Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin
mühüm tərkib
hissəsidir
Ekspertlərin fikrincə, təhsil sahəsində həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, dövlətimiz bu istiqamətdə məqsədyönlü və
uğurlu siyasət həyata keçirir
Məlum olduğu
kimi, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin
prioritet istiqamətlərindən
biridir. Ölkəmizdə
hər bir sahədə müşahidə
olunan dinamik inkişaf təhsil sektorunda da aşkar
şəkildə nəzərə
çarpır. Onu da qeyd edək
ki, təhsilin inkişafı istiqamətində
həyata keçirilən
işlər davamlı
xarakter daşıyır
və pandemiya dövründə atılan
addımlar da bunu bir daha
təsdiqləyir. Elə
Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində
də bu məqama toxunulub. Müraciətdə qeyd olunduğu kimi, yeni dərs ili yeni formatda
təşkil edilib. Bunun əsas məqsədi şagirdləri,
təhsil işçilərini
və ümumilikdə
vətəndaşlarımızı pandemiyadan qorumaqdır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, pandemiya dünyanın
əksər ölkələrində
müəyyən çətinliklər
yaradıb: “Azərbaycan
da sözsüz ki, pandemiyanın zərərləri ilə
üzləşən ölkələrdəndir.
Amma bütün bunlara baxmayaraq ölkəmizdə heç
bir sosial layihə ixtisara salınmadı. Yeni məktəblər inşa,
təmir və bərpa olundu. Eyni zamanda bu
il 147 məktəb məktəbin inşası
nəzərdə tutulub.
Ümumiyyətlə isə,
son 17 ildə ölkəmizdə 3700 məktəb
tikilib”.
Millət vəkili
deyib ki, son illər Heydər Əliyev Fondunun xətti ilə də çoxlu sayda məktəbin tikintisi həyata keçirilib: “Bu günlərdə onların bir neçəsinin açılışı
keçirildi. Fond öz fəaliyyətində
elm və təhsilə xüsusi önəm verir”.
Artıq ali
və orta təhsil müəssisələrinin
tədris ilinə tam hazır olduğunu deyən deputatın sözlərinə
görə, bütün
bunlara bu sahədə həyata keçirilən uğurlu
siyasət nəticəsində
nail olunub: “Hər il tədris
ili ərəfəsində
təhsil sahəsində
yeniliklərin şahidi
oluruq. Son bir neçə gündə İqtisad və ADA universitetlərinin
yeni korpuslarının
istifadəyə verilməsi,
yeni orta məktəblərin inşası,
təmir və bərpası, eyni zamanda təhsilə ayrılan büdcə vəsaitinin artırılması
bu fikri bilavasitə təsdiq edir”.
“Ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının
tikilməsi, təhsil
müəssisələrinin ən müasir avadanlıqlarla təmin olunması istiqamətində
mühüm işlər
həyata keçirilir.
Dünyada COVID-19 pandemiyasının
tüğyan etdiyi, ölkələrin iqtisadiyyatının
iflic olduğu bir vaxtda heç
bir ölkədə bu sahənin inkişafı ilə bağlı layihələr
reallaşmır. Sosial
sahələrə, xüsusilə
təhsillə bağlı
işlərə böyük
önəm verilmir. Lakin çətinliklərə
baxmayaraq ölkəmizdə
təhsil infrastrukturunun
müasirləşdirilməsi istiqamətində həyata
keçirilən dövlət
proqramları və layihələr uğurla davam etdirilir. Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində
qeyd etdiyi kimi, Azərbaycan pandemiyanın ilk günlərindən çox
operativ, çevik addımlar ataraq xalqımızı böyük
bəladan qurtara bilib”.
Bu fikirləri
isə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin
sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.
İ.Orucov bildirib ki, bu gün təhsilin,
insan kapitalının
inkişaf etdirilməsi
dövlət siyasətinin
əsas prioritetlərindəndir:
“Ölkəmizdə təhsil
sahəsinin inkişafında,
təhsil infrastrukturunun
təkmilləşdirilməsi və müasirləşdirilməsində
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri
xüsusi qeyd etmək olar. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın ən ucqar kəndlərində məktəblərin təmir-tikinti
işləri davam etdirilir, təhsil ocaqları müasir avadanlıqlarla təchiz olunur. Bu sahəyə
diqqət və qayğı təkcə orta, ümumi təhsillə kifayətlənmir.
Peşə təhsilinin inkişafı,
ali təhsil sisteminin yenilənməsi,
müasir ali məktəb korpuslarının
istifadəyə verilməsi,
universitetlərdə müasir
kitabxana sisteminin qurulması, ali məktəblərin rəqabətədavamlılığının
artırılması, yeni
peşəkar kadrlarla
təmin olunması istiqamətində görülən
işlər onu göstərir ki, sosial strateji sahə olaraq təhsilə çox böyük önəm verilir”.
Ekspert qeyd
edib ki, bu gün Azərbaycanda
dövlət büdcəsində
ikinci yeri təhsilə ayrılan vəsait tutur: “Dövlət büdcəsindən
təhsilə ayrılan
vəsaitin hər il artırılması davam edir. Məqsəd güclü, savadlı, intellektli vətəndaş
yetişdirmək və
Azərbaycanı dünyanın
inkişaf etmiş ölkələri sırasında
görməkdir. Çünki
inkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər saldıqda
görürük ki, onların uğurlu gələcəyini təbii
resurslar deyil, insan kapitalı, elm, təhsil və bilik təmin
edib. Azərbaycanda təhsil sahəsində həyata keçirilən
islahatlar onu deməyə əsas verir ki, dövlətimiz
bu istiqamətdə çox məqsədyönlü
və uğurlu siyasət qurub. Hər bir ölkənin
uğurlu gələcəyini
təmin edəcək
elm və təhsilə yüksək
səviyyədə önəm
verir”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2020.- 18sentyabr.- S.7.