gün yeni-yeni ərazilər azad olunur. Onu da deyim ki, bu
gün əldə etdiyimiz tarixi uğurlar bir-iki günün işi deyil. İllərdir ki, cənab Prezident bugünkü hərbi, siyasi, diplomatik uğurlarımız
üçün uzaqgörən
siyasət yeridir və bu gün
biz bunun müsbət nəticələrini
görürük.
- Paşinyan rejimi hazırda işğal altındakı
Azərbaycan torpaqlarında
ordumuza qarşı döyüşmək üçün
uşaqları göndərir
ki, bu da
beynəlxalq qanunların
kobud surətdə pozulmasıdır...
- Öncə
onu deyim ki, hər keçən
gün ərzində yeni-yeni məğlubiyyətlərlə
üzləşən, rəşadətli
ordumuz qarşısında
tab gətirə bilməyən işğalçı
Ermənistan heyfini dinc, mülki Azərbaycan vətəndaşlarından,
o cümlədən uşaqlardan
çıxır. Bu
da Ermənistan hakimiyyətinin faşist mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirir. Digər tərəfdən, təcavüzkar
dövlət, həm də erməni uşaqlara qarşı cinayətlər törədir.
Belə ki, Ermənistanın hərbi-siyasi
rəhbərliyi ölkənin
ortayaşlı və
qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb
edib.
İşğalçı
ölkə rəhbərliyinin
beynəlxalq konvensiyaları
və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər
sosial şəbəkələrdə
elə ermənilərin
özləri tərəfindən
yayılıb. Görüntülərdə
erməni hərbçilərinin
12-13 yaşlı yeniyetmələrdən
istifadə etdiyi əks olunur. Beləliklə, Azərbaycan Ordusuna
qarşı döyüşlərdə
yeniyetmələrdən də
istifadə edən işğalçı Ermənistanın
bununla çoxsaylı
beynəlxalq qanunları,
o cümlədən BMT-nin,
UNICEF-in, Paris Konvensiyasının uşaq
hüquqları ilə
bağlı sənədlərini
və normalarını
pozması tam şəkildə sübuta
yetirilir. Məlum olduğu
kimi, Beynəlxalq Cinayət Məhkəməsi
tərəfindən 15 yaşa
çatmamış uşaqların
hərbi xidmətə
çağırılması və ya səfərbər
edilməsi, yaxud onların beynəlxalq, eləcə də beynəlxalq olmayan münaqişələr çərçivəsindəki
hərbi əməliyyatlarda
aktiv şəkildə
istifadə olunması
ilə əlaqədar
hərəkətlərin hərbi
cinayət qismində təsnif olunması müəyyən edilib. Dünya birliyi heç olmasa indi hərəkətə
keçməli, Beynəlxalq
Cinayət Məhkəməsinin
(Roma) və Cenevrə konvensiyalarının
tələblərini pozan
Ermənistan hökuməti
tərəfindən verilən,
insanlığa zidd müharibə cinayətlərini
özündə əks
etdirən qərarlara
hüquqi qiymət
verməli, onların məsuliyyətini müəyyənləşdirməlidir.
- Vüqar müəllim, son hadisələr mənfur düşmənlərimizin daha
bir xislətini növbəti dəfə üzə çıxardı.
Belə ki, bir tərəfdən düşmən ölkənin
baş naziri döyüşlərin dayandırılması
üçün xarici
ölkə rəhbərlərinə
yalvarır, digər tərəfdən isə işğalçılar
humanitar atəşkəsi
pozurlar. Sizcə, bu erməni riyakarlığının məqsədi
nədir?
- Cəbhə bölgəsində aktiv döyüş əməliyyatlarının
başladığı sentyabrın
27-dən etibarən Azərbaycan
və Ermənistan arasında 10, 17
və 26 oktyabr tarixlərində üç
humanitar atəşkəs
barədə razılıq
əldə edilib. Lakin hər üç humanitar atəşkəs Ermənistan
tərəfindən pozulub.
Belə ki, 10 oktyabrda Moskva bəyanatının
ardınca Ermənistan
ballistik raketlə Gəncə şəhərinin
və digər yaşayış məntəqələrinin
mülki əhalisini atəşə tutub. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə
razılaşdırılmış humanitar atəşkəs rejiminə də Ermənistan tərəfi əməl etməyib - cəmi iki dəqiqədən
sonra erməni hərbi birləşmələri
silahları işə
salıblar. Ümumiyyətlə,
Ermənistan silahlı
qüvvələrinin sentyabrın
27-dən etibarən Azərbaycanın
şəhər və
kəndlərini intensiv
atəşə tutması
nəticəsində 100-ə yaxın mülki şəxs həlak olub, 300-ə yaxın
dinc sakin yaralanıb. Azərbaycan isə mülki əhalini heç vaxt hədəfə almır. Silahlı Qüvvələrimiz düşmənin
hərbi birləşmələrinin
şəhər və
kəndlərimizi atəşə
tutmasının qisasını
döyüş meydanlarında
alır.
Bundan əvvəl
baza prinsiplərini rədd edən, hətta bir neçə gün öncə “Münaqişənin
diplomatik həlli yoxdur” deyən Ermənistanın baş naziri Nikol Paşinyan
artıq məcbur olub bu dəfə
də danışıqlar
üçün ABŞ-a yalvarır.
Amma təəssüf
ki, danışıqların
bərpa olunması üçün yalvaran Ermənistan üçüncü
dəfə də atəşkəsə əməl
etmək niyyətindən
çox uzaq oldu. Bərdə əhalisinə qarşı
törədilən qanlı
terror bunu təsdiqləyir. Eyni zamanda, müşahidələr
onu göstərir ki, hazırda Ermənistana müxtəlif
mənbələrdən silahların
daşınması davam
edir. Atəşkəs
elan olunduqdan dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın
rayonu istiqamətində
Azərbaycan silahlı
qüvvələrinin mövqelərini
artilleriyadan atəşə
tutub. Eyni zamanda, digər şəhər və rayonlarımız da atəşə tutulub. Beləliklə, növbəti
humanitar atəşkəsin
də pozulmasının
bütün məsuliyyəti
Ermənistanın üzərinə
düşür. Təbii ki,
bütün bunlara görə həm Ermənistan, həm də işğalçıya
havadarlıq edən, ona silah-sursat verən, haqq savaşı aparan Azərbaycana isə müxtəlif təzyiqlər
göstərən bəzi
xarici ölkələr,
o cümlədən ATƏT-in Minsk qrupu
məsuliyyət
daşıyır. Ancaq
həm işğalçı
ölkə, həm də havadarları bilməlidir ki, bu təzyiqlərlə Azərbaycanı haqq işindən döndərə
bilməyəcəklər. Bu gün Azərbaycan
xalqı bir yumruq kimi birləşib,
ölkəmizdə milli
həmrəylik mövcuddur
və əminik ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusunun son və
həlledici qələbə
qazanacağı gün
uzaqda deyil.
Yeni Azərbaycan.- 2020.- 31 oktyabr.-
S.4.