Azərbaycan İdman Könüllülərinin I Forumu keçirilib

 

AZƏRTAC xəbər verir ki, forumun açılış mərasimində Gənclər İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin sədr müavini, Gənclər idman komitəsinin sədri Adil Əliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Məclisin deputatları Könül Nurullayeva, Müşviq Cəfərov Vüqar İsgəndərov iştirak ediblər.

Tədbirdə Azərbaycan İdman Könüllülərinin I Forumunun Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdəKönüllülər ilielan olunan 2020-ci ildə təşkilinin önəmi xüsusi vurğulanıb.

Gənclər İdman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda idman könüllülüyünün tarixi olduqca gəncdir: Birinci Avropa Oyunları, Formula 1 yarışlarının Bakı mərhələsi, IV İslam Həmrəyliyi Oyunları, Avropa Gənclərinin Olimpiya Festivalı, eyni zamanda, ölkəmizdə müxtəlif idman növləri üzrə keçirilən dünya Avropa çempionatları, beynəlxalq turnirlərin aparıcı qüvvələrindən biri daim könüllülər olublar. Könüllülərin bilik bacarıqlarının artırılması məqsədilə ölkəmizə bu sahədə çox böyük təcrübə bacarıqlara malik beynəlxalq mütəxəssislər cəlb edildi. Bu gün Azərbaycanda kifayət qədər böyük könüllülük təcrübəsinə malik vətənpərvər, istedadlı yardımsevər gənclərimiz var”.

Çıxış edənlər vurğulayıblar ki, “Azərbaycan İdman Könüllüləriİctimai Birliyinin fəaliyyətə başladığı qısa müddətdə həyata keçirdiyi layihələr ölkədə vahid könüllülük bazasının formalaşdırılması təkmilləşdirilməsinə yönəlib. Belə ki, təşkilat Gənclər İdman Nazirliyinin idman strukturları ilə əlaqələr yaradıb, bir sıra idman federasiyaları ilə birgə layihələr həyata keçirib, təhsil müəssisələrində gənclərin idman könüllüsü kimi cəlb olunması ilə bağlı ciddi addımlar atıb. Sağlam gəncliyin yetişməsində, Azərbaycanın dünyada daha geniş təbliğində, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin böyük rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, könüllülərin çox böyük hissəsinin gənclər olduğu nəzərı alınsa, demək onların üzərinə daha böyük məsuliyyət düşür.

Forumda, həmçinin könüllülüyün vahid mərkəzdən idarə olunması, təcrübə keçdikcə gənclərə müəyyən dərəcələrin verilməsi digər təkliflər səsləndirilib.

 

Yeni Azərbaycan.- 2020.- 2 sentyabr.- S.3.