Belçika Parlamenti Dağlıq Qarabağın
Azərbaycanın tərkib
hissəsi olduğunu bir daha təsdiq
etdi
2020-ci
il dekabrın 2-də Belçika Federal Parlamentinin Nümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsində
Qarabağla bağlı qətnamə layihəsi müzakirə
olunmuş və sənəd layihəsi bir sıra düzəlişlərlə
sözügedən komitədə qəbul edilməklə
Plenara tövsiyə olunmuşdu.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən APA-ya verilən məlumata görə,
qətnamə layihəsinin komitədə qəbul edilən mətninin
bu il dekabrın 17-də Belçika Nümayəndələr
Palatasının plenar iclasında səsverməyə
qoyulması gözlənilir. Lakin ermənipərəst dairələrin
canfəşanlığı nəticəsində Belçika
Senatı da eyni mətni dekabrın 11-də səsverməyə
çıxarmağı qərara alıb.
Leyla
Abdullayeva: "Ermənistanı məsuliyyətə cəlb
etmək üçün məhkəməyə müraciət
edəcəyik"
Türkiyə
Prezidenti Zakir Həsənovu və Kərim Vəliyevi qəbul
edib - VİDEO
Deputat:
"İranın yeni xarici işlər naziri Rusiyaya səfər
zamanı səriştəsizliyini göstərdi"
Qətnamə
layihəsinin Senata gətirilməsinin əsas təşəbbüskarı
Senatın Sahələrarası məsələlər komitəsinin
sədri, Belçikanın özündə də
separatçılıq meyllərinin əsas
daşıyıcılarından olan, islamofob və
anti-türk əhval-ruhiyyəli millətçi Yeni Flamand
İttifaqı Partiyasının (N-VA) üzvü Mark
Demesmaekerdir. Bir faktı da xüsusi qeyd etmək
lazımdır ki, Demesmaeker Brüsseldəki əsas erməni
lobbi təşkilatının rəhbəri Kaspar Karampetyan ilə
sıx əməkdaşlıq edir və sonuncunun təşkilatçılığı
və şəxsən müşayiəti ilə ötən
il oktyabr ayında Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər
edib.
Sözügedən
məsələ ilə bağlı Azərbaycan
Respublikası Milli Məclisinin Belçika üzrə
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri, millət vəkili Kamal Cəfərov
belçikalı senator Mark Demesmaekerə məktub
ünvanlayıb. Məktubda millət vəkili
belçikalı həmkarına mahiyyəti üzrə ətraflı
məlumat verib, Dağlıq Qarabağ məsələsi ilə
bağlı beynəlxalq hüququn və hətta
Belçikanın rəsmi mövqeyinin Azərbaycanın ərazi
bütövlüyünün yanında olduğunu
xatırladıb.
Onu
da qeyd edək ki, müxtəlif erməni diaspor təşkilatları
və ermənipərəst qüvvələr bu tip qətnamələr
qəbul etdirməklə Ermənistanın Azərbaycan
qarşısındakı son uğursuzluqlarını pərdələməyə
çalışırlar. Əslində Fransada istədiklərinə
tam nail olmayan erməni lobbi təşkilatlarının
Belçika parlamentindəki anti-Azərbaycan səyləri də
puç olub. Belə ki, qətnamənin ilkin layihəsində
sabiq işğalçı rejimin tanınması və onun təhlükəsizliyinin
təminatı üçün bu rejimlə diplomatik əlaqələrin
qurulması məsələsi təklif edilib. Lakin Azərbaycan
Hökumətinin və Milli Məclisinin vaxtında
atılmış addımları nəticəsində bu
cür absurd təkliflər qəbul edilməyib. Həmçinin
qətnamə layihəsinin ilkin mətnindəki qondarma “artsax”
adına bütün istinadlar çıxarılıb və
Dağlıq Qarabağ anlayışı qəbul edilib.
Ən mühüm məqam isə ondan ibarət olub ki, beynəlxalq
hüquqa uyğun olaraq BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri
layihəyə daxil edilib. Başqa sözlə, ermənilərin
və ermənipərəst qüvvələrin hər vəchlə
qəbuluna çalışdığı sənəd
Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi
olduğunu təsdiq edib.
Eyni zamanda, layihənin
ilkin versiyasında olan digər bir sıra absurd
fikirlər – “ATƏT-in
Minsk qrupundan Naxçıvanla Azərbaycan
və Türkiyə arasında Ermənistan ərazilərindən keçməklə
koridor yaradılması
ideyasını rədd
etməyi tələb
etmək”, “Azərbaycan
ordusuna 27 sentyabrdan əvvəl tutduğu
mövqelərə dərhal
çəkilməsi üçün
çağırış etmək”, “9 noyabr bəyanatı Ermənistana
təzyiq altında əlverişsiz şərtlərlə
imzalatdırılmışdır” kimi təkliflər rədd edildi, qəbul edilməyib.
Qardaş Türkiyənin
Azərbaycana verdiyi aktiv diplomatik dəstəklə əlaqədar
olaraq, sənəddə
Türkiyəyə müəyyən
təzyiqlərin edilməsi
ilə bağlı çağırışlar da
qəbul edilmədi. Belə ki, “Türkiyənin Aİ
üzvlüyünə dair
danışıqların dərhal
dayandırılması”, “Türkiyə
səfirinə Belçika
hökumətinin etirazının
çatdırılması”, “Türkiyənin NATO-dan çıxarılması üçün
bütün mümkün
tədbirlərin görülməsi”
kimi cəfəng fikirlər layihənin mətnindən çıxarılıb.
Erməni lobbi təşkilatlarının
qətnamə layihəsindəki
müəyyən bəndləri
qabardaraq “uğur” kimi təqdim etməsi cəhdlərinə
baxmayaraq, əslində
qondarma “artsax respublikası"nın tanınması
qətnaməsinin iflasa
uğraması və Fransadan sonra Belçikada çox gözlənilən “dəstəyi”
ala bilməməsi erməni və ermənipərəst
dairələrdə, o cümlədən
“artsaxın tanınanmasına”
dair qətnamə təkliflərini irəli
sürən deputatlarda
böyük narazılıq
və ruh düşkünlüyü yaradıb.
Əsas məqsədləri Belçika parlamentində
“artsaxın tanınması”
olan, lakin bu ideyanın reallaşdırılmasına nail
ola bilməyən ermənilərin Fransa modelini təkrarlamaq niyyətləri puça çıxdı. Almaniya,
Lüksemburq və Belçikadan sonra qondarma rejimin tanınma məsələsində
Fransa, faktiki olaraq, Avropada təklənmiş duruma düşüb
Yeni Azərbaycan .- 2020.-
12 dekabr.- S.4.