5 nömrəli Uşaq-Gənclər İnkişaf
Mərkəzinin yeni tədris binası əsaslı təmirdən
sonra istifadəyə verilib
Sentyabrın 11-də Təhsil Nazirliyinin 5 nömrəli Uşaq-Gənclər
İnkişaf Mərkəzinin
Bakı şəhəri,
Nəsimi rayonu Bülbül prospekti, 89 ünvanında yerləşən
tədris binasının
əsaslı təmirdən
sonra açılış
mərasimi keçirilib.
Bu barədə
AZƏRTAC-a Təhsil Nazirliyindən
məlumat verilib. Bildirilib ki, Mərkəzdə uşaq
və gənclərin
yaradıcı təxəyyülünün
inkişafı üçün
hər cür şərait yaradılıb.
Layihəyə uyğun
olaraq, binanın 1-ci mərtəbəsində məşğələ
və inzibati otaqlar, akt zalı,
mətbəx, 2-ci mərtəbəsində
isə məşğələ
və köməkçi
otaqlar fəaliyyət
göstərir.
Təhsil nazirinin
müavini Firudin Qurbanov yeni tədris
binasının şəraiti
ilə tanış olub, mərkəzin fəaliyyətinə uğurlar
arzulayıb. Nazir müavini məktəbdənkənar
təhsil müəssisələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində görülən
işlərin uşaq
və gənclərin
yaradıcılıq imkanlarına,
bilik və bacarıqlarının inkişaf
etdirilməsinə, onların
hərtərəfli inkişafına
əhəmiyyətli təsir
edəcəyini vurğulayıb.
Firudin Qurbanov qeyd edib
ki, uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının
müəyyənləşdirilməsi, onların yaradıcılığının,
asudə vaxtının
təşkilinin, fiziki
inkişafının dəstəklənməsi,
məktəbdənkənar təhsilin istiqamətləri
üzrə keyfiyyətin
yüksəldilməsi, qazanılan
nailiyyətlər ölkəmizdə
təhsil sahəsinə,
o cümlədən məktəbdənkənar
təhsilə göstərilən
dövlət qayğısının
bariz nümunəsidir.
Nazir müavini xüsusi
karantin rejimi dövründə inkişaf
mərkəzində təlim-tərbiyə
prosesinin, distant təhsil formasının təşkili ilə bağlı tövsiyələr
verib, habelə təhsilverənlərin yaşı
və sağlamlıq
vəziyyətinə görə
koronavirus (COVID-19) xəstəliyinə
yoluxma riskinin yüksək olmasından
asılı olaraq, təlim-tərbiyə prosesinə
cəlb edilməsi məsələlərinin təlimin
və tədrisin təşkili zamanı nəzərə alınmasını
xüsusi vurğulayıb.
Qeyd edək ki,
5 nömrəli Uşaq-Gənclər
İnkişaf Mərkəzində
müxtəlif istiqamətlər
üzrə fəaliyyət
göstərən 22 dərnəkdə
2000 uşaq məşğul
olur, 78 nəfər pedaqoji işçi çalışır. 1992-ci ildən
fəaliyyət göstərən
Mərkəz respublika
və beynəlxalq səviyyəli tədbirlərdə
uğurla iştirak edib, müəssisənin yetirmələri müsabiqə,
sərgi və festivallarda diplom, fəxri fərman və sertifikatlara layiq görülüb.
Yeni Azərbaycan.-
2020.- 12 sentyabr.- S.7.