Müasir dövrdə
türkdilli dövlətlər
və xalqlar arasında əlaqələrin
daha da möhkəmləndirilməsi
vacibdir
Ekspertlərin fikrincə, Azərbaycan-Türkiyə
qardaşlığı digər
türkdilli dövlətlər
üçün də
nümunə olmalıdır
Hazırda beynəlxalq
aləmin aparıcı
aktorlarına çevrilən
iqtisadi, siyasi, mədəni birliklər, təşkilatlar bir-birinə
irqi, dini, qohumluq əlaqəsi olan dövlətlərin daha sıx əməkdaşlıq
platforması yaratmasında
əhəmiyyətli rol
oynayır. Bu mənada, 2009-cu ildə Naxçıvan şəhərində
yaradılmış Türkdilli
Ölkələrin Əməkdaşlıq
Şurası (TDƏŞ) da
türkdilli dövlətlərin
qarşılıqlı inteqrasiyasında
mühüm amilə çevrilib. Bununla belə, müasir dövrün çağırışları,
siyasi proseslərin inkişafı və iqtisadi əlaqələrin
möhkəmlənməsinin zərurəti bu əməkdaşlığın daha da genişləndiriməsini
tələb edir. Yeri gəlmişkən, Türkiyənin
məşhur “Türkiyə”
qəzetində dərc
olunmuş Məryəm
Aybikə Sinanın “Türk Dünyası Nazirliyi” sərlövhəli
məqaləsi də türkdilli dövlətlər
arasındakı əlaqələrin
daha da intensivləşdirilməsinə
həsr olunub. Türk birliyinin tarixi zərurətdən irəli
gəldiyini vurğulayan
müəllif qeyd edir ki, müasir
dövrdə ölkələr
irq, din və qohumluq əlaqələrinə əsaslanaraq
bir araya gəlir, birlikdə hərəkət edir, bütün sahələrdə
həmrəylik nümayiş
etdirərək ortaq maraqlarını genişləndirməyə çalışırlar.
Vurğulanır ki, məhz bu səbəbdən Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına
üzv ölkələr,
türkdilli xalqlar da daxil olmaqla
bütün dünyada
yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə
hərəkət etməsi
önəmlidir. Müəllif
onu da vurğulayır
ki, əməkdaşlığın
daha da genişləndirilməsi
üçün Türk
Dünyası Nazirliyinin
yaradılması zərurəti
meydana çıxıb.
Məsələ ilə bağlı
Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, türkdilli ölkələr arasında
inteqrasiyanın daha da gücləndirilməsi,
əməkdaşlığın genişləndirilməsi üçün
istər regional, istərsə də qlobal miqyasda davamlı addımlar atılmalıdır. Azərbaycanın
hazırda TDƏŞ-ə uğurla sədrlik etdiyini vurğulayan millət vəkili deyib ki, ölkəmiz
hər zaman türkdilli ölkələrin
inteqrasiyasında, əməkdaşlığın
inkişaf etdirilməsində
təşəbbüskarlığı ilə seçilir: “Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
irəli sürülən
və türkdilli ölkələr arasındakı
siyasi və iqtisadi sahələrdə
əlaqələrin inkişafına
yönəldilmiş layihələrin
əhəmiyyəti bu
mənada xüsusi vurğulanmalıdır. Bütün
dünya bu gün Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərini
nümunə sayır.
Bununla belə, digər türkdilli ölkələrin də bu prosesdə aktiv rol alması
üçün səsləndirilən
təklifi dəyərləndirmək
olar. Belə bir strukturun formalaşması türkdilli
dövlətlərin arasında
siyasi, iqtisadi, mədəni sahələrdə
əlaqələrin inkişafına
mühüm töhfələr
verər”.
Milli Məclisin
deputatı Məşhur
Məmmədov da Azərbaycanın türkdilli
ölkələr arasında
münasibətlərin güclənməsində
maraqlı olduğunu vurğulayıb. Millət
vəkili onu da qeyd edib
ki, vacib məqamlardan biri də türkdilli dövlətlərin beynəlxalq
müstəvidə bir-birlərini
hər zaman fəal surətdə dəstəkləməsidir: “Azərbaycan-Türkiyə
əlaqələri bütün
sahələrdə, o cümlədən
siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər istiqamətlərdə uğurla
inkişaf edir. Hər iki ölkə
beynəlxalq müstəvidə
də bir-birini birmənalı olaraq dəstəkləyir. Fikrimcə,
Azərbaycan-Türkiyə qardaşlığı
digər türkdilli dövlətlər üçün
də nümunə olmalı və əlaqələrin daha da genişləndirilməsi,
starteji əhəmiyyətə
çatması üçün
addımlar atılmalıdır.
Bunun üçün olduqca münbit bir şərait mövcuddur. Ümidvaram ki, yaxın gələcəkdə
türkdilli dövlətlərin
daha yüksək inteqrasiysının şahidi
olacağıq və türkdilli dövlətlərin
əməkdaşlıq platforması
strateji formatda inkişaf edəcək”.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2020.- 17 sentyabr.- S.3.