Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur

 

Yanvarın 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Səbinə Əliyeva qurumun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, paytaxt regionlarda keçirilən görüşlər çərçivəsində sakinlərin qəbul edildiyini, onların qaldırdıqları məsələlərin həlli üzrə müvafiq dövlət qurumları ilə birgə işlər görüldüyünü, işgəncələrin qarşısının alınması uşaq hüquqları sahəsində 24 saat fasiləsiz işləyənqaynar xətt”lərə daxil olan müraciətlərlə bağlı operativ tədbirlər görüldüyünü, əldə edilən nəticələrin Müvəkkilin illik məruzələrində əks etdirildiyini bildirib.

Müvəkkil ölkə daxilində əcnəbi, vətəndaşlığı olmayan sığınacaq axtaran şəxslərlə yanaşı, ölkədən gedən Azərbaycan vətəndaşlarının hüquqlarının təmini bərpası məsələlərinin daim diqqətdə saxlanıldığını, bu məqsədlə xarici dövlətlərin, o cümlədən Rusiya Federasiyası onun subyektlərinin ombudsmanları, habelə müvafiq diplomatik nümayəndəliklər ilə əməkdaşlığın möhkəmləndiyini vurğulayıb, birgə görülmüş işlər nəticəsində əldə edilən müsbət təcrübə barədə danışıb. O, bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsi, daha yüksək nəticələrin əldə edilməsi məqsədilə yerli icmaların QHT-lərin rolunun artırılmasının vacibliyini bildirib.

Ombudsman Rusiya ilə Azərbaycan arasında ikitərəfli strateji əməkdaşlığın bütün sahələrdə olduğu kimi, insan hüquqları sahəsində uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili ilə qurulan sıx əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaşlarının Rusiya ərazisində, Rusiya vətəndaşlarının isə ölkəmizin ərazisində hüquq azadlıqlarının təmin edilməsi, o cümlədən şəxslərin öz iradələri ilə tərk edə bilmədikləri yerlərdə saxlanılanların vəziyyətinin müntəzəm araşdırılması, yerlərdə birgə görüş keçirilməsi məsləhətləşmələr aparılması, deportasiya, yaxud ekstradisiya olunan şəxslərə ombudsmanların səlahiyyətləri daxilində yardım göstərilməsi istiqamətində səmərəli fəaliyyət mexanizmi formalaşdırılıb. Bundan başqa, Azərbaycan Ombudsmanının Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciətindən sonraailə birləşməsibeynəlxalq prinsip qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınaraq, həmin ölkədə yaşayan azərbaycanlılar barəsində ölkə hüdudlarından məcburi kənara çıxarılma girişə məhdudiyyət qoyulması haqqında bir neçə qərara yenidən baxılıb, həmin şəxslərin xeyrinə müvafiq qərarlar qəbul edilib. Eyni zamanda, Rusiyanın Azərbaycandakı səfirliyi ilə davam etdirilən əməkdaşlıq çərçivəsində ölkəmizin ərazisində qeyri-müəyyən vəziyyətdə yaşayan, xüsusilə uşaq ahıl yaşlı Rusiya vətəndaşlarının sənədləşmə digər problemlərinin həllinə nail olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Mixail Boçarnikov görüşün səmərəli qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Mixail Boçarnikov strateji tərəfdaşlıq xarakteri daşıyan müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafının məmnunluq doğurduğunu ifadə edib. O, iki ölkənin prezidentləri, eyni zamanda, tanınmış şəxsləri arasında etimada əsaslanan dostluq münasibətlərinin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

 

Yeni Azərbaycan.- 2020.- 11 yanvar.- S.4