Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin
prioritet istiqamətlərindən
biridir
Ekspertlər hesab edirlər ki, pandemiyanın fəsadlarına baxmayaraq,
ölkəmizdə təhsil
ocaqlarının tikintisi
davam etdirilib, heç bir sosial layihə ixtisar olunmayıb
Məlum olduğu
kimi, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin
prioritet istiqamətlərindən
biridir. Ölkəmizdə
hər bir sahədə müşahidə
olunan dinamik inkişaf təhsil sektorunda da aşkar
şəkildə nəzərə
çarpır. Prezident
İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü
münasibətilə müraciətində
qeyd olunduğu kimi, yeni dərs
ili yeni formatda təşkil edilib. Bunun əsas
məqsədi şagirdləri,
təhsil işçilərini
və ümumilikdə
vətəndaşlarımızı pandemiyadan qorumaqdır.
Öz növbəsində sözügedən məsələyə
münasibət bildirən
Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, bu gün
ölkəmizdə təhsilin
bütün pillələrində
yeni layihələrin reallaşdırılması istiqamətində
mühüm addımlar
atılır. Təhsil
sahəsində həyata
keçirilən islahatlar
- təhsildə infrastrukturun
yenilənməsi, maddi-texniki
bazanın möhkəmləndirilməsi,
ümumtəhsil məktəblərinin
kadr potensialının
və tədrisin keyfiyyətinin yüksəldilməsi
xüsusi qeyd edilməlidir. Millət vəkilinin sözlərinə
görə, pandemiyanın
fəsadlarına baxmayaraq,
ölkəmizdə təhsil
ocaqlarının tikintisi
davam etdirilib, heç bir sosial layihə ixtisar olunmayıb: “Son 17 ildə Azərbaycanda 3700-ə qədər
məktəb tikilib və əsaslı şəkildə təmir
edilib. Son bir neçə il ərzində modul tipli məktəblərin
də tikintisi böyük vüsət alıb. Bu il
isə modul tipli 60 məktəbin tikintisi həyata keçirilir. Eyni zamanda ali məktəblərin
binalarının da əsaslı təmir olunması, yeni korpusların tikintisi işləri davam etdirilir. Gəncədə
Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun, Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusunun, ADA-nın yeni iki
korpusu istifadəyə
verilməsi buna nümunədir”.
Deputat qeyd
edib ki, 2020-ci ildə də ümumilikdə 147 məktəbin
tikintisi nəzərdə
tutulur. Onlardan 45-i Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa edilib. “Təhsil
infrastrukturunun yenilənməsi
istiqamətində Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə,
Heydər Əliyev Fondu bir çox
sahələrdə səmərəli
layihələr həyata keçirməklə
yanaşı, təhsilin
inkişafı istiqamətində
də mühüm təşəbbüslərlə çıxış etmiş,
bu sahədə genişmiqyaslı işlər
reallaşdırmışdır. Bu baxımdan, “Yeniləşən Azərbaycana
yeni məktəb” proqramını diqqətə
çatdırmaq gərəkdir.
Bu proqramda respublikamızın
rayon və şəhərlərində yeni
məktəb binalarının
tikilib istifadəyə
verilməsi, təhsil
ocaqlarının əsaslı
təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması,
təhsilin keyfiyyətinin
yüksəldilməsi kimi
məsələlər öz
əksini tapıb və qarşıya qoyulan məqsədlərə
müvafiq olaraq həyata keçirilən
tədbirlər səmərəli
nəticələr verib”.
F.Yıldırım onu da söyləyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
həyata keçirilən
təhsil siyasətinin
çox mühüm strateji hədəflərindən
biri qara qızılın intellektual
kapitala çevrilməsidir:
“Azərbaycan Prezidenti İlham Əliyev xalqın intellektual potensialının
yüksəlməsi, gənclərin
savadlı, bilikli, vətənpərvər və
milli ruhda böyüməsinin cəmiyyətin
və dövlətin inkişafında müstəsna
əhəmiyyətini görür,
müstəqil dövlətimizi
daha da inkişaf etdirəcək, onun müstəqilliyini qoruyacaq yeni nəslin formalaşdırılmasını
başlıca vəzifələrdən
biri hesab edir və bu
istiqamətdə ardıcıl,
məqsədyönlü, düşünülmüş
siyasət həyata keçirir”.
“Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü
münasibətilə müraciətində
yer alan fikirlər Azərbaycan təhsilinin prioritet istiqamətlərini müəyyənləşdirir,
gələcəyin azərbaycanlısının
- əsl vətəndaşının
- şəxsiyyətin formalaşması
prosesinin sərhədlərini
dəqiq şəkildə ifadə
edir”. Bu fikirləri isə siyasi ekspert Elçin Mirzəbəyli
bildirib. Ekspertin sözlərinə görə,
Prezident çox haqlı olaraq qeyd edir ki,
bizim gənclərimiz,
uşaqlarımız vətənpərvərlik
ruhunda, milli ruhda, milli dəyərlər
- ənənəvi Azərbaycan
dəyərləri əsasında
tərbiyə almalıdırlar.
Bilik, yüksək intellekt, müasir texnologiyaların mənimsənilməsi
müasir dövrdə
mühüm əhəmiyyətə
malikdir. Amma bütün bu
keyfiyyətlərin təməlində
milli ruh, Vətənə sevgi dayanmırsa, o zaman ən yüksək zəka belə özgə əllərdə
alətə, öz xalqına, dövlətinə
qarşı tuşlanan
silaha çevrilir, yaradıcılıq qayəsini
dağıdıcılıq əvəz edir. Məhz bu baxımdan,
vətənpərvərlik ruhu, ənənəvi Azərbaycan dəyərlərinə
sadiqlik gənc nəslin tərbiyəsində
müstəsna əhəmiyyətə
malikdir. Hər bir xalqı,
milləti ayrı-ayrı
fərdlər təşkil
edir. Əgər bu fərdlər mənsub olduqları xalqın min illərin sınağından
keçərək bu
günümüzə gəlib
çatan dəyərlərinin
daşıyıcısı olmurlarsa, fərd olaraq öz identikliklərini itirirlər.
Bu isə öz növbəsində,
xalqın, millətin qan yaddaşının pozulmasına, özünəməxsusluğunun
itirilməsinə, yad
mədəniyyətlərin təsiri altında öz milli varlığından
uzaqlaşmasına gətirib
çıxarır.
“Bu gün təhsil sisteminin, müəllimlərin
ən ümdə vəzifələrindən biri
də uşaqlarımıza,
gənclərimizə yüksək
təhsil verməklə
yanaşı, onların
əsl Azərbaycan vətəndaşı kimi,
şəxsiyyət olaraq
formalaşmasına nail
olmaqdır. Müasir
informasiya və kommunikasiya texnologiyalarının
inkişafı bütün
milli dövlətləri,
o cümlədən Azərbaycan
Respublikasını ciddi
çağırışlar qarşısında qoyur. Müxtəlif ideologiyalar arxasında
pərdələnmiş xarici
maraqlar hər gün üzərimizə
hücum çəkir,
bizi öz köklərimizdən uzaqlaşdırmağa,
hər qəlibə uyğunlaşdırılması mümkün olan kütləyə çevirməyə
çalışırlar. Belə bir şəraitdə
Azərbaycan Prezidentinin
təhsil sisteminin qarşısında qoyduğu
vəzifələr milli
immun sistemimizin gücləndirilməsi üçün
yeganə çıxış
yoludur. Məhz bu baxımdan,
dövlət müstəqilliyimizin
qorunması, inkişaf
yolunun davam etdirilməsi bizim bu gün formalaşdırdığımız
şəxsiyyətlərdən, həqiqəti yalandan, elmi, müasir texnologiyanı assimilyasiya alətindən seçməyi
bacaran, yalnız və yalnız bu torpağa bağlı olan vətəndaşlardan
asılıdır”, - deyə
E.Mirzəbəyli vurğulayıb.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2020.- 17 noyabr.- S.5.