Muzeylər ziyarətçiləri qəbul edir

 

Vətəndaşların asudə vaxtlarının daha səmərəli təşkil olunması üçün fəaliyyətini davam etdirən muzeylərdə sanitar-gigiyena qaydalarının tələblərinə uyğun bütün şərait yaradılıb

Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində görülən məqsədyönlü tədbirlər nəticəsində epidemioloji vəziyyət nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər aradan qaldırılıb, o cümlədən muzey sərgi zallarının fəaliyyəti bərpa olunub. Mədəniyyət Nazirliyindən qəzetimizə bildirilib ki, vətəndaşların asudə vaxtlarının daha səmərəli təşkil olunması üçün muzeylərdə sanitar-gigiyena qaydalarının tələblərinə uyğun bütün şərait yaradılıb. Belə ki, muzeylərin girişində ziyarətçilərin hərarəti ölçülür, onlara maska, əlcək, dezinfeksiyaedici məhlul təqdim olunur. Həmçinin muzey daxilində sosial məsafənin qorunması barədə xəbərdaredici lövhələr asılıb. Gün ərzində müvafiq qrafik üzrə muzeylərdə təmizlik-dezinfeksiya işləri həyata keçirilir.

Bununla yanaşı, muzeylərdə sanitar-gigiyenik qaydaların həyata keçirilməsinə nəzarət edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin Muzey işi mədəni sərvətlərə nəzarət şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyi digər muzeylərə baxış keçirilib, yerində təhlillər aparılıb müvafiq tövsiyələr verilib.Beləliklə, sentyabrın 2-dən həftənin çərşənbə axşamı-cümə günləri muzeylər ziyarətçiləri qəbul etməyə başlayıb.

Qeyd edək ki, muzeylərə virtual səyahət etmək imkanı yaradan museum.az saytı öz fəaliyyətini davam etdirir. Məsələn, “İçərişəhərMuzey Mərkəzi sentyabr ayının 1-dən etibarən muzeylərə ziyarəti açıq elan edib. Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, Bəylər məscidi, Sıratağlı Dini Memarlıq Kompleksi QalaDövlət Tarix-Etnoqrafiya Qoruğu ziyarətçilərin yolunu gözləyir! Muzeylərə beş nəfərədək qruplar buraxılacaq. Tibbi maskalardan istifadə mütləqdir.

Həmçinin Azərbaycan Milli Xalça Muzeyi sentyabrın 2-dən fəaliyyətini bərpa edib. Muzey həftə içi çərşənbə axşamı-cümə günləri, saat 10.00-dan 19.00-dək açıq olacaq. Muzeyin fəaliyyəti mövcud qaydalara, sanitar normalarına metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılır. Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey ictimaiyyət üçün bağlı olacaq.Muzey həmişə olduğu kimi, balaca dostlarını da sevindirməyə davam edir. Belə ki, həftənin çərşənbə günləri muzeyinQarabağotağında uşaqlar üçün oxu saatı təşkil olunur, onlar üçün maraqlı nağıllar oxunur.Eləcə cümə axşamı günü müxtəlif tamaşalar göstərilir. Muzeyin balaca dostları kilimarasıŞəngülüm, Şüngülüm, Məngülüm”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmmədin nağılıtamaşalarına, surdo tərcümə ilə müşayiət olunanCırtdankölgə teatrına baxmaq şansı əldə edirlər. Hər həftənin cümə günü isə Milli Xalça Muzeyində tanınmış mütəxəssislərin ayrı-ayrı mövzulara həsr olunmuş maraqlı mühazirələri dinlənilir.

Qobustan Milli Tarix-Bədii Qoruğu da fəaliyyətini bərpa edib

Öz növbəsində, avqustun 31-dən Qobustan Milli Tarix-Bədii Qoruğu fəaliyyətini bərpa edib. Qoruğun fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydaları metodiki göstərişlərinə, sanitariya normalarına uyğun təşkil olunub. Bu məqsədlə muzeyin girişində zallarında COVID-19 infeksiyasından qorunmaq üçün məlumatlandırıcı lövhələr asılıb, sosial məsafənin qorunması məqsədilə nişanlanma aparılıb. Bundan başqa, qoruq əməkdaşları tərəfindən muzeyə daxil olan hər bir ziyarətçinin hərarəti ölçülür, əllərinin dezinfeksiyası üçün vasitələr təqdim olunur. Qoruq ərazisinə daxil olarkən tibbi maska digər qoruyucu vasitələrdən istifadə mütləqdir.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə Qobustan Milli Tarix-Bədii Qoruğu fəaliyyətini onlayn surətdə davam etdirərək izləyicilərə virtual xidmətlər göstərib. Hazırda Qobustan Milli Tarix-Bədii Qoruğu öz normal rejimini bərpa etməklə yanaşı, onlayn fəaliyyətini daha da genişləndirməyi bu istiqamətdə izləyicilərə yeni layihələr təqdim etməyi planlaşdırır.Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək, bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq istəyirsinizsə, Qobustan Milli Tarix-Bədii Qoruğu qədim tarixi, ecazkar qayaüstü təsvirləri füsunkar təbiəti ilə yolunuzu gözləyir.

“YARAT” da ziyarətçiləri qəbul etməyə hazırdır

Bundan başqa, “YARAT” Müasir İncəsnət MəkanınınArtımlayihə məkanı hər kəsi yenidən qarşılamağa hazırdır. Sözügedən məkanda rəssam Elturan MəmmədovunMüvafiq tədbirləradlı fərdi sərgisi ilə həftənin II, III, IV V-ci günləri, 12:00-dan 20:00-dək tanış olmaq mümkündür. Sərginin müddəti oktyabrın 2-nə qədər uzadılıb. Ziyarətçilər, həmçinin tanınmış rəssam Fərid RəsulovunQurban olumsərgisi ilə tanış ola bilərlər. Sərgiyə yeni hazırlanmış heykəllər, rəsm əsərləri film daxildir. Daha əvvəl Azərbaycanı 53-cü 55-ci Venesiya Biennalesində - Beynəlxalq İncəsənət Sərgisində təmsil edən Fərid Rəsulov həm Azərbaycan, həm daha geniş Şərq ənənələrinə həsr olunmuş əsərləri ilə məşhurdur. O, rəssamlıq, instalyasiya, animasiya, heykəltəraşlıq 3D qrafikası da daxil olmaqla müxtəlif vasitələrlə işləyir əsrlər boyu dəyişməyən bu ənənələrə xas olan idealların doğruluğunu əks etdirən xalq sənətkarlığı mərasimlərindən ilham alır.

 

 

MÜŞFİQƏ

 

Yeni  Azərbaycan.- 2020.- 18 sentyabr.- S.7