Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbir

 

Yanvarın 13-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi 2019-cu ilinNəsimi ilielan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Nəsimi yaradıcılığından söz açan nazir onun ədəbiyyat fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib. Qeyd edilib ki, Nəsiminin ədəbiyyatımızın inkişafında, zənginləşdirilməsində mühüm xidmətləri olub. Nəsimi yaradıcılığında humanizm ideyaları, insana sevgi, məhəbbət duyğuları əsas yer tutur.

C.Bayramov Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planına əsasən görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2019-cu il ərzində ali təhsil müəssisələrində elmi konfrans, simpozium seminarlar keçirilib. Həmçinin təhsil müəssisələrində şairin bədii irsini, yaradıcılığını əks etdirən kitab fotolardan ibarət sərgilər təşkil olunub. İl ərzində ümumi, peşə, orta-ixtisas məktəbdənkənar təhsil müəssisələrində Nəsiminin həyat yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecələr müsabiqələr təşkil edilib.

Sonra Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri dram dərnəyinin rəhbəri Bəhruz Vaqifoğlu tərəfindən Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmışMənəmtamaşası nümayiş olunub.

 

Yeni Azərbaycan.- 2020.- 14 yanvar.- S.11