Ölkəmizdə dini etiqad və
vicdan azadlığının
təmin edilməsi dövlət siyasətinin
mühüm istiqamətlərindəndir
Ekspertlərin fikrincə, vətəndaşların
sağlamlığının qorunması ilə bağlı bir sıra məhdudiyyətlərin
tətbiq edilməsi zərurətdən irəli
gəlir
Azərbaycan dövləti dini tolerantlığın təmin
edildiyi, insanların dini inanclarına hörmətlə yanaşıldığı
ölkələrdəndir. Vurğulanmalıdır ki, məhz əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulan siyasət nəticəsində ölkəmizdə
dini etiqad və vicdan azadlığı təmin
edilib, dövlət-din
münasibətləri sivil
prinsiplərə uyğun
tənzimlənib, dini-mənəvi,
əxlaqi-etik dəyərlər
ictimai münasibətlərin mühüm tərkib hissəsinə çevrilib. Bu siyasi kursu uğurla
davam etdirən Prezidenti İlham Əliyevin dini dəyərlərimizə diqqət
və qayğısı,
ölkəmizdə məscidlərin,
dini ibadətgahların
və ziyarətgahların
bərpası, və yenidən qurulması prosesini verdiyi töhfə isə əvəzsizdir.
Bu məqamda
qeyd etmək yerinə düşər ki, hazırda, sanitar-epidemioloji vəziyyətlə
əlaqədar dini ayinlərin ənənəvi
şəkildə keçirilməsi
mümkün deyil. Qafqaz Müsəlmanları İdarəsinin
və din xadimlərinin Məhərrəm
ayı və Aşura ilə bağlı müraciətlərində
də məhz vətəndaşların sağlamlıqlarının
qorunması ilə bağlı belə məhdudiyyətlərin tətbiq
edilmə zərurətinin
yarandığı qeyd
edilir.
Məsələ ilə bağlı fikirlərini bölüşən
Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin üzvü
Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə
dini dəyərlərimizin
qorunub saxlanılmasında
Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Onun sözlərinə
görə, əsası
Ulu Öndər Heydər tərəfindən
qoyulan dövlət-din
münasibətləri bu
gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Millət vəkili
onu da qeyd
edib ki, artıq neçə müddətdir dünyanı
bürüyən koronavirus
pandemiyasına görə
ölkəmizdə də
ciddi karantin rejimi tətbiq olunmaqdadır: “Sanitar-epidemioloji
vəziyyətlə əlaqədar
dini ayinlərin ənənəvi şəkildə
keçirilməsi mümkün
deyil. Xəstəliyin
yayılmasının qarşısının
alınması məqsədilə
insanlarımızın bu
qaydalara riayət etməsi və kütləvi ibadət tədbirlərindən kənar
durması zəruri hala çevrilib. Biz də öz
növbəmizdə hər
kəsi yüksək vətəndaşlıq mövqeyi
nümayiş etdirməyə,
qayda-qanunlara riayət
etməyə səsləyirik.
Bu cür vəziyyət digər islam ölkələrində
də müşahidə
olunmaqdadır. Mövcud
durum nəzərə
alınaraq, analoji qaydalara riayət olunması, məscidlərin
qapalı qalması, dini ayinlərlə bağlı xüsusi məhdudlaşdırıcı qaydaların tətbiqi digər müsəlman ölkələri üçün
də keçərlidir.
Xəstəliyə qalib
gəlməyin yolu qaydalara əməl etməkdən keçir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, hər
zaman islami dəyərlərə böyük
önəm verən Ulu Öndər Heydər Əliyev Azərbaycanda insanların
vicdan azadlığının
təminində, din-dövlət
münasibətlərinin formalaşmasında
əsaslı rol oynayıb. Bu siyasətin Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdiridiyini söyləyən B.Quliyev
hazırda koronavirus pandemiyasının yayılmasının
qarşısının alınması
ilə bağlı ölkəmizdə də bir sıra tədbirlərin
həyata keçiçrildiyini
xatırladıb. Onun sözlərinə
görə, məscidlərin
və ziyarətgahların
müvəqqəti olaraq
fəaliyyətini dayandırması,
o cümlədən Məhərrəm
ayı və Aşura ilə bağlı dini ayinlərin kütləvi şəkildə keçirilməməsi
məhz vətəndaşların
sağlamlıqlarının
qorunmasına xidmət
edir: “Ölkəmizdə
pandemiyaya ilk yoluxma qeydə alınandan bu günə qədər dövlətimiz tərəfindən
yüksək səviyyəli
tədbirlər həyata
keçirilib və uğurlu nəticələr
əldə edilib. Bu mənada inanclı vətəndaşlarımız tətbiq olunan məhdudiyyətləri anlayışla
qarşılamalı, dua
və ibadətlərini
fərdi qaydada həyata keçirməli
və əlbəttə
ki, bəşəriyyətin
tezliklə bu bəladan qurtulmasını
Allahdan istəməlidir.
Məhz bu cür anlayışlarla, həmrəyliklə koronavirus
təhlükəsindən xilas
ola bilərik. Məhərrəmlik ayına xas
olan müəyyən
günlərdə, eləcə
də Aşurada da müsəlman bacı və qardaşlarımız, vətəndaşlarımız
dövlətin apardığı
bu siyasətə öz dəstəklərini
nümayiş etdirdilər
və əmini ki, bundan sonra
da etdirəcəklər”.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2020.- 1 sentyabr.- S.7