Polad Bülbüloğlu
Böyük Britaniyanın
Rusiyadakı səfiri
ilə görüşüb
Yanvarın 14-də Azərbaycanın Rusiyadakı səfiri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun duayeni Polad Bülbüloğlu
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Rusiya
Federasiyasına yeni təyin olunmuş səfiri xanım Debora Bronnerti ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, həmkarını Rusiyaya
təyinat alması münasibətilə təbrik
edən Azərbaycanın
səfiri, ona diplomatik fəaliyyətində
müvəffəqiyyətlər arzulayıb, Rusiyada akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə
ətraflı məlumat
verib.
Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
tarixi, hazırkı durumundan söhbət açaraq, bir milyondan artıq həmvətənimizin doğma
yurd-yuvasından məcburi
köçkün və
qaçqın düşməsinə
səbəb olmuş işğal faktının
hələ də davam etdiyini
bildirib. Münaqişənin
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
tezliklə həllinin
regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyən
diplomat, mövcud status-kvonun qəbuledilməz
olduğunu vurğulayıb.
Bundan əlavə, o, Ermənistanın
Azərbaycana qarşı
həyata keçirdiyi
işğal siyasətinə
son qoyulmasını tələb edən BMT Təhlükəsizlik Şurasının
məlum qətnamələrinin
icrasının əhəmiyyətini
qeyd edib, dünya birliyini işğal faktına biganə qalmamağa çağıraraq, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini önə çəkib.
Görüş əsnasında qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Yeni Azərbaycan.-
2020.- 15 yanvar.- S.6