Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Çinin Azərbaycandakı səfiri
ilə görüşüb
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradovanın Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri xanım Qo Minlə görüşü
keçirilib.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova əvvəlcə qonaqları
salamlayaraq, Azərbaycan
və Çin arasındakı ikitərəfli
münasibətlərin daim
yüksələn xətlə
inkişafını vurğulayaraq
həm diplomatik, həm iqtisadi, həm də humanitar əlaqələrin
uğurla davam etdiyini bildirib. O, qədim dövrlərdən
başlanan bu əlaqələrin ən
yüksək səviyyəsinin
Azərbaycanın müstəqilliyini
yenidən bərpa etdikdən sonrakı dövrünə təsadüf
etdiyini bildirib. Komitə sədri bildirib ki, Çinin Azərbaycana olan dəstəyini 1991-ci ilin dekabrında ölkəmizin
müstəqilliyini tanıyan
ilk ölkələrdən
biri olması nümunəsində gördük:
“Ötən dövr ərzində həm ölkə rəhbərlərimiz,
həm parlamentlərarası,
həm də cəmiyyət arasında
olan əlaqələr
çoxşaxəlidir və
zaman keçdikcə daha da genişlənir.
Bu gün rəsmi əlaqələrimizlə
yanaşı, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasındakı əlaqələri
xüsusi vurğulamalıyıq.
Biz daim hər iki partiyanın
bir-birinə olan qarşılıqlı marağının
və əməkdaşlığının
şahidi olmuşuq”.
Komitə sədri
çıxışı zamanı
1995-ci ildə Çində
keçirilən Pekin
konfransının əhəmiyyətini
xüsusi olaraq qeyd edərək, bu beynəlxalq miqyaslı tədbirin dünya qadın hərəkatına verdiyi
töhfələrdən bəhs
edib. O, Pekin konfransından sonrakı müddət ərzində
müəyyən olunmuş
hədəflərə nail
olunması istiqamətində
bütün ölkələrdə
olduğu kimi Azərbaycanda da vacib tədbirlərin görüldüyünü diqqətə
çatdırıb.
Çinin beynəlxalq
proseslərdə oynadığı
rolundan danışan B.Muradova onun BMT Təhlükəsizlik Şurasının
üzvü kimi dünyada gedən siyasi, iqtisadi proseslərə və onun tənzimlənməsinə
verdiyi töhfəni vurğulayıb.
Çıxışı zamanı hazırki dövrdə aktual olan COVİD-19 pandemiyasının
yaratdığı çətinlikləri
qeyd edən Komitə sədri bu bəlanın xüsusilə insan itkiləri, iqtisadi geriləmə və psixoloji gərginliyə səbəb olduğunu bildirib. O qeyd edib ki, Çinin
ilk zərbəni öz üzərinə götürən ölkə
olaraq bu problemə qalib gəlmək istiqamətlərindəki
səylərini xüsusi
qiymətləndirmək lazımdır.
Bu prosesdə də Azərbaycan-Çin
dostluğunun özünü
bariz şəkildə
göstərdiyini diqqətə
çatdıran B.Muradova
Azərbaycanın Çinə
mənəvi dəstək
olan ölkələrdən
biri olduğunu bildirib. O nəzərə
çatdırıb ki,
bu qlobal təhlükə hamını
bir cəbhədə birləşdirdi, burada insanlıq, mənəviyyat
prinsipi özünü
göstərdi. Komitə sədri
ölkə prezidenti cənab İlham Əliyevin timsalında Azərbaycanın pandemiya ilə mübarizə üçün beynəlxalq
səyləri birləşdirməyə
yönəlmiş vacib
təşəbbüslərin müəllifi və konkret addımlar atan ilk ölkələrdən
biri olduğunu vurğulayıb.
Səmimi qəbul üçün
təşəkkürünü bildirən Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Qo Min çıxışında
ölkəmizlə olan
əməkdaşlığı, qarşılıqlı fayda
verən tərəfdaşlığı
yüksək qiymətləndirərək,
bu əlaqələrin
davamlı olmasının
vacibliyini qeyd edib. O, Çin-Azərbaycan
arasında əlaqələrin
28 ilə qədəm
qoyduğunu bildirərək,
ölkələr arasında
olan münasibətlərin
həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə
günü-gündən inkişaf
etdiyini nəzərə
çatdırıb. O
da öz növbəsində Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında müntəzəm
xarakter alan qarşılıqlı səfərlərin
həm hökumətlər,
həm də Parlamentlər arasında olan əməkdaşlığa
da böyük töhfə verdiyini vurğulayaraq bu əlaqələrin pandemiya
başa çatdıqdan
sonra daha da intensivləşməsi
üçün bir səfir kimi hər cür yardım edəcəyini bildirib.
Pandemiya ilə
əlaqədar Çinin
Azərbaycana müvafiq
yardımlarını və
Çinin təcrübəli
həkim briqadasının
ölkəmizə səfərini
xüsusi qeyd edib.
Çin səfiri çıxışı
zamanı Azərbaycanda
ailə, qadın və uşaq məsələləri üzrə
həyata keçirilən
mühüm tədbirləri
xüsusi vurğulayaraq,
bu sahəyə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət göstərdiyini
qeyd edib. Həmçinin, xanım Qo
Min Azərbaycan hökumətinin pandemiya ilə mübarizə sahəsində Ümumdünya
Səhiyyə Təşkilatının
qərarlarını dəstəkləyən
ölkələr sırasında
olduğunu və bu istiqamətdə təcrübə mübadiləsinin
aparılmasına müsbət
yanaşdıqlarını
bildirərək, əməkdaşlığımızın
daimi olacağını
və daha da möhkəmlənəcəyini
diqqətə çatdırıb.
Digər sahələrdə
də əməkdaşlığımızın
geniş olduğunu bildirən xanım Qo Min, “Bir
Kəmər-Bir Yol” təşəbbüsünu dəstəkləyən
ilk ölkələrdən
birinin Azərbaycan olduğunu qeyd edib.
Görüşün sonunda səfir dünyada pandemiyanın geniş vüsət aldığını qeyd
edərək, Çin
hökuməti adından
uşaqlar üçün
paylanılması nəzərdə
tutulan 10 min maskanı Komitəyə təqdim edib.
Komitə sədri gələcəyimiz
olan uşaqların sağlamlığı baxımından
səmimi istəkləri
özündə əks
etdirən simvolik hədiyyəyə görə
təşəkkür edərək,
hədiyyələrin qısa
müddətdə ünvanlarına
çatdırılacağını bildirib.
Görüşdə Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavinləri
Sədaqət Qəhrəmanova
və Aynur Sofiyeva, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı
Səfirliyinin Siyasi şöbəsinin rəhbəri,
1-ci katib xanım Syu Tszin, Səfirliyin
attaşesi xanım
Şi Fan iştirak edib.
Yeni Azərbaycan.-
2020.- 17 sentyabr.- S.3.