Miqrasiya Könüllülərinin 2020-ci ilKönüllülər iliüçün nəzərdə tutulmuş Tədbirlər Planı təsdiq olunub

 

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin Sərəncamına əsasən 2020-ci ilin ölkəmizdəKönüllülər ilielan edilməsi ilə əlaqədarMiqrasiya Könüllüsüİctimai Birliyinin idarə heyətinin üzvləri ilə görüşüb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, ötən il miqrasiya könüllüləri tərəfindən həyata keçirilmiş uğurlu layihələri yüksək qiymətləndirən Xidmət rəisi cari ildə gənclərin fəaliyyətinin diqqətdə saxlanılacağını, onlara dəstək veriləcəyini bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilinKönüllülər ilielan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Dövlətimizin başçısının Sərəncamı son dövrlərdə könüllülük hərəkatının geniş vüsət alması işinə güclü təkan verəcək.

Görüşdə gənclərin şəxsi inkişafına, dünyagörüşlərinin artırılmasına asudə vaxtlarının səmərəli təşkilinə dair müxtəlif mövzularda layihələr ətrafında geniş müzakirələr aparılıb.

TədbirdəMiqrasiya Könüllüsüİctimai Birliyinin bu il üçün nəzərdə tutulmuş tədbirlər planı təsdiq olunub.

Sonda V.Hüseynov miqrasiya könüllülərinə fəaliyyətlərində uğurlar arzulayıb bu il onların fərqli layihələrlə daha böyük uğurlar qazanacağına əminliyini bildirib.

Tədbirlər planına əsasən miqrasiya könüllüləri tərəfindən tezlikləHüquq gənc hüquqşünaslarlayihəsi həyata keçiriləcək bu sahə üzrə bilik təcrübəsini artırmaq istəyən gənclərin sənədlərinin qəbulu elan ediləcək.

 

Yeni Azərbaycan.- 2020.- 14 yanvar.- S.11