Azərbaycan Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya
keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
tədbir iştirakçıları
Nəsimiyə həsr
edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli “Azərbaycan
Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin elmi töhfələri”
mövzusunda məruzə
ilə çıxış
edib.
İsa Həbibbəyli
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin Azərbaycan Respublikasında
“Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarını
xatırladıb. Qeyd edib ki, sərəncamlara
əsasən ölkəmizdə,
onun hüdudlarından
kənarda və AMEA-da böyük Azərbaycan mütəfəkkiri
İmadəddin Nəsimiyə
həsr olunan silsilə tədbirlər keçirilib. Bu sərəncamlar müstəqillik şəraitində
insanlarda Nəsimi ideyaları əsasında
azərbaycançılıq təfəkkürünün inkişaf
etdirilməsi, bu böyük sənətkarın
dünyaya tanıdılması
baxımından özünəməxsus
əhəmiyyət kəsb
edir. Həmçinin
Heydər Əliyev Fondu tərəfindən keçirilən Nəsimi-şeir,
incəsənət və
mənəviyyat festivallarını
xüsusi qeyd etmək lazımdır.
Akademik bildirib
ki, hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin qərarı ilə ölkəmizdə ilk dəfə Nəsiminin heykəli ucaldılıb,
Bakıda rayonlardan və metrostansiyalardan birinə dahi şairin adı verilib. Nəsiminin vəfatının 600 illiyinin
UNESKO-da qeyd olunması Azərbaycan mədəniyyətinin təbliği,
Nəsiminin dünyaya
təqdim olunması baxımından böyük
rol oynayıb.
Diqqətə çatdırılıb ki,
“Nəsimi ili” çərçivəsində AMEA-da yerli və
beynəlxalq tədbirlər,
konfrans, simpozium və dəyirmi masalar keçirilib, böyük mütəfəkkirə
həsr olunan 36 kitab nəşr edilib. Dahi şairin
irsi ilə bağlı geniş araşdırmalar aparılıb,
onlarca monoqrafiya ölkəmizdə və xaricdə çapdan çıxıb, müxtəlif
dillərə tərcümə
edilib. Nəsimiyə həsr olunan çoxlu sayda əsərlərin yazılması,
fundamental tədqiqatların
aparılması dövlətimiz
və alimlərimiz tərəfindən dahi şairin yaradıcılığına,
xatirəsinə verilən
böyük qiymətin
təzahürüdür.
Akademik İsa
Həbibbəyli “Nəsimi
ili” çərçivəsində
Ədəbiyyat İnstitutunda
da həyata keçirilən silsilə
tədbirlər, yeni nəşrlər barədə
məlumat verib. Bildirib ki, belə
tədbirlər Nəsimi
yaradıcılığının, onun dövrünün daha dərindən öyrənilməsinə, dünyada
tanıdılmasına böyük
təkan verib.
İsa Həbibbəyli
ölkəmizdə Nəsiminin
650 illik yubileyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda
II beynəlxalq elmi konfransın keçirildiyini
xatırladıb. Konfransda
xarici və yerli alimlərin, tanınmış ziyalıların
iştirakını dahi
Nəsimiyə xalq sevgisinin təzahürü
kimi dəyərləndirib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
direktoru, akademik Teymur Kərimli mütəfəkkir şairin
zəngin ədəbi
irsindən, Azərbaycan
ədəbiyyatında mövqeyindən
danışıb. Bildirib ki,
İmadəddin Nəsimi
Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı
və təşəkkülü
uğrunda ardıcıl,
mütəşəkkil şəkildə
mübarizə aparan və bu mücadilədə
canından keçən
əsl xalq qəhrəmanı, həm
də böyük cəsarət sahibi idi. Bu mənada dahi şairin zəngin irsi hər zaman
aktual olaraq qalacaq, yaradıcılığı
araşdırılacaq.
AMEA-nın Nizami
Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, akademik Rafael Hüseynov Nəsimi irsinin təsir dairəsindən söz açıb. O, tarixə nəzər salaraq sovet dövründə
Nəsiminin 600 illik yubileyi ərəfəsində
görülən işlərdən
danışıb. Azərbaycan
ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd
edən məruzəçi
həmin dövrdə
Nəsimi yaradıcılığı
ilə bağlı ölkəmizin mədəni
mühitində bir çox işlərin görüldüyünü xatırladıb.
Akademik Rafael Hüseynov
2017-ci ilin may ayında Parisdə UNESKO-nun baş qərargahında
Nəsiminin vəfatının
600 illiyinin qeyd edilməsini və 2018-ci ilin sentyabr ayında
ölkəmizdə Nəsimi
şeir, incəsənət
və mənəviyyat
festivalının təntənəli
şəkildə keçirilməsini
ölməz şairin
xatirəsinə
dərin ehtiramın ifadəsi kimi dəyərləndirib. Bildirib
ki, Nəsimi mahiyyəti, düşüncəsi,
fəlsəfəsi etibarilə
insan ruhunun azadlığı deməkdir.
“Nəsiminin dünyası bu gün bütün Yer kürəsini əhatə edir”, - deyən alim ötən il Nəsimi ilə bağlı tarixdə qalacaq mühüm işlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, “Nəsimi ili” dahi şairin
və digər klassiklərimizin irsinin daha dərindən öyrənilməsinə və
araşdırılmasına təkan verdi. Bu ilin nəticələri
göstərdi ki, klassiklərimizə daha da yaxınlaşmalı, onları miqyaslı şəkildə bütün
yönləri ilə öyrənməliyik.
Rafael Hüseynov
qarşıdakı illərdə
Nəsiminin anadilli “Divan”ını nəşr
və təhlil etməyin zəruriliyini bildirib.
Akademik Möhsün Nağısoylu,
professor Qəzənfər
Paşayev, filologiya üzrə elmlər doktorları Fəridə Əzizova, Mahirə Quliyeva və digər çıxış
edənlər “Nəsimi
ili” çərçivəsində
AMEA-da görülən
işləri yüksək
dəyərləndiriblər.
Sonda Nəsimiyə
həsr olunan kitabların müəlliflərinə
fəxri fərman və təşəkkürnamələr
təqdim edilib.
Yeni Azərbaycan.- 2020.-14
yanvar.- S.10