Azərbaycan dövləti
koronavirusla mübarizə
məqsədilə bütün
mümkün tədbirləri
maksimum effektiv şəkildə həyata
keçirməyə çalışır
Milli Məclisin
deputatı Soltan Məmmədov www.yap.org.az saytına
müsahibə verib:
-
Soltan müəllim, ölkəmizdə koronavirus pandemiyası
ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən karantin rejimi sentyabrın 30-dək
uzadılıb. Cəmiyyətimizdə
bu məsələ geniş müzakirə olunur. Sizcə, karantin rejiminin uzadılmasını zəruri
edən səbəblər
nədir?
- Bilirsiniz ki,
Azərbaycan elə ilk günlərdən virusun yayılmasının
qarşısının alınması
ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi. Cənab Prezident də öz çıxışlarında
dəfələrlə vurğulayıb
ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır.
Çünki bu, həm də milli təhlükəsizlik
məsələsidir. Azərbaycan
Prezidentinin bütün
istiqamətlərdə həyata
keçirdiyi siyasətin
mərkəzində insan
amili dayanır. Məhz buna görə də, Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərini gözə alaraq vətəndaşların
sağlamlığının qorunması üçün
bütün mümkün
addımları atdı.
Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyət
başlaması, Koronavirusla
Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz bu məqsədə
xidmət edirdi. Qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atıldı, modul tipli xəstəxanalar
quruldu. Yeni laboratoriyalar formaslaşdırıldı.
46 xəstəxana koronavirus
xəstələrinə xidmət
göstərmək üçün
ayrıldı. 575 çarpayılıq
“Yeni Klinika” fəaliyyətə başladı,
Fövqəladə Hallar
Nazirliyinin xətti ilə 800 çarpayılıq
xəstəxana istifadəyə
verildi. Bu günlərdə isə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu
xəstələrin müalicəsi
üçün nəzərdə
tutulan 820 yerlik modul tipli növbəti
hospitalın açılışı
oldu. Bu tədbirlər virusun
daha böyük miqyasda yayılmasının
qarşısını almağa,
yoluxanların müalicəsi
üçün imkanların
genişləndiriılməsinə şərait yaratdı. Nəticədə sağalanların
sayı yoluxanların
sayını üstələdi
və biz müsbət dinamika əldə etdik. Bu dinamikanı qoruyub saxlamaq üçün karantin rejimin tətbiqi olduqca mühüm əhəmiyyət kəsb
edir.
COVID-19 yeni tip
virus olduğundan tam şəkildə müalicəsi hələ
ki yoxdur. Dünyanın müxtəlif
ölkələrində bu
istiqamətdə ciddi
araşdırlmalar aparılır.
Peyvəndin tapılmasına qədər virusun yayılmasının qarşısının
alınmasının hələlik
ən effektiv yolu insanların kütləvi şəkildə
toplaşmasının məhdudlaşdırılması,
fiziki məsafənin saxlanılması və tibbi qoruyucu vasitələrdən istifadədir.
Karantin rejiminin müddətinin uzadılması
da insanların sağlamlığının maksimum
dərəcədə qorunmasına
hesablanıb.
- COVID-19 infeksiyası ilə mübarizədə
Azərbaycanın səhiyyə
sisteminin maddi-texniki bazasını, tibb personalının peşəkarlığını
necə dəyərləndirirsiniz?
- Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə
Təşkilatının nümayəndələri,
ölkəmizə gələn
həkimlər, mütəxəssislər
bu sahədəki fəaliyyətimizi yüksək
qiymətləndirirlər. Azərbaycan
dövləti virusla mübarizə məqsədilə
bütün mümkün
tədbirləri maksimum
effektiv şəkildə
həyata keçirməyə
çalışır. Qeyd
etdiyim kimi, yeni xəstəxanaların
fəaliyyətə başlaması,
qısa müddətdə
müasir laboratoriyaların
qurulması, ən yüksək standartlara cavab verən testlərin ölkəmizə
gətirilməsi bizim
əldə etdiyimiz nailiyyətləri şərtləndirən
əsas amillərdir.
Ölkəmizə gələn xarici
mütəxəssislərin əsas qeydlərindən biri ondan ibarət
idi ki, Azərbaycandakı
xəstəxanalar Ümumdünya
Səhiyyə Təşkilatının
müalicə protokollarında
təsdiq olunmuş bütün dərman preparatları ilə təchiz olunub. Təminatın yüksək
olması, müalicə
protokollarına dəqiqliklə
əməl olunması
Azərbaycanda COVID-19-dan ölüm
sayının az olmasını əsas səbəblərindən biridir.
Müvafiq avadanlıqların,
süni tənəffüs
aparatlarının düzgün
tətbiqi də burada mühüm rol oynayıb. Bütün bunlar həm də bizim həkimlərimizin yüksək peşəkarlığından
xəbər verir. Bunu xarici mütəxəssislər
də xüsusi qeyd edirdilər.
- Yeri gəlmişkən,
avqustun 31-də Fövqəladə
Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin
müalicəsi üçün
nəzərdə tutulan
modul tipli növbəti hospitalının
açılışı olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev hospitalın açılışında
videoformatda iştirak edib. Dövlətimizin başçısı açılışda
cəmiyyətə ciddi
mesajlar verib. Bu barədə nə deyə bilərsiniz?
- Cənab Prezident bir daha
qeyd etdi ki, Azərbaycan dövləti insanların
sağlamlığını qorumaq, pandemiyadan ən az itki
ilə çıxmaq
üçün bütün
tədbirləri davam etdirməkdə qərarlıdır.
Əsas məsələlərdən
biri, vətəndaşlarımızın
bundan sonra da verilən qərarlara ciddi şəkildə riayət etməsidir. Çünki bu, elə bir xəstəlikdir
ki, onunla mübarizədə vətəndaş
həmrəyliyi, dövlətlə
xalq arasında qarşılıqlı inam,
etimad, milli birlik olduqca mühüm əhəmiyyət
kəsb edir.
Təsadüfi deyil ki, cənab Prezident öz çıxışında
bir daha karantin rejiminin məhdudiyyətlərinə əməl
etməyin vacibliyini xüsusi olaraq vurğuladı. Azərbaycan
hüquqi dövlətdir
və hər bir vətəndaşa münasibətdə ədalətli
davranılması ölkəmizdə
idarəçilik fəlsəfəsinin
təməl prinsiplərindən birini təşkil edir.
- Soltan müəllim,
koronavirus pandemiyası
ilə mübarizədə
bütövlükdə cəmiyyətimizin
üzərinə hansı
vəzifələr düşür?
- Pandemiya hələ
ki, bitməyib və onun bitəcəyi
tarixi də indiki halda dəqiq
proqnozlaşdırmaq mümkün
deyil. Ona görə də, hər birimiz bu məsələdə maksimum dərəcədə
məsuliyyətli olmalıyıq.
Burda hansı vəzifədə çalışmasından,
ictimai statusundan asılı olmayaraq hər bir Azərbaycan
vətəndaşı məsuliyyət
hissi ilə yanaşmalıdır. Hesab
edirəm ki, cəmiyyətin böyük
bir hissəsi bu xəstəliyə qarşı mübarizədə
kifayət qədər
yüksək məsuliyyət
nümayiş etdirir. Biz əldə etdiyimiz müsbət dinamikanı saxlamaq üçün bundan sonra da diqqətlə,
məsuliyyətlə davranmalıyıq.
Pandemiya dövrü
mahiyyət etibarilə
həm də dövlətlər üçün
bir sınaq idi. Hesab edirəm
ki, dövlətimiz bu sınaqdan uğurla çıxmaq üçün üzərinə
götürdüyü öhdəlikləri
yerinə yetirir. Lakin, COVID-19 həm də cəmiyyətlər
üçün bir sınaqdır. Bu sahədə də nikbin olmağa əsas yaradan faktlar kifayət qədərdir. Əminəm
ki, məhz dövlət-xalq birliyi, Azərbaycanda mövcud olan həmrəylik bizim koronavirusa qalib gəlməyimiz üçün kifayət
qədər ciddi imkanlar yaradır.
Yeni Azərbaycan.-
2020.- 4 sentyabr.- S.6