Elçin Şıxlı:
Türkiyə-Azərbaycan media
platforması ümumi
bir məqsəd ortaya qoymalıdır
“Türkiyə-Azərbaycan
media platforması ümumi bir məqsəd ortaya qoymalıdır və bu istiqamətdə böyük addımlar atılmalıdır”.
Bu fikirləri
“Yeni Tv”-nin canlı yayımında Azərbaycan
Jurnalistlər Birliyinin
sədri Elçin Şıxlı deyib.
O vurğulayıb ki, bu platforma
vasitəsilə ölkələrimizin
mövqeyini və istəklərini dünyaya
daha rahat çatdıra bilərik:
“Biz bu platforma
vasitəsilə beynəlxalq
aləmə çıxış
imkanlarımızı artırırıq.
Düşünürəm ki, bu platforma
çoxdan olmalı idi. İndiyə qədər müxtəlif
səviyyəli niyyət
protokolları imzalanıb.
Amma bunlar indiki səviyyədə olmayıb. Yəni qəzetlər səviyyəsində
olub. Belə başa düşürəm
ki, yeni platformanın yaradılması
dövlətlərarası istəkdən irəli gəlib. Dünya Türkiyəni və mediasını bizdən daha yaxşı tanıyır. Bundan istifadə etməliyik. İindiyə kimi niyə istifadə etməmişik? Bu da ayrıca bir sualdır. Amma gec də
olsa, proses başlayıb”.
E.Şıxlı qeyd edib ki,
hər bir dövlətin informasiya strategiyası fərqlidir:
“Biz bir çox hallarda xəbər vermək əvəzinə təbliğat
və təşviqatla
məşğul oluruq.
Bu isə sadəcə reklamdır. Yaxşı jurnalist üçün vacib məsələlərdən biri
də yüksək səviyyədə dil və paralel olaraq jurnalistikanı dərindən öyrənməkdir”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri bildirib ki, Türkiyə mediası çox rəngarəngdir: “Məsələn,
hansısa bir fransız xanım gəzinti zamanı telefonunu 1500 kilometr hündürlükdən düşürür.
Bu məlumatın 5 dəfə anons edilməsi mənim üçün xəbər
deyil. Bəzən bizim televiziyalarda da belə hallar
olur. Auditoriyanı o qədər mənasız
və yüngül şeylərə öyrətmişik
ki, artıq tamaşaçı ciddi hadisələrə fikir vermir. Bəzən elə olur ki,
deyirlər bəs bu məsələ ilə bağlı niyə xəbər verməmişdiniz? Bizsə
cavabında bildirmişik
ki, məlumatı vermişik sadəcə sizin başınız şouya qarışdığından
oxuya bilməmisiniz. Biz hansısa müğənini və aktyoru gündəmə gətirməməliyik. Onlar
qədərində mediada
yer almalıdırlar”.
Yeni Azərbaycan.-
2020.- 12 sentyabr.- S.5.